"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin MM-də müzakirəsi bu sessiyada da baş tutmayıb

Yeni hazırlanan "Reproduktiv sağlamlıq haqqında" və “Psixoloji yardım haqqında” qanun layihələrinin müzakirəsiMilli Məclisin bu sessiyasında da təxirə düşüb. Məlumata görə, layihəsinin müzakirəsinin təxirə salınmasına səbəb kimi sənədlərlə bağlı müvafiq qurumların razılığının olmaması göstərilir. Layihələrin növbəti sessiyada iş planına salınıb-salınmayacağı hələlik bilinmir.

Yeni hazırlanan "Reproduktiv sağlamlıq haqqında" və "Psixoloji yardım haqqında" qanun layihələrinin müzakirəsiMilli Məclisin bu sessiyasında da təxirə düşüb. Məlumata görə, layihəsinin müzakirəsinin təxirə salınmasına səbəb kimi sənədlərlə bağlı müvafiq qurumların razılığının olmaması göstərilir. Layihələrin növbəti sessiyada iş planına salınıb-salınmayacağı hələlik bilinmir.

Qeyd edək ki, hər iki qanun layihəsi payız sessiyasının iş planına daxil edilmişdi. "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində surroqat ana məsələsi istisna olmaqla, reproduktiv sağlamlığın qorunması ilə bağlı bir sıra məsələlər əksini tapıb. Xatırladaq ki, surroqat ana məsələsi Qafqaz MÜsəlmanları İdarəsinin etirazından sonra qanun layihəsindən çıxarılıb. "Psixoloji yardım haqqında" qanun layihəsində isə xüsusən gənclərə və gənc ailələrə psixoloji yardımlarla bağlı müddəalar əksini tapıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31