Sosial

Yenilik: Vərəmi sidiyin analizinə əsasən təyin etmək mümkün olacaq

21 Dekabr 2017 18:35

Alimlər polisaxaridli vərəm törədici markerin yeni deteksiya üsulunu kəşf ediblər. Bunu sidiyin analizinə əsasən təyin etmək mümkün olacaq. “7mednews” saytı xəbər verir ki, bu üsulun əsasını kimyəvi kompleksi birləşdirən yeni polisaxarid təşkil edir. O, sidiklə inkubasiya edilən, sonradan onu ayırmaq mümkün olan nanohissəciklərə əlavə edilib. Bu üsulun köməyi ilə həm xəstəliyin mövcudluğunu, həm də onun ağırlıq dərəcəsini aydınlaşdırmaq mümkündür.

Baş-beyin damarlarını təmizləyən UNİKAL ÜSULLAR

21 Dekabr 2017 18:30

Beyin damarlarının təmizlənməsi çox vacib prosedurdur. Bu, osteoxondroz və ateroskleroz kimi xəstəlikləri yaxşılaşdırmağa qadirdir. Damarların müntəzəm təmizlənməsi baş ağrılarını da aradan qaldıracaq, zehni açacaq, ən əsası əhvalı yaxşılaşdıracaq.

"Ölüm hökmü bərpa edilsin" - Deputat

21 Dekabr 2017 17:37

Son zamanlar Azərbaycanda ailə- məişət zəminində baş verən cinayətlərin sayında sürətli artım müşahidə edilir. Xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması daha çox narahatçılıq doğurur. Demək olar ki, hər gün KİV-də ailədaxili münaqişələr, yaxud məişət zorakılığı ilə bağlı qətl  hadisələri, intiharlar barədə həyacan doğuran məlumatlar yayılır. Ailə-məişət zorakılığı ilə bağlı məlumatlar diqqət çəkən kriminal xəbərlərin əksəriyyətini təşkil edir.

Qazax toyundakı amerikalı qadın HAMINI HEYRƏTLƏNDİRDİ: saz, azərbaycanca ifa və... - VİDEO

21 Dekabr 2017 17:23

Amerika vətəndaşı xanım Marta Lavri Qazaxda toyda iştirak edib. Toyda saz çalıb, aşıq mahnısı ifa edən xanım hər kəsi təəcübləndirib. O, Azərbaycan dilində saz havası səsləndirib.

Goranboy və Samuxda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni fərdi yaşayış evləri verilib

21 Dekabr 2017 16:42

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Goranboy və Samux rayonlarında inşa etdirilmiş  8 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. 

Sərəncamların yerlərdə icrasına nəzər baxışı

21 Dekabr 2017 16:41

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keçirilən islahatlar nəticəsində iqtisadiyyatının bütün sahələrdə inkişaf müşahidə olunur, bir sıra problemlər mərhələli şəkildə öz həllini tapır.

Təhsil Nazirliyi: 2018-ci ilin yanvarından 45 min müəllimin maaşı artırılacaq

21 Dekabr 2017 16:30

2017-ci ildə diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları 2018-ci ilin yanvar ayından artırılacaq. Bu haqda Təhsil Nazirliyinin 2017-ci il üzrə təqvim ilinin təhsil xronikasında məlumat verilib.

BNA peşə bayramı ilə əlaqədar Heydər Əliyevin məzarını ziyarət edib

21 Dekabr 2017 16:14

Bakı Nəqliyyat Agentliyinin kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri düzərək əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Agentliyin kollektivi daha sonra Şəhidlər Xiyabanında vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə də gül dəstələri düzüb.

Azərbaycan yaxın gələcəkdə ikili diplom müqaviləsi imzalayacaq

21 Dekabr 2017 16:08

Fransada “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji effektivliyi, eləcə də ekologiyası üzrə açıq və distant təhsil formatında peşəkar bakalavr hazırlığı” ERASMUS+LMPB layihəsi üzrə seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Fransanın paytaxtı Parisin CNAM Universitetində keçirilən seminarda ERASMUS+ layihəsinin regional koordinatoru olan Azərbaycan Texniki Universiteti (AzTU) ilə yanaşı Sumqayıt Dövlət Universitetinin, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorları da iştirak ediblər.

Rektordan işçilərə bayram mükafatı – 70 faiz

21 Dekabr 2017 16:07

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə pul mükafatları veriləcək.

ÇOX TƏHLÜKƏLDİR: "video_xxxx.zip" sizə də gəlib?

21 Dekabr 2017 16:06

"Facebook" sosial şəbəkəsində spam xarakterli mesajların sayı sürətlə artır. İstifadəçilər onların mesaj qutusuna gələn "video_XXXX.zip" tipli faylını səhvən kliklədikdən sonra, dostluq siyahılarında olan hər kəsə də bu tipli spam mesajlar göndərilir. Bəs bu virus hansı məqsədlərə xidmət edir və bu spam mesajı açanları hansı təhlükələr gözləyir? Əgər səhvən həmin mesajı açmışıqsa, hesabımızı qoruyub saxlamaq üçün ilk növbədə hansı tədbirləri həyata keçirməliyik?

Gömrükdə yük və malların idxal-ixrac prosesi sürətləndiriləcək

21 Dekabr 2017 16:03

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında ikitərəfli işçi görüş keçirilib.

Saatlının 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

21 Dekabr 2017 16:01

Saatlı rayonunun 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, kəndlərə içməli suyun verilməsi münasibətilə Saatlı rayonunun Əlisoltanlı kəndində açılış mərasimi keçirilib.

AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir

21 Dekabr 2017 16:00

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC-nin baş sponsorluğu ilə keçirilmiş Milli Net 2017 Milli İnternet Mükafatı müsabiqəsi başa çatıb.

Müstəqil medianın maddi və mənəvi təminatı

21 Dekabr 2017 15:58

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra söz və ifadə, məlumat azadlığı təmin olunmağa başladı. Paralel olaraq müstəqil mətbuatın formalaşması prosesinə start verildi. Nəticədə bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da saflaşma prosesini yaşadı. Belə ki, hazırda Azərbaycanda 4700-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyata götürülüb, 50-dən artıq informasiya agentliyi müvafiq dövlət proqramında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr edilir. 80-ə yaxın müxtəlif istiqamətli jurnal buraxılır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr edilir. Həmçinin rus dilində 40-a yaxın, ingiliscə 12 qəzet və jurnal çıxır. Eləcə də türk, fransız, alman, ərəb və bir sıra başqa dillərdə də dövri mətbuat nəşr edilməkdədir. Təsis edilən KİV-lər müxtəlif siyasi, ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fiziki şəxslərə məxsusdur.