Nəsimi rayonunda Əlillər günü qeyd edilib

3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Əyləncə Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərin GULSAM Əlillərin Reabilitasiyası İctimai Birliyinin və 1 saylı Saglamlıq imkanları məhdud Gənclərin peşə reabilitasiya Mərkəzinin üzvlərinin iştirakı ilə “Bu mənəm” əl işlərindən ibarət sərgi- satiş yarmarkası keçirilib. “Olaylar”xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıb. Qeyd olunub ki, Nəsimi rayonunda qeydiyyatdan keçmiş 7325 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır.

3 Dekabr - Beynəlxalq əlillər günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Əyləncə Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərin GULSAM Əlillərin Reabilitasiyası İctimai Birliyinin və 1 saylı Saglamlıq imkanları məhdud Gənclərin peşə reabilitasiya Mərkəzinin üzvlərinin iştirakı ilə "Bu mənəm" əl işlərindən ibarət sərgi- satiş yarmarkası keçirilib. "Olaylar" xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıb. Qeyd olunub ki, Nəsimi rayonunda qeydiyyatdan keçmiş 7325 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır. A.Əsgərov bildirib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunub. Bu il müxtəlif kateqoriyalardan olan 147 nəfər əlil rayon istirahət mərkəzləri və sanatoriyalara göndərilib. Əlil Təşkilatlari İttifaqının Prezidenti Davud Rəhimli və GULSAM Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gulnarə Səlimova əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib. Vurğulayıb ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31