Qarabağ abidələrini tanımaq borcumuzdur!

Fiziki şəxs Heydərov Heydər Məhəmməd oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ abidələrini tanımaq borcumuzdur!” layihəsi çərçivəsində yanvar ayında tədbirlərin keçirilməsinə start verəcək. Olaylar.az bildirir ki, layihənin məqsədi Azərbaycanın işğal altındakı ərazilərində, risk altında qalmış milli-mədəni dəyərlərimizin ermənilər tərəfindən vandalizmə uğradılması barədə gənclərimizi, rayon ictimaiyətini məlumatlandırmaqdan ibarətdir

Fiziki şəxs Heydərov Heydər Məhəmməd oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Qarabağ abidələrini tanımaq borcumuzdur!" layihəsi çərçivəsində yanvar ayında tədbirlərin keçirilməsinə start verəcək.

Olaylar.az bildirir ki, layihənin məqsədi Azərbaycanın işğal altındakı ərazilərində, risk altında qalmış milli-mədəni dəyərlərimizin ermənilər tərəfindən vandalizmə uğradılması barədə gənclərimizi, rayon ictimaiyətini məlumatlandırmaqdan ibarətdir.

Layihə Samux rayonunda həyata keçiriləcək. Əsas işlər rayonun təhsil müəssisələrində yeniyetmə və gənclər arasında aparılacaqdır. Layihə çərçivəsində rayon üzrə təlimlərə cəlb ediləcək təhsil müəssisələrinin, yeniyetmə və gənclərin məlumat bazası yaradılıb və müvafiq dövlət orqanları rəsmi məlumatlandırılıb, "Qarabağ abidələrini tanımaq borcumuzdur!" adlı buklet çap olunub, 30 gün ərzində qeyd olunan rayonun yeniyetmə və gəncləri üçün Samux rayonunda 35 nəfərə "Abidələrimizi tanıyaq" adlı 3 təlim təşkil olunması, "Qarabağ abidələrini tanıyırsınızmı" devizi altında 1 rəsm müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Müsabiqənin sonunda qaliblərə hədiyyələr təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31