Sosial

Bakcell şirkəti developerlər üçün “Pitçinq” üzrə master-klass  təşkil edib

30 Noyabr 2017 14:47

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “AppLab” proqramının iştirakçısı olan developerlər üçün daha bir təlim  təşkil edib.

Azərbaycanda polis rəisi qəzaya düşdü: ölənlər var - ADLAR

30 Noyabr 2017 14:29

Bakı-Şamaxı-Yevlax yolunda ağır yol qəzası baş verib. Ağdaşın Xosrov kəndi ərazisində iki minik avtomobili toqquşub, iki nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Paytaxta su fasilələrlə veriləcək

30 Noyabr 2017 13:41

Bakı şəhəri Nizami rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azərsu” ASC-dən daxil olub. Bildirilib ki, içməli suyun verilməsində məhdudiyyət noyabrın 30-da, gün ərzində tətbiq ediləcək. Səbəb Nizami rayonu ərazisində inşa edilmiş kəmərin mövcud su təchizatı sistemlərinə qoşulmasıdır.

Gənclərin peşə seçiminə istiqamət verilir

30 Noyabr 2017 13:39

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbirlər keçirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, Təhsil Nazirliyinin razılığına əsasən, Dövlət Məşğulluq Xidməti və “Təhsilin İnnovativ İnkişafı” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər məktəblilərin peşə meyl və maraqlarının müəyyənləşdirilməsində, onlara gələcəkdə peşə və ixtisas seçimində köməklik göstərmək və övladlarını yaradıcı əməyə hazırlamaq, onları düzgün ixtisas seçiminə yönəltmək barədə valideynləri məlumatlandırmaqdan ibarətdir. 

Dövlət Komitəsi: Bakıda məzarlıqlarda yer çatışmazlığı yarana bilər

30 Noyabr 2017 13:29

Nazirlər Kabineti “Məzarlıqlar haqqında” qanun layihəsinə baxdıqdan sonra yeni ayrılacaq məzarlıqlar və insanların dəfn mərasimləri və s. məsələlər həmin qaydalara uyğun tənzimlənəcək. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Deputat: “Ermənistan böyüyünə xəyanət edir”

30 Noyabr 2017 13:12

“Fikrimcə, Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalmaqla yanaşı Avropa İttifaqı ilə saziş imzalamasının bir çox tərəfləri var. Bu sənədi imzalamaqda Avropa İttifaqının başlıca məqsədi Ermənistanı tədricən Rusiyanın təsir dairəsindən çıxarmaq və Yerevanı öz ağasına arxadan zərbə vurmağa hazırlamaqdır”.

İnsanlıq əleyhinə cinayətlərə aid yeni kitab nəşr olunub

30 Noyabr 2017 13:10

Bu günlərdə hüquq üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin dosenti Əlövsət Allahverdiyevin “Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər” kitabı nəşr olunub.  Azərbaycan hüquq ədəbiyyatında ilk dəfə olaraq insanlıq əleyhinə cinayətlərin mahiyyəti, xüsusiyyətləri, tərkib elementləri və növləri ətraflı şərh edilir. Müəllifin fikrincə, bu günə qədər Azərbaycan hüquq ədəbiyyatında insanlıq əleyhinə cinayətlər tam tədqiq olunmayıb, sadəcə müəyyən elmi əsərlərdə onun növləri ilə bağlı məsələlərə toxunulub. Halbuki, indiki şəraitdə insanlıq əleyhinə cinayətlərin daha geniş formada tədqiq olunaraq cəmiyyətə təqdim olunması çox zəruridir, hətta buna böyük bir tələbat var. 

Dekabrın ilk günündə QAR YAĞACAQ - Sabahın havası

30 Noyabr 2017 12:54

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.

XƏBƏRDARLIQ: Dekabrda 20 dərəcə şaxta olacaq - Rəsmi açıqlama

30 Noyabr 2017 12:51

Dekabr ayına olan hava proqnozu ilə bağlı məlumat açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakıda mebel sexi yanıb

30 Noyabr 2017 12:29

Bakıda yanğın qeydə alınıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 255 m2 olan mebel sexinin yanar konstruksiyaları və içərsində olan əşyalar yanıb. Sexə bitişik digər sexlər yanğından mühafizə olunub.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıtda güclü yanğın-14 sakin təxliyə edilib

30 Noyabr 2017 12:28

Sumqayıtda güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, şəhərində ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin 1 otağının döşəməsi 6 m2 sahədə və divar kağızı 4 m2 sahədə yanıb. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakıda "İslam Həmrəyliyinin güclənməsində medianın rolu" adlı konfrans keçirilir

30 Noyabr 2017 12:26

Bakıda "İslam Həmrəyliyinin güclənməsində medianın rolu" adlı konfrans keçirilir. “Olaylar”ın görə, konfrans Azərbaycanda İslam Həmrəyliyi ili münasibətilə İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə Prezident Administrasiyasının əməkdaşı, deputatlar, media kapitanları, səfirlər və digərləri iştirak edirlər.

Yasamal Yaşayış Kompleksi ərazisində nəqliyyat vasitələrinin rahat hərəkəti təşkil ediləcək

30 Noyabr 2017 12:24

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi birgə layihəsini təqdim edib. İki qurum arasında səmərəli əməkdaşlıq nəticəsində Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üzrə işlərin həyata keçirilməsinə başlanılıb.

3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub

30 Noyabr 2017 12:02

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub. Məlumata görə, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib. 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinə isə hələlik təyinat olmayıb.

Sabah parlamentdə büdcə müzakirəsinə son qoyulacaq

30 Noyabr 2017 11:50

Sabah – dekabrın 1-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək. “Olaylar”ın məlumatına görə, iclasın gündəliyinə 31 məsələ daxildir. İlk olaraq iclasda hökumət üzvləri 2018-ci ilin dövlət büdcə zərfi ilə bağlı deputatların təkliflərini cavablandıracaqlar.