Sosial

"Müəllimlərin yeni alətlərdən istifadə bacarıqları yetərli deyil"

30 Noyabr 2017 16:26

Müəllimlər 2012-ci ildən başlayaraq yalnız ənənəvi testlərdən istifadə ediblər. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O vurğulayıb ki, halbuki müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istfadə etməli idilər: "20 il ərzində müəllimləri ənənəvi tədris forması üçün öyrədə bilmişdik.

Su hövzələrindəki quşlara çörək atmaq olmaz - Nazirlik

30 Noyabr 2017 16:20

Söz hövzələrində yaşayan quşlara çörək atmaq olmaz, bu, onların asan hədəf olmasına səbəb olur. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Zooparklarda, təbii və süni yaradılmış göllərdə məskunlaşan quşlara xüsusilə uşaqların tez-tez çörək atdığının şahidi olmuşuq. Bilmədən etdiyimiz bu vərdişlər əslində həm təbiəti çirkləndirmək, həm heyvanlara ziyan vurmaq baxımından zərərlidir: “Çörəyin içində bir çox quşun həzm edə bilməyəcəyi miqdarda duz və şəkər var.

“ASAN xidmət” mərkəzlərində dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün ŞANS

30 Noyabr 2017 16:18

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Quba və Mingəçevir regional “ASAN xidmət” mərkəzlərində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün B növünə daxil olan BB vəzifə qrupu üzrə müsabiqənin test imtahanına Dövlət İmtahan Mərkəzi tərəfindən qeydiyyat elan edilib. Olaylar.az bildirir ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Əflatun Amaşov QDİƏT-in Parlament Məclisi Baş Assambleyasının sessiyasında iştirak edib

30 Noyabr 2017 16:06

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən 50-ci sessiyasında çıxış edib.

“Ya fahişəm ol, ya da boşan”

30 Noyabr 2017 16:03

Ailə boşayan hakimlərə böyük iş düşür. İş deyəndə, tərəfləri dinləmək üçün səbr, vəziyyətdən çıxış və ya boşanmadan qaçmaq üçün öyüd- nəsihət. Məhkəmədə hakimlər də artıq bezib. İnanın, bezənlər var, biri hətta çıxış zamanı mübahisə edən ər-arvada "boşanırsız boşanın, yemək yeyib dərman atmalıyam" deyib. 

Yumurtanın qiymətini kim qaldırır?

30 Noyabr 2017 16:00

Ölkədə quşçuluq broylerlərində yumurtanın qiyməti bahalaşmayıb. Bu barədə Açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib. Onun sözlərinə görə, broyler fabriklərində yumurtanın qiyməti sabit olaraq qalır: "Broylerlərdə yumurtanın qiyməti 11 qəpikdir. Bu qiymət neçə vaxtdır ki, dəyişməz qalıb. Biz yemi xaricdən dollarla alsaq da, qiymət artımı etmirik. Yumurtanın qiymətini mağazalar, sakibkarlar özləri bahalaşdırır. Bunun bizə aidiyyəti yoxdur. Bizdə normal yumurta 11, bir az böyük olan yumurtalar isə 12 qəpikdir".

Binəqədi şosesində hərəkət yenə məhdudlaşdırılır

30 Noyabr 2017 15:47

Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq 30 noyabr tarixindən 1 dekabr tarixinə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəsəbəsindən “4 yol” deyilən əraziyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Artıq hər kəs Avropada işləyə biləcək

