“İrəli” hesabat verəcək

"İrəli" İctimai Birliyi illik hesabat verəcək. Bu barədə məlumat “OLAYLAR”-a İctimai Birliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, bu məqsədlə dekabrın 25-də İctimai Birliyin toplantısı keçiriləcək. 25 dekabr Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq hesabat toplantı ilə eyni vaxtda İctimai Birliyin yaranmasının 9-cu ildönümü də qeyd ediləcək.

"İrəli" İctimai Birliyi illik hesabat verəcək. Bu barədə məlumat "OLAYLAR"-a İctimai Birliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, bu məqsədlə dekabrın 25-də İctimai Birliyin toplantısı keçiriləcək. 25 dekabr Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq hesabat toplantı ilə eyni vaxtda İctimai Birliyin yaranmasının 9-cu ildönümü də qeyd ediləcək.

Hesabat toplantısı və İctimai Birliyin yaranmasının 9-cu ildönümü ilə bağlı keçiriləcək tədbirdə rəsmi şəxslər, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri və KİV təmsilçiləri iştirak edəcək. Tədbirdə İctimai Birliyin sədri Mirhəsən Seyidov hesabat məruzəsi ilə çıxış edəcək, "İrəli"nin ötən dövr ərzindəki fəaliyyətindən danışacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31