Gənc rəqqasənin ticarət mərkəzindəki rəqsi marağa səbəb oldu – VİDEO

Azərbaycanlı rəqqasə Kəmalə Səfərəliyeva paytaxtın ticarət mərkəzlərinin birində maraqlı rəqsi ilə diqqət çəkib.

Oxu.Az-ın xəbərinə görə, görüntülər rəqqasənin "Instagram" səhifəsində yerləşdirilib.

K.Səfərəliyeva bildirib ki, "Park Bulvar" ticarət mərkəzinə alış-veriş üçün gedib, lakin gənc müğənni Sənanın mahnısını eşitdikdən sonra dözməyərək rəqs edib. Onun rəqsi ətrafdakı insanların marağına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00