Sosial

Vəkillər Kollegiyası yeni ünvanda fəaliyyət göstərəcək

19 Fevral 2018 12:28

Vəkillər Kollegiyasının Rəyasət Heyəti 19 fevral 2018-ci il tarixdən etibarən fəaliyyətini yeni – Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında (Respublika Hərbi Prokurorluğunun yanı) davam etdirəcək.

Özbəkistan səfiri: “Hökumət adından azərbaycanlı iş adamlarının investisiyalarına tam zəmanət verirəm”

19 Fevral 2018 12:22

Azərbaycanın iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyəti Özbəkistana səfər edib. “OLAYLAR” xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin başçılıq etdiyi nümayəndə heyətində inşaat-tikinti, qida, proqram təminatı, turizm, maliyyə, qablaşdırma, tekstil və başqa sahələrdə fəaliyyət göstərən şirkətlər təmsil olunurlar.

Təhsil müəssisəsində “Məzun günü” keçirilib

19 Fevral 2018 12:21

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyada ənənəvi “Məzun günü” keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları, məktəbin pedaqoji kollektivi, təqaüdçü müəllimlər, məzunlar,  şagirdlər və valideynlər iştirak edib.

Növbəti 2 gündə hava necə olacaq?

19 Fevral 2018 12:19

“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti nisbətən sabit keçəcək”.  Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. 

40 ildir axtardığı oğlunu Xoşqədəmin verilişində tapan qadın şoka düşdü- VİDEO

19 Fevral 2018 12:18

Ana 40 ildən sonra tapdığı oğluna görə efirdə şoka düşüb.  Sədəf adlı xanım "Xəzər TV"nin "Səni axtarıram" verilişinə müraciət edərək adını, soyadını bilmədiyi övladığını tapmağı istəyib. 

Yağış yağdı: "Bakıda biabırçı mənzərələr yarandı"

19 Fevral 2018 12:16

Ötən gün axşam saatlarından başlayan aramsız yağış paytaxt yollarında problemlər yaradıb. Məlumata görə, yağış Bakının və Xırdalanın bir neçə rayonları, prospektlərində nəqliyyatın hərəkətini iflic edib.

Ər-arvad dəm qazından boğulub

19 Fevral 2018 11:53

Gəncədə ər-arvad dəm qazından boğularaq ölüb. Məlumata görə, hadisə Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Azərbaycan Global Village beynəlxalq mədəniyyət və ticarət festivalında iştirak edə bilər

19 Fevral 2018 11:42

Azərbaycanın Birləşmiş Ərəb Əmriliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Dubayda hər il keçirilən nəhəng Global Village beynəlxalq mədəniyyət və ticarət festivalının baş direktoru Bader Anvahi ilə görüşüb.

Yağışlardan sonra Bayılda SON DURUM

19 Fevral 2018 11:38

Dünən və bu gün yağan yağışın təsirindən Bayıl yamacında - Teleqülləninin yaxınlığındakı sürüşmə sahəsində torpaq qatı daha da ağırlaşıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, ərazidə sürüşmə prosesinin bitdiyini demək olmaz. Hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır: “Dünən və bu gün atmosfer yağıntılarının miqdarı çox olduğundan burada torpaq qatı bir az da ağırlaşıb. Amma hələ ki, elə bir ciddi dəyişiklik hiss etməmişik”.

Dayanmadan qar yağdı, uçqun baş verdi

19 Fevral 2018 11:31

Fevralın 18-i gündüzdən 19-u səhərədək Bakıda dayanmadan yağış, bölgələrdə isə qar yağıb. Hətta Şahdağda qarın hündürlüyü 53 santimetrə çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-32, Lənkəran-Astara zonasında 7-31, Qazax-Gəncə zonasında 8-25, Böyük Qafqazda 4-36, Mərkəzi-Aran rayonlarında 17-29, Kiçik Qafqazda 15-22, Naxçıvan MR-da 7-21 mm olub.

Yuyucu vasitələrin təhlükələrindən xəbəriniz var?

19 Fevral 2018 11:19

Yuyucu vasitələrdən müntəzəm istifadə etmək qadınlarda ağciyərlərin fəaliyyətində qüsurların yaranma riskini artırır. Məlumata görə, bu qənaətə Bergen Universitetinin (Norveç) bir qrup mütəxəssisi gəlib. Bununla bağlı təcrübə və müşahidələr 6.200-dən çox könüllü üzərində 20 il müddətində keçirilib. Məlum olub ki, yuyucu vasitələrlə müntəzəm işləyən evdar qadınlarda və peşəkar təmizlik işçilərində ağciyərlərin hava tutumunda azalma müşahidə olunub.