Sosial

“Atrabank”in sabiq sədri həbs edilib

30 Noyabr 2017 11:31

Hazırda ləğvetmə prosesində olan “Atrabank” ASC-nin sabiq vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmanətlərin Siğortalanması Fondundan daxil olmuş materiallar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

SOCAR prezidenti İranın neft nazirinin müavini ilə görüşüb

30 Noyabr 2017 11:28

SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İranın Neft Nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zəmaniniya və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, SOCAR-ın prezidenti R.Abdullayev son zamanlar Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrində münasibətlərin daha da genişləndiyini, xüsusilə iki ölkənin neft-qaz sektoruna daxil olan şirkətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoqun intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını bildirib. SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R.Abdullayev mövcud tərəfdaşlıq münasibətlərindən söz açmış, genişlənmə imkanlarını qeyd edib.

Nəsimi rayonunda Əlillər günü qeyd edilib

30 Noyabr 2017 11:25

3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Əyləncə Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərin GULSAM Əlillərin Reabilitasiyası İctimai Birliyinin və 1 saylı Saglamlıq imkanları məhdud Gənclərin peşə reabilitasiya Mərkəzinin üzvlərinin iştirakı ilə “Bu mənəm” əl işlərindən ibarət sərgi- satiş yarmarkası keçirilib. “Olaylar”xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıb. Qeyd olunub ki, Nəsimi rayonunda qeydiyyatdan keçmiş 7325 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır.

Soyuq havanın bilmədiyimiz faydaları...

29 Noyabr 2017 19:43

Tibb soyuq hava, qar və buzdan bəzi xəstəliklərin müalicasində istifadə edilyini təsdiqləyib. Belə ki, soyuq havanın bir çoxlarının bilmədiyi faydalar bunlardır: