İlin icra başçısı seçiləcək

Regionlar arasında müsbət mənada gedən rəqabəti dəyərləndirmək, cəmiyyətdə bu istiqamətdə marağı artırmaq məqsədi ilə İCMAL.az Analitik Təhlil Saytı və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi "İLİN BAŞÇISI 2017”sorğusunu reallaşdırmaq niyyətindədirlər.

Regionlar arasında müsbət mənada gedən rəqabəti dəyərləndirmək, cəmiyyətdə bu istiqamətdə marağı artırmaq məqsədi ilə İCMAL.az Analitik Təhlil Saytı və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi "İLİN BAŞÇISI 2017"sorğusunu reallaşdırmaq niyyətindədirlər.

Bu barədə "OLAYLAR"-a məlumat verənAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov sorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd edib:"Bu tip sorğular demək olar ki, bütün Slavyan ölkələrində keçirilir. Onlarda bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanmaq niyyətindəyik. ASGA olaraq bir neçə istiqamətdə sorğular keçirtmək niyyətindəyik. Bu sorğuda əsas məqsədimiz regionlarda gedən irimiqyaslı quruculuq işləri haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaqdan, regionlarımıza olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki iqtisadi uğurların nəticəsi kimi dəyərləndirilməlidir."

Sorğu QHT-nin rəsmi internet səhifəsi www.AzSlav.org saytında həyata keçirilir. Səsvermələr15gün sonra dayandırılacaq və nəticələr açıqlanacaq. 1-ci yerdə qərarlaşan "İlin başçısı" nominasiyası üzrə qalib elan ediləcəkdir.

Məlumat üçün qeyd edək ki, bundan öncə "İLİN BAŞÇISI" mükafatına Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev və Biləsuvar Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev layiq görülüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31