Sosial

Konfutsi institutlarının Ümumdünya Konfransı

18 Dekabr 2017 20:21

Çinin Sian şəhərində Konfutsi institutlarının XII Ümumdünya Konfransı keçirilib. 140 ölkədən iki mindən çox iştirakçının bir araya gəldiyi konfransda Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov, ADU-nun Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua və ADU-nun Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov iştirak ediblər.

Arıqlamaq istəyənlər üçün CƏFƏRİ QARIŞIMI: orqanizmi toksinlərdən təmizləyir

18 Dekabr 2017 19:17

Hazırda dünyada demək olar ki, əksər insanlar piylənmədən və artıq çəkidən əziyyət çəkirlər. Buna görə müxtəlif plastik əməliyyat, idman, pəhriz kimi üsullara əl atırlar. Arıqlamağın ilk şərti düzgün və sağlam qidalanmaqdır.

Kondisionerlərdən gələn təhlükə... Bilməniz vacibdir!

18 Dekabr 2017 19:11

Yay aylarının gəlişi ilə özünü göstərməyə başlayan qızmar isti və yüksək rütübətlilik nisbəti kondisionerdən istifadəni artırır. Demək olar ki, hər evdə, hər iş yeri və avtomobillərdə kondisioner mövcuddur.

Zeytunda gizlənən BÖYÜK SİRR - Alimlər ÇÖZDÜ

18 Dekabr 2017 19:05

Hüceyrə yeniləyici xassələrə malik olan zeytun çəyirdəyinin yeni faydaları üzə çıxıb.  Türkiyədə 10 universitetin zeytun çəyirdəyi üzərində apardığı elmi araşdırmanın nəticələri çoxlarını təəccübləndirib. 5 ildir zeytun ağacını araşdıran alimlər zeytun çəyirdəyinin sirrini çözməyə çalışıb.

Abortdan öncə və sonra bu məqamlara DİQQƏT EDİN

18 Dekabr 2017 18:35

Abort qadın üçün əhəmiyyətli qərarlardan biridir. Abortdan sonra psixoloji olaraq yaxşı hiss etməyiniz üçün bir psixoloqdan da kömək ala bilərsiniz. Ailem.az abortla bağlı diqqət etməyiniz vacib olan məqamları yazır. Abort etdirəcəyiniz gün yalnız olmamağınız məsləhətdir. Anesteziya alacağınız üçün yanınızda duracaq və sizə kömək olacaq birinin olması yaxşıdır.

Qazaxda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalq şairi Osman

18 Dekabr 2017 18:17

Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib. Tədbir iştirakçıları əvvəlcə İkinci Şıxlı kənd məzarlığında Xalq şairi Osman Sarıvəllinin və şair Eldar Nəsiblinin qəbrlərini ziyarət ediblər. Sonra poeziya bayramı Ədəbiyyat Muzeyində davam etdirilib. Qonaqlar öncə muzeylə, Xalq şairinin kitablarından ibarət sərgi ilə tanış olublar.

Bakının hava limanında yeni taksi xidməti yaradılacaq

18 Dekabr 2017 17:55

Bakının hava limanında yeni taksi xidməti yaradılacaq.  Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli Trend-ə müsahibəsində bildirib ki, Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına yol infrastrukturu ilə bağlı təkliflər göndərilib.

31 dekabrda Bakıda nələr olacaq?

18 Dekabr 2017 17:30

“Yeni ilə hazırlıqla bağlı Bulvar ərazisində iki yerdə şam ağacı qurulur. Onlardan biri “Kukla teatrı”ndan aşağı hissədə 35 metr hündürlükdə olan Bakının ən hündür “yolka”sıdır, ikincisi isə Bulvarın Şeş-beş deyilən ərazisində quraşdırılır”.

Dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə edilib

18 Dekabr 2017 17:24

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev mövzunun əhəmiyyətindən danışıb. 

Tarixi qəhrəmanlar gənclərin gözü ilə

18 Dekabr 2017 17:22

“Azərbaycanin tarixi qəhrəmanlari gənclərin gözü ilə” adlı sərgi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub.

Azərbaycan daha 8 əcnəbiyə qaçqın statusu verdi

18 Dekabr 2017 17:13

Ötən illərə nisbətən bu il Azərbaycana gələn əcnəbi qaçqınların sayında azalma müşahidə edilib. Azərbaycana əsasən Əfqanıstan, İran və Suriyadan qaçqın gəlib. Bu barədə saytına miqrasiya üzrə ekspert Azər Allahverənov məlumat verib.

"Azercell"lə “Karyerada ilk addım”

18 Dekabr 2017 16:39

Ölkəmizdə keçirilən karyera sərgilərində iştirakı artıq ənənəyə çevrilən Azercell Telekom bu dəfə Azərbaycan Dövlət Neft Sənaye Universitetində təşkil olunan əmək yarmarkasında iştirak edib. Şirkətdən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi “Karyerada ilk addım” devizi ilə keçirilən yarmarkada Azercell mövcüd vakansiya və Tələbə Proqramları ilə çıxış edib. Yarmarkada öz fəallığı ilə seçilən Azercell-in stendi tələbələrin böyük marağına səbəb olub. İnsan Qaynaqları Departamentinin əməkdaşları tələbələri maraqlandıran sualları cavablandıraraq Azercell-də karyera qurmaq istəyən gənclərə faydalı məsləhətlər veriblər.