Sosial

Qarabağ abidələrini tanımaq borcumuzdur!

22 Dekabr 2017 09:23

Fiziki şəxs Heydərov Heydər Məhəmməd oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ abidələrini tanımaq borcumuzdur!” layihəsi çərçivəsində yanvar ayında tədbirlərin keçirilməsinə start verəcək. Olaylar.az bildirir ki, layihənin məqsədi Azərbaycanın işğal altındakı ərazilərində, risk altında qalmış milli-mədəni dəyərlərimizin ermənilər tərəfindən vandalizmə uğradılması barədə gənclərimizi, rayon ictimaiyətini məlumatlandırmaqdan ibarətdir

Misirli alimlər Əlyazmalar İnstitutunda

22 Dekabr 2017 09:16

Misirin Süveyş Kanalı Universitetinin professoru Əbdülrəhim əl-Kurdi və İslam Əməkdaşlıq Təşkilatının nəzdində Misir Əlyazmaları İnstitutunun məşhur xəttatı Məhəmməd Öməri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Olaylar.az bildirir ki, İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli ilə görüşdə qonaqlara müəssisənin beynəlxalq əlaqələrindən danışılıb, “İslam Həmrəyliyi İli” çərçivəsində institutda həyata keçirilən layihələr barədə məlumat verilib.

21 yaşlı gəlin dərmandan zəhərlənib

21 Dekabr 2017 20:57

ədəbəy rayonunda 21 yaşlı gəlin dərmandan zəhərlənib. Hadisə rayonun Moruqlu kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Tağıyeva Nuranə Qədim qızı evlərində övladı üçün alınan sinir dərmanını səhvən su bilərək içib. Qadın təcili olaraq xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Gülüşlə müalicə...

21 Dekabr 2017 19:54

Gizlin deyil ki, bizim sağlamlığımız ilk növbədə bizim əhvalımızdan asılıdır. Bəhva İbn Həvəsxan "Mədənüş-şifa" (1512 il) əsərində insanın hal-əhvalı və fiziki sağlamlığı arasındakı qarşılıqlı əlaqəni belə izah edir: İnsan bədəndən və ruhdan, yəni psixiki maddədən ibarətdir. Məhz bu müştərək birləşmə xəstəliyə məruz qalır, çünki ayrı-ayrılıqda nə bədən nə də ruh xəstələnmək bacarığına qadir deyil. Ortaəsr mənbələrinə görə, hər hansı bir emosiya orqanizmdə spesifik funksional dəyişiklik yaradır.

Orqanizmin sizə ötürdüyü 7 SOS siqnalı...

21 Dekabr 2017 19:29

Orqanizmimiz tez-tez bizə ilk mərhələdə sağlamlığımızda yaranmış potensial problem haqqında məlumat verir. Amma biz bu siqnalları qulaqardı edirik. Nəticədə isə yaranan xəstəliklərlə mübarizə aparmalı oluruq. Odur ki, orqanizmin bizə ötürdüyü və bizim qulaqardı etdiyimiz 7 SOS siqnalı haqqında sizə də məlumat verir ki, tədbirli olasınız.

Nə üçün uşaq ana bətnində təpik atır?

21 Dekabr 2017 19:22

Kazan Federal Universitetinin alimləri ana bətnində olan uşaqların nə üçün təpik atdıqlarını, kəskin hərəkətlər etdiklərini Fransanın “Inserm” şirkətindən olan həmkarları ilə birlikdə aydınlaşdırıblar.

Qaraciyər problemini aradan qaldıran, qanı təmizləyən NADİR RESEPT

21 Dekabr 2017 19:17

Düzgün qidalanmamaq, pis vərdişlər qaraciyər daxil olmaqla bütün orqanizmə mənfi təsir edir.

Gəncliyi qoruyan 6 qida...

21 Dekabr 2017 19:11

Qadın gözəlliyinin əsas mənbəyi gənclik hormonu olan estrogendir. Məhz bu gözəgörünməz köməkçi dərinin elastikliyindən cavabdehdir. Estrogenin normallığını qorumaq üçün biz qadınlar təbii qidalara çox üstünlük verməliyik.

5 addımda qripdən qorunun!

21 Dekabr 2017 19:05

Payız gəldisə deməli, yağışlı, küləkli, soyuq havaları ilə yanaşı qrip kimi gec sağalan də özü ilə gətirir. Bəs necə etmək olar ki, tez bir zamanda bu xəstəlikdən yaxa qurtarıb, payızı doya-doya yaşayasan? Çətinliklə öhdəsindən gəlinən sadə görünən bu xəstəlikdən 5 addımda azad olmağın yollarını Foxy yazır.

Bilik Fondu Ağdaşda

21 Dekabr 2017 19:03

Bilik Fondunun Ağdaş Bilik Evinin təşəbbüsü və Fondun təşkilatçılığı ilə Ağdaş rayon Kənd Təsərrüfatı İdarəsində “Nar tinglərinə aqrotexniki qulluq: kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi kontekstində” mövzusunda alim və mütəxəssislərlə görüş keçirilib. Olaylar.az bildirir ki, rayonun aztəminatlı ailələri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əməkdaşları iştirak ediblər.

Azərbaycanlı professorunun kitabı Böyük Britaniyada çap olundu

21 Dekabr 2017 18:55

Azərbaycan Dillər Universitetinin (ADU) Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədovun “Mətn və diskurs tədqiqatları” (Studies in Text and Discourse) adlı kitabı işıq üzü görüb. Olaylar.az bildirir ki, Böyük Britaniyanın “Cambridge Scholars” nəşriyyatında çap olunan kitab ön söz və 4 fəsildən ibarətdir. Fəsillərdə Mətn və diskurs linqvistik tədqiqatlar kontekstində (Text and Discourse in the Context of Linguistic Studies), Mətn dilçiliyindən diskurs təhlilinə doğru (From Text Linguistics to Discourse Analysis), Diskurs və cəmiyyət (Discourse and Society), Diskurs və representasiyalar (Discourse and Representations) mövzularından bəhs olunub. Hər fəsildə mövzunun izahından sonra şəkil və yazı materialları, icmal və mövzunun mənimsənilməsi üçün suallar verilib. Kitabın sonunda ad və məzmun göstəriciləri, eləcə də testlər yer alıb.

Həkim məsləhəti: Alma şirəsi qaraciyər üçün çox faydalıdır

21 Dekabr 2017 18:45

Şirələr orqanizmdə çox tez həzm olunur və mənimsənilir. Həzmetmə sistemi minimum enerji sərf etməklə həmin prosesi bir neçə dəqiqəyə həyata keçirir, şirələr orqanizmin hüceyrə və toxumalarını ən yaxşı və münasib üsulla ən vacib element və vitaminlərlə təchiz etməyə qadirdir.

Çəkiyə görə gündə nə qədər su içmək lazımdır?

21 Dekabr 2017 18:40

Sağlamlığınız üçün hər gün mütləq su içmək lazım olduğunu bilirsiniz. İçməli olduğunuz suyun miqdarı isə çəkinizlə mütanasibdir. Çəkinizə görə gündə içəcəyiniz su miqdarı haqqında Foxy sizə məlumat verir.