Sosial
Əmək pensiyaları ilə bağlı yeni qaydalar təsdiqləndi
Hansı vitamin insanda xərçəngə işarə ola bilər?
İnsan orqanizmində B12 vitamininin çoxluğu onda xərçəng xəstəliyinin olmasına işarə edir. Bunu Orxus universitet xəstəxanasının alimləri iddia edirlər.
Rusiyalı alimlər: Uşaq aqressivliyinin kökü genlərdədir
Rusiyalı və avropalı mütəxəssislərdən ibarət alimlər qrupu uşaqların həyatlarının ilk 6 ilində aqressiv davranışını araşdırıblar. Vistanews.ru saytında dərc edilən yazıda deyilir ki, uşaqların dalaşqanlığının genetik köklərlə bağlı olması aşkar edilib. Mütəxəssislərin rəyinə görə, aqressiv davranış uşağın sosial inkişafının ayrılmaz hissəsidir.
Uşağın immunitetini necə gücləndirmək olar?
Əgər uşağınızın immunitetinin zəif olması barədə azacıq da olsa hər hansı bir şübhəniz olarsa, dərhal həkim immunoloqa müraciət edin. Bir çox hallarda xüsusi müalicənin təyin edilməsinə heç bir ehtiyac olmur, sadəcə olaraq, uşağa savadlı qulluq etmək lazım gəlir. Belə qulluqlarla biz sizi aşağıdakı bölmədə tanış etməyə calışacağıq.
Kişilər və qadınlar arasında 20 fərq
İllərdir qadın və kişilər arasındakı fərqlərlə bağlı mübahisələr edilir. Hadisələrə verilən reaksiyalar, alınan qərarlar, həyata baxış bucağı və həyatdan gözləntilər iki tərəf üçün də tamamilə fərqli olur. Sizəqadın və kişilər arasındakı mühüm fərqləri təqdim edirik.
Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək
Azərbaycan Vikipediyada üç pillə irəlilədi
Vikipediyanın Azərbaycan dilində olan bölməsində hazırda 130 min 230 məqalə var. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur.
DİN rəisin işdən çıxarılma səbəbini açıqladı
Daxili İşlər Nazirliyi Salyan rayon Polis Şöbəsinin rəisinin işdən çıxarılmasının səbəblərini açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, Salyan Rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Təhmasib İbrahimovun rayonda baş verən bir cinayət faktı ilə əlaqədar işdən çıxarılması barədə yazılanlar tamamilə yalandır və reallığı əks etdirmir: “Bu xəbərlər, rəylər şəriştəsiz və qeyri-peşəkarların qənaətidir.
Ciddədə Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimat keçirilib
Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) mənzil qərargahında Bakı şəhərinin Ekspo 2025 Ümumdünya Sərgisinə (World Expo 2025) namizədliyi ilə bağlı təqdimat keçirilib. “OLAYLAR”-a GİN-dən bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, Ciddə şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, İƏT yanında daimi nümayəndəliklər, İƏT katibliyinin yüksək rütbəli rəsmiləri və digər qonaqlar iştirak edib.
Məktəblilər istehsal müəssisələrində
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin istehsal müəssisələrinə ekskursiyaları təşkil olunur. Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, zavod və fabriklərə ekskursiyaların təşkil edilməsində əsas məqsəd məktəbliləri istehsal sahələri və prosesi ilə tanış etmək, onların peşə seçiminə kömək göstərmək, həmçinin, asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaratmaqdan ibarətdir. Ekskursiyalar zamanı şagirdlərə zavod və fabriklərin iş prinsipi, məhsulların hazırlanma texnologiyası barədə məlumat verilir. Həmçinin, Azərbaycanda iqtisadiyyatın sürətlə inkişaf etdiyi və bu sahədə ixtisaslı kadrlara ehtiyacın artdığı məktəblilərin diqqətinə çatdırılır.
Avropa İttifaqının nümayəndələri ilə görüş keçirilib
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas arasında görüş keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə turizm sahələrinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olundu.
AzTU-da Tələbə Peyki Müsabiqəsinin təqdimatı keçirilib
Dekabrın 22-də Azərbaycan Texniki Universitetində (AzTU) “Azərkosmos” ASC-nin və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda tələbə peyki” (“CanSat Azərbaycan 2018”) müsabiqəsinin təqdimatı keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, təqdimatda AzTU-nun elm və texnika üzrə prorektoru İlham Pirməmmədov bildirib ki, Azərbaycan artıq öz peyki olan ölkədir və bu sahəyə çox böyük dövlət qayğısı mövcuddur. Prorektor qeyd edib ki, ölkəmizdə tələbə peyki layihəsinə marağın daha da artırılması və azərbaycanlı tələbələr arasında kütləviləşdirilməsi məqsədilə 2017-2018-ci tədris ilində yerli universitet komandaları arasında təşkil ediləcək “CanSat Azərbaycan 2018” müsabiqəsi Yerin süni peykləri sahəsində nəzəri tədqiqat işlərinə böyük maraq yaradacaq. İ. Pirməmmədov bununla yanaşı, müsabiqənin gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün əhəmiyyətli təcrübə qazandıracağı gözlənilir.
Uşaq-Gənclər İnkişaf Mərkəzində hesabat tədbiri keçirilib
Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə “Dünyanı yalnız uşaqlarla birgə qurmaq olar” ədəbi-bədii və musiqili hesabat konserti keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdən öncə iştirakçılar “Sehrli əllər dünyası” adlı rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgi zalında rəssamlıq studiyasının dərnək üzvlərinin 300-dən çox rəsm, 100-dən çox xalçaçılıq, art dizayn, ağac üzərində oyma, dekorativ-tətbiqi sənət, aviamodel, radiotexnika dərnəklərinin üzvlərinin əl işləri nümayiş etdirilib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin oktyabr ayının 10-da ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə imzaladığı Fərmana əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib. “OLAYLAR”-ın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının imzaladığı əmrə əsasən ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Mehman Qurban oğlu İsmayılov icraçı direktor vəzifəsinə təyin edilib. M.Q.İsmayılov indiyədək Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsində çalışıb.
“Azərbaycan Dəmir Yolları ” QSC “Milli Net 2017” müsabiqəsində II yerə layiq görülüb
Milli İnternet Mükafatı–“Milli Net 2017”qaliblərinin təqdimat mərasimikeçirilib. 9-cu il keçirilən “Milli Net 2017” müsabiqəsinin 2017-ci il üçün qalibləri elan olunub.









.jpg)

.jpg)