30 Noyabr 2017 15:47

Azərbaycan vətəndaşlarının Avropada işlə təmin olunması ilə bağlı daha bir addım atılıb. “OLAYLAR”-ın xəbərinə görə, yeni yaradılan "Work In Europe” şirkəti ölkə ölkə vətəndaşlarının Avropada rahat işlə təmin olunması ilə bağlı bütün öhdəlikləri öz üzərinə götürür. Şirkətin əsas üstünlükləri bunlardır. A1 sənədi vasitəsi ilə Avropanın digər ölkələrinə iş transferi edilir. Harada işləmənizdən asılı olmayaraq sosial müdafiə xərcləriniz Polşada şirkət tərəfindən ödənilir. İşçilərin bütün mühasibat və kadr işləmlərini şirkət tam üzərinə götürür. İşçilərin Polşada qarşılanması, ilkin sənədlərin hazırlanmasını şirkət təmin edir. Viza alınmasına dəstək verilir. Şirkətin Avropada rəsmi tərəfdaşı "Azerland”iş agentliyidir.

Lənkəran, İsmayıllı və Oğuzda qanunsuz fəaliyyət göstərən kömür quyuları aşkarlandı

30 Noyabr 2017 15:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib. 

DİM: Bəzi dövlət orqanlarında vakant vəzifələr barədə DİM-ə məlumat verilmir

30 Noyabr 2017 15:22

Dövlət orqanlarında dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyəti ilə bağlı araşdırma aparılıb. Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının noyabrın 29-da keçirilmiş iclasında bildirib ki, araşdırma nəticəsində məlum olub ki, bəzi dövlət orqanlarında vakant vəzifə olduğu halda həmin vəzifələrin tutulması barədə müvafiq qərar qəbul edilməməsi və bu barədə DİM-ə məlumat verilməməsi halları mövcuddur. 

Baş nazirin müavini iş adamlarına çağırış etdi: “Qara mühasibatlığ”a yol verməyin”

30 Noyabr 2017 15:16

“Azərbaycan hökuməti iş adamları üçün əlverişli şərait yaradıb”.  Məlumata görə, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib. Ə. Əhmədov bildirib ki, iş adamları öz fəaliyyətlərini qanunvericiliyə uyğun qurmalıdırlar: “İş adamlarına çağırış edirik, onları dəvət edirik ki, qeyri-rəsmi məşğulluq ənənələrindən imtina etsinlər, “qara mühasibatlığ”a yol verməsinlər, öz işlərini qanunvericiliyə uyğun şəkildə qursunlar.

Əlillərin stolüstü idman oyunları  üzrə V Ümumrespublika yarışlarının qalibləri mükafatlandırılıb

30 Noyabr 2017 15:05

Əlilliyi olan şəxslərin ictimai həyatın bütün sahələrində fəal iştirakı üçün şəraitin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil etdiyi Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları başa çatıb və 3 Dekabr - Beynəlxalq Əlillər günü ərəfəsində yarışların qaliblərinin mükafatlandırılması tədbiri keçirilib. Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, əlil ictimai birliklərinin nümayəndələri iştirak edib.

Cocuq Mərcanlı sakinlərinin məşğulluq məsələsi həllini tapacaq

30 Noyabr 2017 14:57

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yerli əhalinin səmərəli məşğulluğuna əlavə dəstək verilməsi, xüsusən kənddə özünüməşğulluq proqramı çərçivəsində müxtəlif iqtisadi fəaliyyət növləri üzrə fərdi təsərrüfatların qurulması üçün aktiv məşğulluq tədbirlərinə hazırlıq işləri aparır.

Daxili orqanında narkotik vasitə aşkarlandı

30 Noyabr 2017 14:54

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı idarənin Sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Vergilər Nazirliyində yeni təyinat

30 Noyabr 2017 14:52

Vüqar İsmayılov Azərbaycan vergilər naziri Fazil Məmmədovun vergi cinayətlərinin ilkin araşdırması məsələləri üzrə müşaviri təyin olunub.“Olaylar”ın məlumatına görə, bundan əvvəl V.İsmayılov nazirliyin Daxili Təhlükəsizlik Departamentinin baş direktoru vəzifəsində işləyib.Qeyd edək ki, hazırda vergilər nazirinin 14 müşaviri fəaliyyət göstərir.