Ciddədə Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimat keçirilib

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) mənzil qərargahında Bakı şəhərinin Ekspo 2025 Ümumdünya Sərgisinə (World Expo 2025) namizədliyi ilə bağlı təqdimat keçirilib. “OLAYLAR”-a GİN-dən bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, Ciddə şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, İƏT yanında daimi nümayəndəliklər, İƏT katibliyinin yüksək rütbəli rəsmiləri və digər qonaqlar iştirak edib.

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) mənzil qərargahında Bakı şəhərinin Ekspo 2025 Ümumdünya Sərgisinə (World Expo 2025) namizədliyi ilə bağlı təqdimat keçirilib. "OLAYLAR"-a GİN-dən bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, Ciddə şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, İƏT yanında daimi nümayəndəliklər, İƏT katibliyinin yüksək rütbəli rəsmiləri və digər qonaqlar iştirak edib.

Mərasimi giriş nitqi ilə açan Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri və İƏT yanında daimi nümayəndəsi Rasim Rzayev Azərbaycan və İƏT arasında inkişaf etməkdə olan sıx münasibətlər barədə danışıb. Səfir Rasim Rzayev çıxışı zamanı ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsini xüsusi vurğulayıb və bununla bağlı keçirilən tədbirlər haqqında bəhs edib.

Əsas təqdimatla çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov Bakı şəhərinin Ekspo 2025 Ümumdünya ev sərgisinə namizədliyi, bu istiqamətdə görülmüş və həyata keçiriləcək işlər barədə məlumat verib. Nümayəndə heyətinin rəhbəri bildirib ki, Bakının 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi 2017-ci ilin May ayında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Beynəlxalq Sərgilər Bürosuna (BSB) müvafiq məktubun göndərilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi İƏT üzv-ölkələrinin nümayəndələrinə müraciət edərək, Azərbaycanın Ekspo 2025 layihəsinə dəstək göstərilməsinə yardımçı olmağa çağırıb. Səfər çərçivəsində E.Əmirbəyov İƏT-nın baş katibinin müavini Həmid Opeleyori ilə də görüşüb Baki Ekspo 2025 layihəsi ətrafında fikir mübadiləsi aparıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31