Uşaq-Gənclər İnkişaf Mərkəzində hesabat tədbiri keçirilib
Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə “Dünyanı yalnız uşaqlarla birgə qurmaq olar” ədəbi-bədii və musiqili hesabat konserti keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdən öncə iştirakçılar “Sehrli əllər dünyası” adlı rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgi zalında rəssamlıq studiyasının dərnək üzvlərinin 300-dən çox rəsm, 100-dən çox xalçaçılıq, art dizayn, ağac üzərində oyma, dekorativ-tətbiqi sənət, aviamodel, radiotexnika dərnəklərinin üzvlərinin əl işləri nümayiş etdirilib.
22 Dekabr 2017 16:56 SosialSumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə "Dünyanı yalnız uşaqlarla birgə qurmaq olar" ədəbi-bədii və musiqili hesabat konserti keçirilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdən öncə iştirakçılar "Sehrli əllər dünyası" adlı rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgi zalında rəssamlıq studiyasının dərnək üzvlərinin 300-dən çox rəsm, 100-dən çox xalçaçılıq, art dizayn, ağac üzərində oyma, dekorativ-tətbiqi sənət, aviamodel, radiotexnika dərnəklərinin üzvlərinin əl işləri nümayiş etdirilib.
Sərgiyə baxış və mərkəzlə tanışlıqdan sonra rəqs, teatr, musiqisevərlər, bədii qiraət dərnəklərinin üzvləri geniş konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mübariz Bəşirov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəbdənkənar və ümumtəhsil məktəblərinin direktorları, ictimaiyyət nümayəndələri, müəllimlər, valideynlər və mərkəzin dərnək üzvləri iştirak edib.