AzTU-da Tələbə Peyki Müsabiqəsinin təqdimatı keçirilib

Dekabrın 22-də Azərbaycan Texniki Universitetində (AzTU) “Azərkosmos” ASC-nin və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda tələbə peyki” (“CanSat Azərbaycan 2018”) müsabiqəsinin təqdimatı keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, təqdimatda AzTU-nun elm və texnika üzrə prorektoru İlham Pirməmmədov bildirib ki, Azərbaycan artıq öz peyki olan ölkədir və bu sahəyə çox böyük dövlət qayğısı mövcuddur. Prorektor qeyd edib ki, ölkəmizdə tələbə peyki layihəsinə marağın daha da artırılması və azərbaycanlı tələbələr arasında kütləviləşdirilməsi məqsədilə 2017-2018-ci tədris ilində yerli universitet komandaları arasında təşkil ediləcək “CanSat Azərbaycan 2018” müsabiqəsi Yerin süni peykləri sahəsində nəzəri tədqiqat işlərinə böyük maraq yaradacaq. İ. Pirməmmədov bununla yanaşı, müsabiqənin gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün əhəmiyyətli təcrübə qazandıracağı gözlənilir.

Dekabrın 22-də Azərbaycan Texniki Universitetində (AzTU) "Azərkosmos" ASC-nin və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanda tələbə peyki" ("CanSat Azərbaycan 2018") müsabiqəsinin təqdimatı keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, təqdimatda AzTU-nun elm və texnika üzrə prorektoru İlham Pirməmmədov bildirib ki, Azərbaycan artıq öz peyki olan ölkədir və bu sahəyə çox böyük dövlət qayğısı mövcuddur. Prorektor qeyd edib ki, ölkəmizdə tələbə peyki layihəsinə marağın daha da artırılması və azərbaycanlı tələbələr arasında kütləviləşdirilməsi məqsədilə 2017-2018-ci tədris ilində yerli universitet komandaları arasında təşkil ediləcək "CanSat Azərbaycan 2018" müsabiqəsi Yerin süni peykləri sahəsində nəzəri tədqiqat işlərinə böyük maraq yaradacaq. İ. Pirməmmədov bununla yanaşı, müsabiqənin gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün əhəmiyyətli təcrübə qazandıracağı gözlənilir.

"Azərkosmos" ASC-nin nümayəndələri - Fəxri Babayev, Rüstəm Zalıyev və Fidan Behbudova isə Azərbaycanın peyk sənayesindən, "Azerspace1" və "Azerspace2" peyklərinin təyinatından, diapazonundan, həmçinin ölkəmizə faydasından danışıblar. Çıxışlarda bildirilib ki, Azərbaycanda peyk xidmətləri sahəsində elmi-tədqiqatların aparılması, eləcə də yerli mütəxəssislər tərəfindən kiçik ölçülü peyklərin hazırlanması üçün artıq müəyyən imkanlar yaranıb. Məhz bu imkanların reallaşdırılması üzrə təcrübə, bacarıq və vərdişlərin əldə edilməsi baxımından tələbələr arasında model peyki müsabiqələrinin keçirilməsinin əhəmiyyətli rolu olduğu vurğulanıb.

Qeyd edək ki, respublika üzrə ümumilikdə 16 ali mətkəbin qatıldığı müsabiqədə AzTU-nun radiotexnika, avtomatika, kompyuter texnologiyası, telekomunikasiya yönümlü ixtisaslarında təhsil alan 150-yə yaxın tələbəsi iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31