Sosial
990 nəfər dövlət qulluğuna qəbul şansı qazanıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabr 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün imtahan keçirilib. DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 990 nəfər (32.6%) müvəffəqiyyət əldə edib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 2207 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir.
Yeni formatda olan metodiki vəsaitlər çap olundu
Mövcud sifariş və tələbatlarları nəzərə alaraq Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları tərəfindən yeni metodiki vəsaitlər hazırlanıb. Olaylar.az bildirir ki, müxtəlif mövzuları əhatə edən doqquz metodiki vəsait çapdan çıxmışdır.
Dini icmaların layihələri maliyyələşdirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dövlət Komitəsinin sədri, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.
Tərtərin 11 kəndinin içməli su problemi həll edilib
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Tərtər rayonunda həyata keçirilən layihə uğurla icra edilib. “OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində rayonun 11 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Tərtər rayonunun İsmayılbəyli kəndində açılış mərasimi keçirilib.
Vəkilliyə sənəd qəbulunun müddəti artırılıb
Vəkilliyə sənəd qəbulunun müddəti artırılıb.Vəkillər Kollegiyasının mətbuat xidmətindən verilən məlumata görə, Rəyasət Heyətinin 09.12.2017-ci il tarixli qərarı ilə vəkil olmaq arzusunda olan hüquqşünaslar üçün 11.12.2017-11.01.2018-ci ilədək sənəd qəbulunun davam etdirilməsi qərara alınıb.
Spiker: “Ölkəmiz Avropa İttifaqı və onun qurumları ilə əməkdaşlığın inkişafında maraqlıdır “
Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin deputatı Yan Zahradil ilə görüşüb.
Misirin məşhur professoru “Dünya elmi Azərbaycanda” layihəsində
Dekabrın 18 – 22- si tarixlərində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin və Bilik Fondu birgə təşkilatçılığı ilə Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi və Misirin məşhur xəttatı Mustafa Məhəmməd Amri ölkəmizdə səfərdədirlər. Olaylar.az bildirir ki, Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Misirli professor Əbdül Rəhim Əl-Kurdi Bakı Dövlət Universitetində tələbələr qarşısında mühazirə söyləyib.Tədbiri giriş sözü ilə Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov açaraq, misirli alimləri iştirakçılara təqdim edib.
Məktəblərdə telefon və planşetlərdən istifadə qadağandır? - Nazirlikdən CAVAB
Azərbaycanda təhsil müəssisələrində zərurət olduğu təqdirdə tədris prosesi zamanı mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər və bununla bağlı Təhsil Nazirliyi (TN) tərəfindən heç bir məhdudiyyət qoyulmayıb.
Bakıda özəl klinikada daha bir ölüm: xəstə əməliyyat zamanı dünyasını dəyişdi
Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib. Hadisə paytaxtda fəaliyyət göstərən "Grant Hospital"da baş verib. 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib.
Valideynlərin 2/3-si evdə uşaqları üçün bunu edir
Azərbaycanda valideynlərin 2/3-si evdə uşaqları üçün kitab oxuyur. Məlumata görə, bunu bu gün “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinin təqdimatı mərasimində Təhsil Problemləri İnstitutunun direktor əvəzi, Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev deyib.
Azərbaycanda 0-6 yaşlı uşaqların böyük hissəsi məktəbəqədər təhsildən kənarda qalır
“Azərbaycanda dövlət səviyyəsində müvafiq qərara əsasən 5-6 yaşlı uşaqlar məktəbəqədər hazırlıqla əhatə olunur. 0-6 yaş arasında uşaqların böyük bir hissəsi məktəbəqədər təhsildən kənarda qalır”. Bu, Təhsil İnstitutunun “3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması layihəsi” üzrə yekun hesabatda əksini tapıb. Hesabatda bildirilib ki, aparılan tədbirlər nəticəsində təhsilalanların sayı artsa da, hələlik bu amil arzuolunan səviyyədə deyil, digər ölkələrin göstəricilərindən geri qalır.
Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər
Təbii ki, sevgilisi olan insanların bu cür ehtiyaclar duymağı normaldır. Onlara metroda buna icazə yoxdur, bunu etsələr belə, kimlərsə videoya çəkəcək və üçüncü dərəcəli media saytlarının gündəminə oturacaqlar, yaxud ictimai yerlərdə asayişin pozulması iddiasıyla polislər ilişə bilərlər, ya da məhəllələrdə "panyatka" söhbətləri var, bir çox yerdə ana-bacı, arvad-uşaq var...













.jpg)
