Regionlarda gənclər erkən nikah hallarının qarşısının alınması ilə bağlı maarifləndirilir

Masallı və Biləsuvar rayonunda “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Erkən nikahlara qarşı gənclərin sosial fəallığının artırılması” adlı layihə çərçivəsində tədbirlər həyata keçirib.

Masallı və Biləsuvar rayonunda "Üfüq" Gənclərin İnkişafı Naminə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən "Erkən nikahlara qarşı gənclərin sosial fəallığının artırılması" adlı layihə çərçivəsində tədbirlər həyata keçirib. "OLAYLAR"-a daxil olan məlumata görə, layihənin rəhbəri, "Üfüq" Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri Nail Şükürov bildirib ki, layihənin məqsədi regionlarda yaşayan gənclər arasında daha çox yayılan erkən nikah hallarının qarşısının alınması istiqamətində məlumatsızlığın aradan qaldırılması, insan hüquqlarının pozulması, zorakılıq halları, təhsildəki problemlərlə bağ­lı zə­rə­rin azal­dılmasına töhfə vermək, dövlət və vətəndaş cəmiyyətinin səylərinin əlaqələndirilməsi, gənclərin hüquqlarının müdafiəsi və ailə institutunun güclən­di­rilməsidir. Layihə rəhbəri ilə yanaşı, tədbirlərdə çıxış edən Rayon Gənclər və İdman İdarələrinin, yerli təşkilatların nümayəndələri qaldırılan problemin region üçün aktual olduğunu və bu layihənin iştirakçılar üçün faydalı təsiri olacağını xüsusi vurğulayıblar. Layihə çərçivəsində Biləsuvar və Masallı rayonunda "erkən nikahlar və onların fəsadları" mövzusunda gənclərin, gənclər təşkilatları nümayəndələrinin, orta təhsil müəssisələrinin şagirdlərinin, müəllim və psixoloqlarının, valideynlərin iştirakı ilə təlimlər keçirilib. Təlimlər layihənin eksperti, bu sahədə təcrübəli təlimçi Afiq Məlikov tərəfindən aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31