Sosial

Masallı sakinləri yol problemlərinin həllini gözləyirlər

18 Dekabr 2017 14:55

20 ildən artıqdır ki, Masallı sakinlərinin yol problemi həllini tapmaq bilmir. Rayon sakinləri “Olaylar”a bildiriblər ki, 10 mindən artıq əhalisinin yaşadığı Türkoba, Hişkədərə, Mişkəmi, Miyənkü, Nəzəroba və Kubin kəndlərinə getmək üçün Lənkəran-Boradigah şosesindən ayrılan avtomobil yolunun uzunluğu 8 kilometrdir və bərbad halda olan bu yol sonuncu dəfə 20 il bundan əvvəl təmir edilib.

Azərbaycanda yol polisinin görünməmiş hərəkətinə EKSPERTDƏN REAKSİYA

18 Dekabr 2017 14:47

Dövlət Yol Polisinin velosipedi cərimə meydançasına aparması düzgün deyil. Nəzəri olaraq, yalnız sərxoş velosipedçi qaydaları pozarsa, velosipedi idarə etməkdəm kənarlaşdırılmalıdır (sərxoş olsa da, qayda pozmursa, kənarlaşdırıla bilməz).

Mübariz Qurbanlı: "İraqdakı digər uşaqların da yaxın günlərdə Azərbaycana gətirilməsi üçün işlər görülür"

18 Dekabr 2017 14:42

“İraqda qalan Azərbaycan vətəndaşlarının taleyi dövlətimizin müvafiq qurumlarının tam diqqətindədir”. Məlumata görə, bunuDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Elçin Hüseynbəyli yazır... İtlər adası

18 Dekabr 2017 14:35

Mən heyvanları sevirəm. Bunu ona görə deyirəm ki, kimsə məni heyvanlara qarşı ögey münasibətdə qınamasın.

Komitə sədri din xadimlərinə əmək haqqı veriləcəyi vaxtı açıqladı

18 Dekabr 2017 14:07

“İraqda qalan Azərbaycan vətəndaşlarının taleyi dövlətimizin müvafiq qurumlarının tam diqqətindədir”.  Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Rəhbərlik etdiyi komitənin də bu məsələni diqqətdə saxladığını qeyd edən M. Qurbanlı bildirib ki, onlarla bağlı hazırda tədbirlər görülür: “Orada qalan digər azərbaycanlı uşaqların da yaxın günlərdə Azərbaycana gətirilməsi üçün işlər görülür. Proses gedir”. 

Nağdsız ödəniş imkanları artırılır

18 Dekabr 2017 14:01

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində növbəti addım atılıb. Palatadan verilən məlumata görə, MBNP-də yaradılmış İşçi Qrupunun birgə fəaliyyəti nəticəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC təmsil olunduğu 1, 2 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzlərində ödəniş kartları ilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə, nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdıraraq vətəndaşların istifadəsinə təqdim edib. Nəzərə çatdıraq ki, Bu POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və büdcə ödənişlərinin nağdsız formada ödənilməsi mümkündür.

34 671 şəxsə reabilitasiya xidmətləri göstərilib

18 Dekabr 2017 14:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində cari ilin yanvar-noyabr aylarında ümumilikdə 34 671 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətləri göstərilib.

Əczaçıların savadsızlığı insan həyatı üçün təhlükə yaradır

18 Dekabr 2017 13:56

Ölkədə fəaliyyət göstərən bəzi apteklərdə mənşəyi məlum olmayan, keyfiyyətsiz dərman preparatlarının satışı adi hal alıb. Baxmayaraq ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən dərman vasitələrinin siyahısı təsdiqini tapıb, ancaq hələ də apteklərdə mənşəyi məlum olmayan dərman preparatlarına rast gəlmək mümkündür.

Beynəlxalq dərəcəli hakimə AGF-nin Fəxri Diplomu verildi

18 Dekabr 2017 13:56

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilir. AGF-dən “OLAYLAR”-a bidirilib ki, ölkə çempionatında yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının üzvü olan milli və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə edilir.  Dünya Güləş Birliyinin təlimatına uyğun olaraq hər bir hakim 60 yaşı tamam olana qədər beynəlxalq və yerli yarışları idarə etmək hüququna malikdir. Bu günlərdə 60 yaşı tamam olan I dərəcəli beynəlxalq kateqoriyalı hakim Qərib Əliyev hakimlik karyerasını başa vurub.  Azərbaycan çempionatının sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində final görüşünü idarə edən Qərib Əliyev hakim kolleqalarının fit və azarkeşlərin alqış sədaları altında xalça ilə vidalaşıb. 

“Şahdağ” Turizm Mərkəzində qış mövsümü açıq elan olundu

18 Dekabr 2017 13:53

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan və Azərbaycan turizm tarixində ən genişmiqyaslı layihə hesab olunan “Şahdağ” Turizm Mərkəzində sayca altıncı qış mövsümü dekabr ayının 16-dan etibarən açıq elan edilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qarla örtülmüş Şahdağ yamacları xizək həvəskarlarının istifadəsinə verilib.

İlin icra başçısı seçiləcək

18 Dekabr 2017 13:35

Regionlar arasında müsbət mənada gedən rəqabəti dəyərləndirmək, cəmiyyətdə bu istiqamətdə marağı artırmaq məqsədi ilə İCMAL.az Analitik Təhlil Saytı və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi "İLİN BAŞÇISI 2017”sorğusunu reallaşdırmaq niyyətindədirlər.

Bakı Təhsil İdarəsi müsabiqəyə yekun vurdu

18 Dekabr 2017 13:32

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi başa çatıb.

Ombudsman: “Azərbaycanda heç bir miqrant zorakılığa məruz qalmır”

18 Dekabr 2017 13:27

"Azərbaycan dünyada cəlbedici ölkə olub və ona görə də ölkəmizə gələn miqrantların sayı artır". “Olaylar” xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Beynəlxalq Miqrant Günü ilə bağlıkeçirilən tədbirdə deyib.

Çiskinli, dumanlı, küləkli hava

18 Dekabr 2017 13:22

Sabah, dekabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.