Avropa İttifaqının nümayəndələri ilə görüş keçirilib
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas arasında görüş keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə turizm sahələrinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olundu.
22 Dekabr 2017 16:58 SosialMədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas arasında görüş keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə turizm sahələrinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olundu. Nazir müavini bildirdi ki, Aİ ilə birgə 2013-2014-cü illərdə turizm sahəsində həyata keçirilən Tvinninq layihəsi uğurla başa çatıb. Layihənin nəticəsi olaraq Nazirliyin Turizm şöbəsində struktur dəyişiklikləri baş vermiş, eləcə də layihənin bir çox təklifləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş Strateji Yol Xəritəsi ilə uyğunlaşdırılmışdır. Eyni zamanda Aİ ilə birgə 2016-cı ildən icra olunan "Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək" adlı Tvinninq layihəsi ətrafında da müzakirələr aparıldı və layihə tərəfindən müxtəlif istiqamətlərdə işin aparılması qeyd edildi. Bundan əlavə görüş zamanı tərəflər arasında turizm əlaqələrinin inkişafı, turist axının artırılması, qarşılıqlı uçuşların təşkili, uzunmüddətli vizaların verilməsi məsələləri və digər məsələlər müzakirə olundu.
Sonda nazir müavini Nazim Səmədov cənab Kestutis Yankauskasa yeni vəzifəsində uğurlar arzu etdi və tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bildirdi.