Sosial

Xeyli sayda pirotexniki vasitə aşkar olunub

18 Dekabr 2017 16:28

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Şəmkirdə 100-dən çox vətəndaş ödənişsiz tibbi müayinə edilib

18 Dekabr 2017 16:27

Mərkəzi Klinika Gəncə Xəstəxanası Şəmkirin Düyərli kəndində bir gün ərzində ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil edib. “OLAYLAR”-ın xəbərinə görə, Düyərli Kənd Xəstəxanasının binasında keçirilən aksiyadan, 100-dən çox vətəndaş peşəkar həkimlər müayinələrindən yararlanıb.

Dini Komitə maarifləndirmə tədbiri keçirib

18 Dekabr 2017 16:27

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini,  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətdən danışıb.

Diaspor rəhbəri Misir parlamentində görüş keçirib

18 Dekabr 2017 16:26

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir parlamentinin Vəqflər və Dini komitəsinin sədri, professor Usəmə əl-Əbdllə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Seymur Nəsirov Azərbaycan həqiqətləri, ölkəmizin cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, ərazisinin 20 faizinin hələ də Ermənistan tərəfindən işğal altında saxlanılması, bir milyondan çox qaçqın və köçkünün olması, Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Diaspor rəhbəri eyni zamanda Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq, son illər iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurlardan da bəhs edib. Azərbaycan-Misir əlaqələrdən də söhbət açan S.Nəsirov xalqlarımız arasındakı dostluq münasibətlərinin çox qədim tarixə malik olduğunu vurğulayıb.

Nazirlik: İnsanlar yolka bəzəmək üçün meşələrdən pulla təbii ağac ala bilərlər

18 Dekabr 2017 16:18

Bir çox ölkələrdə Yeni il zamanı evlərdə süni deyil, təbii ağaclardan yolkaların quraşdırılmasına üstünlük verilir. Sözsüz ki, təbii yolkanın görünüşü insanda daha xoş təəssürat yaradır. İnsanların ona üstünlük verməsinin səbəbi həm də təbii yolkaların daha ucuz başa gəlməsi olur.

Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı artıb

18 Dekabr 2017 16:07

"2017-ci ilin 11 ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların sayında 20% artım müşahidə edilib”. Bunu mədəniyyət  və turizm nazirinin müavini Nazim Səmədov deyib.

“Sızanaqları sıxmayın, yoxsa...” – Dermatoloq MÜALİCƏ ÜSULLARInı sadalayır

18 Dekabr 2017 16:01

Qadın və kişilər arasında ən geniş yayılmış problemlərdən biri sızanaqlar və bununla bağlı üzdə yaranan ləkələr, çapıqlardır. Bunlar dəri problemi olmaqla yanaşı, həm də estetik baxımdan xoş bir görüntü yaratmır. İnsanlarda narahatlığa, diskamfort hissinə səbəb olur. Bəs üzdə sızanaqların yaranma səbəbləri nələrdir? Hansı hallarda sızanaqlardan sonra üzdə ləkələr, çapıqlar yaranır? Problemdən ev şəraitində qurtulmaq mümkündürmü?

Məktəblərdə Yeni il şənlikləri keçiriləcəkmi? - RƏSMİ AÇIQLAMA

18 Dekabr 2017 15:54

Bakı məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə bağlı heç bir əmr imzalanmayıb. Nə Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən belə bir tapşırıq verilməyib.

Ölkədə yüzlərlə informasiya vasitələrinin fəaliyyət göstərməsi fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin göstəricilərindən biridir

18 Dekabr 2017 15:44

Doğru buyurursunuz ki, vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatının nümayəndəsi olaraq fəaliyyətimizlə əlaqədar tez-tez kütləvi informasiya vasitələri ilə yaxından təmasda oluruq. Zaman-zaman yerli kütləvi informasiya vasitələrində yazılarımız, müsahibələrimiz dərc edilir. Media, kütləvi informasiya vasitələri ilə təmaslarımız, söhbətlərimiz, eləcə də mətbuatda bizimlə əlaqədar olaraq dərc edilən məqalələr bir neçə vacib nüansı ortaya çıxarır.

Ədliyyə Nazirliyinə işə qəbul qaydaları asanlaşdı

18 Dekabr 2017 15:42

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olmaq istəyənlər üçün sınaq müddəti azaldılır. Bununla bağlı Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 sentyabr tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları”nda dəyişikliklər edilib.

“Silahlı qüvvələrdə ictimai nəzarət təmin edilməlidir”

18 Dekabr 2017 15:21

Ölkə parlamenti tərəfindən ikinci oxunuş üçün qəbul edilən "Silahlı Qüvvələr haqqında" yeni qanun layihəsi ciddi müzakirələrə səbəb olub. Millət vəkilləri ordu rəhbərinin mülki şəxs, yaxud peşəkar hərbçi olmasından tutmuş silahlı qüvvələrə ictimai nəzarət məsələləri ətrafında ciddi təkliflər səsləndiriblər. Onu da qeyd edək ki, ordunun daxili sabitliyin təmin olunması məqsədilə istifadəsi barədə yanlış açıqlamalar cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub.

Daha bir regional Bilik Evi açıldı

18 Dekabr 2017 15:18

Dekabrın 18-də Bilik Fondunun növbəti Bilik Evi Ağstafa rayonunda açılıb. Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Regional Bilik Evinin açılış mərasimindən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşüb. Fondun icraçı direktoru, icra başçısı, qonaqlar və iştirakçılar tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzülüb. Olaylar.az bildirir ki, tədbirdən öncə Fondun lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva yerli gənclərdən ibarət auditoriya qarşısında "Bilik Azərbaycanda insan kapitalının inkişafında əsas amil kimi" mövzusunda mühazirə ilə çıxış edib.

İstirahət günləri yol qəzalarında 2 nəfər ölüb, 7-si yaralanıb

18 Dekabr 2017 15:15

İstirahət günləri respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Zamanın Tələbi- İslam Həmrəyliyi" adlı konfrans keçirilib

18 Dekabr 2017 15:13

Bakıda "Zamanın Tələbi- İslam Həmrəyliyi" adlı konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, "Gənclərin Mənəvi İnkişafı" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan konfransda günümüzdə İslam dininə zidd olan əməl və hərəkətlərin din adına bağlanmasına edilən cəhdlər, bunun qarşısının alınmasının yolları, xurafatçılığa qarşı mübarizə, eləcə də Azərbaycanın İslam Həmrəyliyinə verdiyi töhfələrdən söhbət açılıb.

“Atabank” müştərilərinə 200-ə yaxın hədiyyə bağışlayıb

18 Dekabr 2017 15:13

"Atabank” ASC bu ilin sonuna qədər keçirdiyi “Hədiyyəli Yeni İl” kampaniyası çərçivəsində sığortalı depozit yerləşdirmiş fiziki şəxslərə 88 ədəd “İsma Bike” velosipedi, 90 ədəd “İphone X” smartfonu və digər müxtəlif hədiyyələr bağışlayıb. “OLAYLAR” xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir.