Bilik Fondu Ağdaşda
Bilik Fondunun Ağdaş Bilik Evinin təşəbbüsü və Fondun təşkilatçılığı ilə Ağdaş rayon Kənd Təsərrüfatı İdarəsində “Nar tinglərinə aqrotexniki qulluq: kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi kontekstində” mövzusunda alim və mütəxəssislərlə görüş keçirilib. Olaylar.az bildirir ki, rayonun aztəminatlı ailələri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əməkdaşları iştirak ediblər.
21 Dekabr 2017 19:03 SosialBilik Fondunun Ağdaş Bilik Evinin təşəbbüsü və Fondun təşkilatçılığı ilə Ağdaş rayon Kənd Təsərrüfatı İdarəsində "Nar tinglərinə aqrotexniki qulluq: kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi kontekstində" mövzusunda alim və mütəxəssislərlə görüş keçirilib.
Olaylar.az bildirir ki, rayonun aztəminatlı ailələri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Tədbiri Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev açaraq, İDEA İctimai Birliyi və Heydər Əliyev Fondu tərəfindən kənd təsərrüfatının inkişafı sahəsində görülən böyük işlərin əhəmiyyətindən danışıb, təmsil etdiyi qurumun təşkilatçılığı ilə əhali arasında aparılan bu kimi maarifləndirici tədbirlərin "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə əksini tapan hədəflərə daha dəqiq və vaxtında çatmağa, faydalı nəticələr əldə etməyə təkan verdiyini bildirib.
Mərkəzin bağçılıq və narçılıq üzrə məsləhətçisi Zaur Hacıyev mühazirəsində nar ağacının əkilməsi və ona qulluq edilməsi, xəstəliklərdən mühafizə yolları, nar məhsulunun itkisiz toplanılması və saxlanılması qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib.
Tədbirdə iştirak edən Mərkəzin digər əməkdaşı Əkrəm Həsənzadə narçılığın həm iqtisadi, həm ekoloji, həm də qida sağlamlığı baxımından kifayət qədər xeyirli sahə olduğunu dəlillərlə diqqətə çatdırıb.
Nar bağlarının sahibləri ağaclara düzgün qulluq olunmasının üsullarını öyrənmək məqsədi ilə mütəxəssislərə ünvanladıqları suallara ətraflı cavablar alıblar. Onlar belə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsini arzuladıqlarını bildiriblər.
İDEA İctimai Birliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin birgə təşəbbüsü ilə noyabrın 17-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonundan keçən hissəsinin yaxınlığında aztəminatlı ailələr üçün 2,1 hektar ərazidə 1000 ədəd nar ağacı əkilmiş, salınan meyvə bağları rayonun aztəminatlı ailələri, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib.