Sosial

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22 Dekabr 2017 13:17

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə məktəblilərin inkişafına yönəlik daha bir layihənin icrasına başlayır. Yeni layihə “Azərbaycan Britaniya Kolleci” ilə birlikdə həyata keçiriləcək. 21 dekabr tarixində Azercell və  “Azərbaycan Britaniya Kolleci” arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən məktəblilər üçün xüsusi təlim proqramları təşkil olunacaq. “Sahibkarlıq məktəbi”, “İT məktəb” və “İT Media” adlı 3 hissədən ibarət olan proqramda  sahibkarlığın əsasları, uğurlu startapların nümunələri və təqdimatlar, proqramlaşdırmanın əsasları kimi təlimlərin aparılması nəzərdə tutulur.

Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib

22 Dekabr 2017 12:54

“Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin və beynəlxalq münasibətlər sisteminin durumunu xarakterizə edərkən ən çox maliyyə-iqtisadi və siyasi böhran hallarına rast gəlinir. Xüsusilə də ayrı-ayrı regionlarda konfliktlərin, müharibələrin mövcud olması, inkişaf etmiş iqtisadiyyata və siyasi sistemə malik olan ölkələrdə isə sabitliyin öz yerini xaosa verməsi qlobal kataklizmlərin mövcudluğundan xəbər verir”.

Bayram günləri teleradio verilişləri yoxlanılacaq

22 Dekabr 2017 12:45

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı istirahət günlərində teleradio yayımçıları öz işlərini davam etdirdiyindən Milli Televiziya və Radio Şurası (MTRŞ) həmin tarixlərdə monitorinq aparacaq.

DGK: Ölkəyə bir ildə 600 mindən çox partlayıcı gətirilib

22 Dekabr 2017 12:13

Yeni il bayramının gəlməsi ilə əlaqədar pirotexnika məmulatlarının ölkəyə qanunsuz yollarla gətirilməsinin artması səbəbindən təkcə son 1 ayda gömrük orqanları tərəfindən 23 belə fakt aşkar olunub.

İki məhkum dünyasını dəyişib

22 Dekabr 2017 12:12

Bakıda daha iki məhkum xəstəlikdən dünyasını dəyişib. Məlumata görə, vəfat edən məhkumların hər ikisi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alırmışlar. Ölən məhkumların 1954-cü il təvəllüdlü Ağarəşid Ağarəşidov və 1967-ci il təvəllüdlü İlham Muradov olduğu bildirilir.

Məhkumlar arasında şahmat yarışı keçirilib

22 Dekabr 2017 12:10

Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsi ilə Bakı şəhər Gənclər və idman Baş idarəsinin birgə təşkilatçılığı ilə 11 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında şahmat və dama yarışı keçirilib. Penitensiar Xidmətdən “Olaylar”a verilən məlumata görə, cəza çəkənlər tərəfindən maraqla qarşılanmış tədbirin sonunda qalib məhkumlar mükafatlandırılıblar.

Azərbaycanlıların Yeni ili daha çox bu ölkədə qeyd etmək istəyirlər

22 Dekabr 2017 12:00

Bu il Yeni il bayramı günlərində xaricə getmək istəyən azərbaycanlı turistlər daha çox Gürcüstanda dincələcəklər. Bunu  Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Müsabiqə qalibləri bəlli olub

22 Dekabr 2017 11:41

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub. İdarədən “OLAYLAR”-a bildirilib ki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 35 nömrəli tam orta məktəbin komandası 44 balla I, 160 nömrəli Klassik Gimnaziyanın komandası 39 balla II, 156 nömrəli tam orta məktəbin komandası isə 38 balla III yerə layiq görülüb.

V Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib

22 Dekabr 2017 11:39

Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda V Azərbaycan-Rusiya Gənclər Forumu işə başlayıb. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun açılış mərasimində iştirak edib. 

Yuyucu tozunun içərisində dərman keçirmək cəhdi baş tutmadı

22 Dekabr 2017 11:38

Gömrükdə yuyucu vasitənin içində "Tramadol" adlı dərman preparatı aşkar edilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Astara Gömrük İdarəsində İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

“İrəli” hesabat verəcək

22 Dekabr 2017 11:34

"İrəli" İctimai Birliyi illik hesabat verəcək. Bu barədə məlumat “OLAYLAR”-a İctimai Birliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, bu məqsədlə dekabrın 25-də İctimai Birliyin toplantısı keçiriləcək. 25 dekabr Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq hesabat toplantı ilə eyni vaxtda İctimai Birliyin yaranmasının 9-cu ildönümü də qeyd ediləcək.