Ekologiyaya qənim kəsilənlər

Paytaxt Bakıda yaşıllığın məhv edilməsi prosesi davam etməkdədir. Məsələnin acınacaqlı tərəfi ondan ibarətdir ki, yaşıllığın məhv edildiyi konkret ünvan və şəxslər bəlli olsa da aidiyyatı qurumlar müvafiq tədbir görməkdə tərəddüd edirlər. Yaşıllığın məhv edildiyi ünvanlardan biri də Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Qara Qarayev prospektidir ki, sakinlərin dəfələrlə etdikləri müraciətlər cavabsız qalıb. Sözügedən ünvanda yaşayan Qarabağ müharibəsi veteranı, ikinci dərəcəli əlil Saleh Cəfərov redaksiyamıza müraciət edərək bildirib ki, sözügedən ərazidə sözün əsil mənasında “ekoloji terror” aparılır. Məsələ ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edilməsinə baxmayaraq heç bir tədbir görülməyib: “Təbiətin qənimi olanlar haqqında mətbuatda çox yazmışam.

Paytaxt Bakıda yaşıllığın məhv edilməsi prosesi davam etməkdədir. Məsələnin acınacaqlı tərəfi ondan ibarətdir ki, yaşıllığın məhv edildiyi konkret ünvan və şəxslər bəlli olsa da aidiyyatı qurumlar müvafiq tədbir görməkdə tərəddüd edirlər. Yaşıllığın məhv edildiyi ünvanlardan biri də Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Qara Qarayev prospektidir ki, sakinlərin dəfələrlə etdikləri müraciətlər cavabsız qalıb. Sözügedən ünvanda yaşayan Qarabağ müharibəsi veteranı, ikinci dərəcəli əlil Saleh Cəfərov redaksiyamıza müraciət edərək bildirib ki, sözügedən ərazidə sözün əsil mənasında "ekoloji terror" aparılır. Məsələ ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edilməsinə baxmayaraq heç bir tədbir görülməyib: "Təbiətin qənimi olanlar haqqında mətbuatda çox yazmışam. Amma onlar bəd əməllərindən əl çəkməyiblər. Dəfələrlə müvafiq qurumlara  zəng etmişəm ki, gəlin bu insafsızlar barədə qanuni ölçü götürün. Hətta ünvanımı, qırılan ağacların yerini soruşurlar, lakin gəlib çıxmırlar. İşimdən-gücümdən olub onları gözləyirəm. Nə qədər gözləsəm də gəlmirlər ki, gəlmirlər. Sonradan öyrənirəm ki, şəxsi maraqlarını önə çəkən qurumların nümayəndələri adıçəkilən ünvanda olublar. Lakin yaşıllıqları məhv edən şəxslərlə bağlı heç bir ölçü götürülməyib.

Onu da qeyd edək ki, şikayət müəllifi yaşıllıqların məhv edildiyi ərazilərin fotoşəklini də redaksiyamıza təqdim edib.


S.Cəfərov qeyd edib ki, şəkildə əksini tapmış 8-ci km qəsəbəsi Q. Qarayev prospekti 102-ci binanın arxa tərəfindəki avtobus dayanacağının ətrafı vaxtilə əncir ağacları ilə dolu idi. O əncir ağacları hər il bol bar gətirərdi. Uşaqlar, yaşlılar onun barından yeyərdilər. Bir axşam ora texnika töküb həmin əncirləri kökündən qoparmağa başladılar. Əncir ağaclarının yerində isə alış-veriş üçün binalar tikdilər: "Ərazidə cəmi 6-7 müxtəlif növ ağac qalmışdı. Bu ilin yazında o ağacları da dibindən kəsib yerində şumal yolkası əkdilər. Mən dəfələrlə təbliğat aparmışam ki, çiçək açan ağacların əkilməsinə üstünlük verilməlidir. Çünki, heç bir şimal yolkası o çiçəklər qədər insanların qəlbini, ruhunu, gözlərini sevindirə bilməz. Yolka ağacları, ağcaqanaq yuvası, toz yığımı yeridir. Buna baxmayaraq, ərazidə üç dəfə şimal yolkası əksələr də yaşıllığı bərpa edə bilmədilər. Çünki baxımsızlıq ucbatından yeni əkilən ağaclar da qurudu".


Şikayət müəllifi qeyd edir ki, bu ərazidə də sıx meyvə ağacları var idi. Həmin ağaclara 102-ci binanın sakini mərhum İnşallah adlı yaşlı kişi qulluq edirdi. Hazırda baxımsızlıqdan həmin meyvə ağaclarının biri də qalmayıb: "Qarabağ müharibəsində aldığım zədələrə görə 1992-ci ildən bəri səhhətim pozulduğu üçün yata bilmirəm, gecələr çöldə gəzirəm. Baxıb görürdüm ki, İnşallah kişi 100 metrlik məsafədən suyu qaba dolduraraq çiynində daşıyar, ağacları suvarırdı. O bağda tut, əncir, nar ağacları var idi. Yaxşı da bar verirdi. Təxminən 3 ilə yaxındır ki, bağa gecə-gündüz qulluq edən İnşallah kişi dünyasını dəyişib. İndi həmin ərazini ot basıb. Mümkündür ki, yay aylarında həmin ərazidə oturan şəxslərdən biri bilərəkdən, yaxud bilməyərəkdən siqaret kötüyünü əraziyə atsın. Bu zaman alışan quru otlar yaşıllığı tamamilə məhv edə bilər. Belə halların baş verməsinin qarşısını almaqdan ötrü tədbirlərin görülməsi üçün Nizami rayon İcra Hakimiyyəti və digər səlahiyyətli idarələrdən xahiş etdim ki, oranın otları biçilsin. Lakin heç bir nəticəsi olmadı". S.Cəfərov deyir ki, əlacı kəsilərək yayın qızmar istisində bir qırıq bel taparaq dörd gün ərzində bağdakı otları biçib, kənara daşıyaraq yandırıb. Gördüyü iş üçün mükafatlandırılacağını gözləməyən Saleh kişi üstəlik söyüş və təhqirlərə də məruz qalıb. Belə ki, ərazidə mebel dükanı tikdirən sahibkar onun əməyinə qiymət vermək əvəzinə, etirazını təhqirli ifadələrlə bildirib: "Onun sözünə, dünyagörüşünə mən yox, təbiətsevərlər cavab veriblər ki, "qələti oranı biçən yox, sən edirsən". Sonradan məlum oldu ki, onun məqsədi həmin ərazidə çayxana açmaq olub. Görünür, yenə gecə ora texnika töküb yeni obyekt tikəcəklər".


Bu şəkildən də göründüyü kimi ərazidə yaşıllıq tamamilə məhv edilib: "Burada da əncirlik var idi. Onları da məhv etdilər. İndi onlar da köklərindən göyərib boy atırlar, əgər insafsızlar qoysalar. Buradakı meşəlik təxminən 100-150 metrıik ərazini əhatə edirdi. Lakin həmin meşəliyi də qırıb yerində dükanlar tikdirdilər".
Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31