Əczaçıların savadsızlığı insan həyatı üçün təhlükə yaradır
Ölkədə fəaliyyət göstərən bəzi apteklərdə mənşəyi məlum olmayan, keyfiyyətsiz dərman preparatlarının satışı adi hal alıb. Baxmayaraq ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən dərman vasitələrinin siyahısı təsdiqini tapıb, ancaq hələ də apteklərdə mənşəyi məlum olmayan dərman preparatlarına rast gəlmək mümkündür.
18 Dekabr 2017 13:56 SosialÖlkədə fəaliyyət göstərən bəzi apteklərdə mənşəyi məlum olmayan, keyfiyyətsiz dərman preparatlarının satışı adi hal alıb. Baxmayaraq ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən dərman vasitələrinin siyahısı təsdiqini tapıb, ancaq hələ də apteklərdə mənşəyi məlum olmayan dərman preparatlarına rast gəlmək mümkündür. "Olaylar" a daxil olan məlumata görə, son zamanlar apteklərdə reseptlərə uyğun gəlməyən dərmanların satışı müşahidə olunmaqdadır. Belə ki, bir sıra əczaçılar ya həkimin təyinatında əksini tapmış dərmanların əvəzedicisini təklif edir, ya da ümumiyyətlə reseptdə olmayan dərmanları sırıyırlar. Mütəxəssislərin qənaətinə görə, istənilən halda əçzaçılar tərəfindən belə bir addımın atılması cinayət məsuliyyəti yaradır. Belə ki, bilərəkdən, yaxud ehtiyatsızlıq ucbatından insan sağlamlığına ziyan vurmaq məsuliyyətə səbəb olur. Bu baxımdan əczaçılar satdıqları dərman preparatının insan orqanizminə hansı təsir göstərəcəyinin fərqində olmalıdırlar.