Sosial

Mətbuat Şurasında mütəxəssislərlə görüş oldu

22 Dekabr 2017 16:47

Bu gün Azərbaycan Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası İctimai Birliyinin təmsilçiləri ilə (Azerbaijan Public Relations Association-APRA) görüş keçirilib.

Azərbaycan  rəhbərliyi ölkədə fikir, söz, ifadə və məlumat azadlığının təmin olunması, onun daha da inkişaf etdirilməsində hədsiz dərəcədə maraqlıdır

22 Dekabr 2017 16:34

Artıq 26 ildir ki, müstəqil dövlət olan Azərbaycan özünün uğurlu inkişaf yoluna qədəm qəyub. Ötən 26 il ərzində bütün sahələrdə əldə edilən nailiyyətlər, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdəki yeri və rolunu möhkəmləndirib, ölkəmiz dünya birliyində sayılıb-seçilən dövlətlərdən birinə çevrilib.

Əksəriyyətimizin sirr saxladığı xəstəlik - 49 milyon insan bundan qurtulub

22 Dekabr 2017 16:32

Koxun vərəm törədicilərini aşkarlamasından düz 135 il ötsə də və ötən müddətdə tibbin xeyli irəlilədiyi iddia olunsa da, görünən odur ki, xəstəlik yaratdığı risk təhlükəsi ilə hələ də dünyaya meydan oxumaqda davam edir.

Bu ərazidə avtomobil saxlamayın - XƏBƏRDARLIQ

22 Dekabr 2017 16:26

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində baş tutacaq növbəti Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerlər quraşdırmağa davam edir.

"Trend" BİA Azərbaycan Banklar Assosiasiyasının mükafatına layiq görülüb

22 Dekabr 2017 16:07

"Trend" Beynəlxalq İnformasiya Agentliyi (BİA) Azərbaycan Banklar Assosiasiyasının "Media tərəfdaşı" nominasiyasında mükafatına layiq görülüb. "Bank mükafatları - 2017" mükafatlandırma mərasimi ötən gün Bakıda keçirilib.

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin MM-də müzakirəsi bu sessiyada da baş tutmayıb

22 Dekabr 2017 15:58

Yeni hazırlanan "Reproduktiv sağlamlıq haqqında" və “Psixoloji yardım haqqında” qanun layihələrinin müzakirəsiMilli Məclisin bu sessiyasında da təxirə düşüb. Məlumata görə, layihəsinin müzakirəsinin təxirə salınmasına səbəb kimi sənədlərlə bağlı müvafiq qurumların razılığının olmaması göstərilir. Layihələrin növbəti sessiyada iş planına salınıb-salınmayacağı hələlik bilinmir.

Əmək Nazirliyi 81 ədəd yeni mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verdi

22 Dekabr 2017 15:54

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər aparılır. Nazirlik  bu sahədə növbəti tədbir kimi, Bakıda yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 81 ədəd mənzili Qarabağ müharibəsi və şəhid ailələrinin istifadəsinə verib. Həmin ailələrdən 4-ü Azərbaycanın Milli Qəhrəmanlarının ailələridir.

Moskva və Tbilisi Ermənistanı blokadadan çıxarır?

22 Dekabr 2017 15:45

Müntəzəm olaraq Gürcüstanla Azərbaycan arasında ziddiyyət yaratmağa yönəlik cəhdlərə daha biri əlavə olunub. Söhbət Ermənistandan gələn yüklərin Güney Osetiya və Abxaziya üzərindən Rusiya Federasiyasına daşınmasından gedir. Kifayət qədər Azərbaycanın maraqlarına uyğun olmayan bu razılaşma bu günlərdə Rusiya və Gürcüstan rəsmilərinin İsveçrədə görüşü zamanı əldə edilib

İSESCO rəhbəri: “İslam aləmində savadsızlıq geniş yayılıb”

22 Dekabr 2017 15:01

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Universitetin professor-müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rektor Abel Məhərrəmov baş direktor əl-Tüveycrinin dünyanın tanınmış siyasətçilərindən biri olduğunu, müasir dünyada təhsilin, elmin və mədəniyyətin inkişafına layiqli  töhfələr verdiyini bildirib. O, İSESCO-nun əsas məqsədinin islam ölkələri arasında həmrəyliyi möhkəmləndirmək, qarşılıqlı əlaqələri daha da yaxşılaşdırmaq, islam ölkələrinin əldə etdiyi uğurları, zəngin mədəniyyəti, elmi və incəsənəti dünyaya təqdim etmək olduğunu xüsusilə qeyd edib.

Eldar Sultanov: “Göyçayda məktəb direktorunun intihara cəhdinin səbəbləri araşdırılacaq”

22 Dekabr 2017 14:41

Göyçayda məktəb direktorunun intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılacaq.

Nazir: "Müəllimlər cəzalandırıldı, direktorlar işdən azad olundu

22 Dekabr 2017 14:27

"Yeni regional idarələr vasitəsi ilə müəyyən monitorinqlər həyata keçirildi. Təəssüf ki, nəticədə bəzi musiqi məktəblərində xoşagəlməz hallar aşkar olunub".  Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən 34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimində deyib.

Məktəbli uşaqlar itkin düşdülər - Cəlilabadda

22 Dekabr 2017 14:20

Cəlilabad rayonunda iki məktəbli itkin düşüb.  Cəlilabad şəhərindəki Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri Xalid Əliyev həmyaşıdı İsmayıl Əmənovla birgə dünən dərsə getmək adı ilə evdən çıxıb, geri qayıtmayıblar.

Xəzər dənizində zəlzələ olub

22 Dekabr 2017 13:59

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bu gün yerli vaxtla saat 03:17:22-də Nardarandan 12 km cənub-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Təhsil Nazirliyindən intihara cəhd edən məktəb direktoru ilə bağlı- AÇIQLAMA

22 Dekabr 2017 13:40

Göyçay şəhərinin 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsi ilə bağlı araşdırmaları prokurorluq orqanları aparır. Bu barədə  Təhsil Nazirliyindən (TN) məlumat verilib. Məlumatda bildirilib ki, araşdırmalar Göyçay Rayon Prokurorluğu tərəfindən aparılır. TN hadisə ilə əlaqədar başqa açıqlama verməyəcəyini də açıqlayıb.

Qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

22 Dekabr 2017 13:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 22-si axşamdan 24-ü axşamadək hava şəraitinin küləkli keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz saatlarında cənub-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir.