Sosial

"Fədayə Laçın hepatit xəstəsidir və..." - Vəkili müğənni ilə bağlı HƏR ŞEYİ AÇDI

16 Noyabr 2017 16:13

"Fədayə Laçın barəsində yayılan ölüm xəbərləri həqiqətdən uzaqdır. Bu xəbərləri yayanları hüquq qaydasında təqib edəcəyik". Bu sözləri  müğənninin vəkili Türkel Süleymanlı deyib. T.Süleymanlı həmçinin F.Laçının səhhətinin çox da yaxşı olmadığını, lakin yayılan xəbərlərin, məlumatların sensasiya xətrinə uydurulmuş informasiyalar olduğunu deyib: “Hər hansı şəxs barəsində yalandan ölüm xəbəri yazmaq olmaz. Bu məlumat həkim, müstəntiq və ya Penitensiar Xidmətə istinad edərək verilə bilər. Həmin xəbəri onun ailə üzvlərinin də oxuya biləc

Prezidentin tapşığı ilə nazir BMT-nin konfransına qatılıb

16 Noyabr 2017 16:11

Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkə Prezidenti cənab İlham Əliyevin tapırığına əsasən konfransda Azərbaycanı Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun başçılq etdiyi nümayəndə heyəti təmsil edir.

Azərbaycandakı dini və milli tolerantlıq dini plüralizmin təntənəsidir

16 Noyabr 2017 15:55

Tarixən bir sıra xalqların və dinlərin bərgə yaşadığı Azərbaycanda dini plüralizm ən yüksək səviyyədə təmin edilib. Bəlağətsiz demək olar ki, ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi prosesi hazırda da davam etməkdədir. Azərbaycan müsəlman ölkəsi olaraq İslam kimliyi ilə bütün İslam ölkələri və toplumları arasında dini bütünlüyə malikdir. İslam sivilizasiyasının bir parçası kimi İslam dünyasının gələcəyi naminə aktiv rol oynamaq patensialını qazanan Azərbaycan tarixi İslam mədəniyyətinə malikdir.

Nazir: Pensiyalar ikiqat artıb

16 Noyabr 2017 15:53

Azərbaycan Cənubi Qafqazda liderdir

16 Noyabr 2017 15:51

Azərbaycan Cənubi Qafqaz ölkələri arasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderdir. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatına əsasən, İslandiya, Koreya Respublikası və İsveçrə müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderlər siyahısında ilk üçlükdə qərarlaşıblar. İlk onluqda, həmçinin Danimarka, Böyük Britaniya, Honq Konq (Çin), Niderland, Norveç, Lüksemburq və Yaponiya yer alıblar.

Evi olmayanlara ŞAD XƏBƏR: güzəştli mənzillərin satışı başlayır

16 Noyabr 2017 15:48

Bu günədək "Güzəştli mənzil" elektron sistemində 7 mindən çox insan qeydiyyatdan keçərək elektron kabinetə sahib olub. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Aparatının rəhbəri Anar Quliyev bu gün "MİDA"nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin internet səhifəsinin təqdimatı zamanı deyib.

Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumu keçiriləcək

16 Noyabr 2017 15:43

20 noyabr 2017-ci il tarixində “JW Marriott” Abşeron otelinin Şərq zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumu keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə məxsus 6-18 yaş arası 380 uşaq iştirak edəcəkdir.

Gömrükdən gizlədilmiş dərman preparatı aşkarlanıb

16 Noyabr 2017 15:38

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Gömrük Komitəsi büdcə öhdəliyini 102 faiz yerinə yetirilib

16 Noyabr 2017 15:37

Ötən dövrdə Azərbaycan gömrüyü gömrük nəzarətinin təşkili, qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi, gömrük sisteminin yenidən qurulması və maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, eləcə də fiskal siyasətin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib.

Bir ayda nazirliyə 8920 müraciət daxil olub

16 Noyabr 2017 15:36

2017-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına 8920 müraciət daxil olub ki, onların da 89,9%-i ərizə, 10%-i şikayət, 0,1%-i təklifdir. Müraciətlərin 38%-i müxtəlif arayışların alınması, 34,3%-i kameral vergi yoxlamaları, 9,5%-i vergi borcları, 2,6%-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, qalanları isə digər məsələlərlə bağlı olub.

“Gənc Bələdçi” Məktəbi başa çatdı

16 Noyabr 2017 15:35

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə AzGF-nun 10-cu qrant müsabiqəsinin qalibi Səmayə İbrahimovanın rəhbəri olduğu “Gənc Bələdçi” məktəbi başa çatıb. “OLAYLAR”-a bildirilib ki, bələdçilik fəaliyyəti ilə məşğul olan gənclərin bu sahədə bacarıqlarının artırılması, onların məşğulluluğunu təmin etmək, region gənclərinin bu fəaliyyətə sövq edilməsi, ixtisaslı kadrlarla müxtəlif rayonlarda region gənclərinin görüşünü təşkil etmək, ekoloji düşüncənin artırılması, sağlam həyat tərzinin aşılanması layihənin əsas məqsədlərindən idi. Həmçinin layihədə macəra turizminin və eko-turizmin inkişaf etdirilməsində gənclərin rolunun artırılması, bu sahədə çalışan, marağı olan gənclərdən ibarət şəbəkə yaratmaq və onları maarifləndirmək də əsas götürülüb.

Yeraltı təkanın yaratdığı fəsadlar araşdırılır

16 Noyabr 2017 15:32

Ötən axşam ölkə ərazisində baş verən yeraltı təkanın yaratdığı fəsadlar araşdırılır. Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev APA-nın Qarabağ bürosuna bildirib ki, rayon İH-nə daxil olan müraciətlər əsasında araşdırmalara başlanıb. Zəlzələ nəticəsində divarları çatlayan, dam örtüyü qismən uçan 120 evə baxış keçirilib. Bir məktəb binası və 3 yaşayış evinin tam qəzalı vəziyyətə düşdüyü məlum olub.

“Reket jurnalistikası ilə mübarizə lazımdır, vacibdir və zəzuridir!”

16 Noyabr 2017 15:25

Çox doğru deyirsiniz, ölkəmizdə "reket" jurnalistlərin sayıi kəskin şəkildə artıb və bu arzuolunmaz hal əslində, müstəqil Azərbaycan mətbuatına, Azərbaycan jurnalistikasına çox ağır zərbə vurur. Bildiyimiz kimi, hələ SSRİ dönəmində mətbuatda sağlam tənqid mövcud olub və bu istiqamətdə çalışan jurnalistlər heç bir məqsəd güdmədən yanaşdığı mövzularda tənqidi yazıları, məqalələri ilə çıxış edirdilər.

Ucuz qiymətə avtomobillər hərraca çıxarılır

16 Noyabr 2017 15:19

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunur.Komitədən verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğun balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə, “Azərsu” ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

Oğlanlar yenə də üstünlük təşkil edir

16 Noyabr 2017 15:17

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 107 min 459 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Məlumata görə, doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarət olub. Körpələrdən 1918-i əkiz, 33-ü üçəm doğulanlardır. Bununla yanaşı, cari ilin 9 ayı ərzində ölkədə 43089 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.