“Şahdağ” Turizm Mərkəzində qış mövsümü açıq elan olundu
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan və Azərbaycan turizm tarixində ən genişmiqyaslı layihə hesab olunan “Şahdağ” Turizm Mərkəzində sayca altıncı qış mövsümü dekabr ayının 16-dan etibarən açıq elan edilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qarla örtülmüş Şahdağ yamacları xizək həvəskarlarının istifadəsinə verilib.
18 Dekabr 2017 13:53 SosialMədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan və Azərbaycan turizm tarixində ən genişmiqyaslı layihə hesab olunan "Şahdağ" Turizm Mərkəzində sayca altıncı qış mövsümü dekabr ayının 16-dan etibarən açıq elan edilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qarla örtülmüş Şahdağ yamacları xizək həvəskarlarının istifadəsinə verilib.
İlk dəfə olaraq açılış günü mərkəzdə bu qədər izdiham yaşanaraq, gün ərzində mərkəzi 3000-dən çox turist ziyarət edib. Keçən il qış mövsümü ərzində 95 000-dən çox turist qəbul edən mərkəzə üz tutan turistlərin, eləcə də xarici turistlərin sayının ilbəil artdığından bu mövsümün keçən ilki rəqəmləri üstələyəcəyi proqnozlaşdırılır.
Hər il olduğu kimi bu il də xizək və snoubord sürmə ilə yanaşı 13 müxtəlif qış əyləncəsi ilə də turistlərin ixtiyarına verilib. Ənənəvi əyləncələr sırasına parapalan (dağ paraşütü) xidməti də əlavə edilib.
Qeyd edək ki, bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında olurlar.