SOCAR prezidenti İranın neft nazirinin müavini ilə görüşüb
SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İranın Neft Nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zəmaniniya və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, SOCAR-ın prezidenti R.Abdullayev son zamanlar Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrində münasibətlərin daha da genişləndiyini, xüsusilə iki ölkənin neft-qaz sektoruna daxil olan şirkətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoqun intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını bildirib. SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R.Abdullayev mövcud tərəfdaşlıq münasibətlərindən söz açmış, genişlənmə imkanlarını qeyd edib.
30 Noyabr 2017 11:28 SosialSOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İranın Neft Nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zəmaniniya və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, SOCAR-ın prezidenti R.Abdullayev son zamanlar Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrində münasibətlərin daha da genişləndiyini, xüsusilə iki ölkənin neft-qaz sektoruna daxil olan şirkətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoqun intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını bildirib. SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R.Abdullayev mövcud tərəfdaşlıq münasibətlərindən söz açmış, genişlənmə imkanlarını qeyd edib.
İranın Neft Nazirinin muavini Ə. Zəmaniniya ölkələrimiz arasında iqtisadi sahələrdə, o cümlədən, enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu söyləymiş, neft-qaz sənayesində əməkdaşlığın qonşu ölkələrdə inkişafa daha böyük töhfələr verəcəyinə əminliyini vurğulayıb. Planlaşdırılan əməkdaşlıq layihələri sayəsində yaxın perspektivdə İranda neft və qaz hasilatının artırılacağını diqqətə çatdıran nazir müavini, SOCAR-ın qlobal layihələrdə böyük təcrübəsi olan beynəlxalq şirkət kimi həmin müştərək layihələrdə iştirakında maraqlı olduqlarını vurğulamışdır. Görüşdə Azərbaycan və İran arasında neft-qaz sektorunda, o cümlədən İran körfəzində və Xəzər dənizində də, tərəfdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə edilmiş, tərəflər əməkdaşlığın genişləndirilməsi üçün olduqca münasib imkanların mövcud olduğunu söyləyib.