Sosial

Azərbaycanda müstəqil mətbuat formalaşıb

19 Dekabr 2017 14:34

Azərbaycanda müstəqil mətbuatın mövcudluğu heç kimə sirr deyil. Üstəlik ölkədə fikir, söz, məlumat və ifadə azadlığı təmin edilməkdədir. Hazırda ölkəmizdə bu prinsiplər qorunub-saxlanılır və inkişaf etdirilir. “Şərq” qəzetinin redaktoru Anar Bayramoğlu da Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində görülən işlər, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.

Bələdiyyələr tərəfindən ciddi pozuntulara yol verilir

19 Dekabr 2017 14:30

17 ildir ki, ölkədə yerli özünüidarə orqanı kimi fəaliyyət göstərən bir sıra bələdiyyələr hələ də özlərini tam şəkildə təsdiq edə bilməyiblər. Belə ki, yerli icra hakimiyyəti orqanlarının təsiri altına düşən bələdiyyələr bir çox hallarda ya qanunvericiliklə onlara verilmiş səlahiyyətlərindən istifadə edə bilmir, ya da öz funksiyalarını yerinə yetirməkdə qətiyyətsizlik nümayiş etdirilər.

Bəyənməyib atdığımız qidalar xərçəngdən qoruyur - ARAŞDIRMA

19 Dekabr 2017 14:17

Bəzən yemək istəməyib atdığımız qida qalıqları və istifadə etmədiyimiz ədviyyatlar əslində vücudumuzu xərçəng xəstəliyinə qarşı qoruyur. Bu məlumatı, bitkilərlə müalicə araşdırmaları aparan Fototerapeya Mərkəzinin rəhbəri mütəxəssis Kartal açıqlayıb.

Bakı məktəblisinin növbəti qələbəsi

19 Dekabr 2017 14:16

Paytaxt məktəblisi İtaliyada idmanın döyüş növü olan K-1 qaydaları üzrə keçirilən dünya çempionatında I yerə layiq görülüb. “OLAYLAR”-ın xəbərinə görə. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 246 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramazan Abdullayev çempionatda 54 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıb. R.Abdullayev medal və diplomla təltif olunub.

Məktəblilər Yeni il bayramında neçə gün evdə olacaqlar? - Rəsmi cavab

19 Dekabr 2017 14:06

Təhsil Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar orta məktəblərdə dərslərin hansı tarixlərdə keçiriləcəyinə aydınlıq gətirib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsindən əvvəlki gün, yəni dekabrın 30-u həftənin şənbə gününə təsadüf etsə də, 6 günlük tədris həftəsi ilə təhsil alan şagirdlər həmin gün dərslərdə normal qaydada iştirak etməlidirlər. 5 günlük tədris həftəsi ilə oxuyanlar üçün isə dərslər dekabrın 29-da bitəcək.

Hava yağmursuz keçəcək

19 Dekabr 2017 14:03

Bakı və Abşeron yarımadasında dekabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

O kişi arvadını və dörd qızını niyə öldürdü? - Alov İnanna yazır...

19 Dekabr 2017 13:51

Çoxdan baş versə də, bu günlərdə bir qətl hadisəsinin üstü açılıb – Azərbaycanda bir kişi arvadını və dörd qızını öldürüb, öz doğma ocağında qadın qətliamı törədib. Mətbuatdan öyrənirik ki, ailəsindəki bütün qadınların kökünü kəsən qatil, əməlini belə əsaslandırırmış: “Onlar məni ailə başçısı kimi saymırdılar, hörmət eləmirdilər və baxmırdılar. Bu səbəbdən öldürdüm.”

Vətəndaşlardan odlu silah götürülüb

19 Dekabr 2017 13:37

Hüquq-mühafizə orqanları bir neçə nəfərdə odlu silah aşkar ediblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Laçın rayon sakini Məmməd Alməmmədovdan “İJ-16”, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən Xındırıstan qəsəbə sakini Bəhruz Qarayevdən “TOZ-16”, Baharlı-2 qəsəbə sakini Elçin Niftəliyevdən “İJ-16” markalı müvafiq sənədləri olmayan tüfənglər götürülüb.

Komitə sədri "ordu qəbiristanlığı"nın yaradılmasını təklif edib

19 Dekabr 2017 13:34

Azərbaycanda orduda dünyasını dəyişənlərin qəbirlərinin ayrıca və standart qaydada hazırlanması təklif olunur. Məlumata görə, bu təkliflə Milli Məclisin Regional siyasət məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə çıxış edib.

Cahangir Novruzov Türkiyədə ən yaxşı teatr rejissoru adına layiq görülüb

19 Dekabr 2017 13:29

Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə "XVII Direklerarası Seyirci Ödülləri" teatr mükafatının qalibi olub. 

Mübariz Qurbanlı vətəndaşları qəbul edib

19 Dekabr 2017 13:28

Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yevlax şəhərində Mingəçevir, Ağdaş, Yevlax və Bərdədən olan vətəndaşları qəbul edib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Qənimət Qaraşov ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyublar.

“Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda elmi konfrans keçirilib

19 Dekabr 2017 13:20

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən dekabrın 19-da “Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda elmi konfrans keçirilib. Elmi konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsi və AMEA-nın Tarix İnstitutudur. Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq konfrans iştirakçılarını salamlayıb. İ.Həbibbəyli qeyd edib ki, dünyanın, o cümlədən Müsəlman Şərqinin ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb.

Övladı olmayan ailələrə XOŞ XƏBƏR - Süni mayalanma pulsuz olacaq

19 Dekabr 2017 13:12

On ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən ailələrə ekstrakorporal mayalanma və embrionun köçürülməsi bir dəfə dövlət tibb müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz həyata keçiriləcək.

Qəbirlərin qorunmasına dövlət nəzarət edəcək

19 Dekabr 2017 13:05

Milli Məclisin Regional siyasət komitəsinin bu gün keçirilən iclasında “Bələdiyyələrin statusu haqqında” qanunun 4-cü maddəsinə təklif olunan xüsusi abzas müzakirəyə çıxarılıb.

Xüsusi mülkiyyətə verilməsi qadağan olunan torpaqlar müəyyən edilib

19 Dekabr 2017 13:03

Milli Məclisin Regional siyasət komitəsinin iclasında "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna təklif olunan dəyişiklik müzakirə edilib.“Olaylar” ın məlumatına görə, 7.2-ci maddəyə təklif edilən dəyişikliyə əsasən qəbristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilməyəcək.