Bakıda 1000 manata araq satılır – FOTO
19 Fevral 2018 11:07 SosialBakıda 1.000 manata spirtli içki satılır.
Axar.az xəbər verir ki, alğı-satqı saytlarında fantastik qiymətə müxtəlif araqlar satışa çıxarılıb. 1.000 manata təqdim edilən işçi "İmperator" arağıdır.
"İmperator" kolleksiyasına aid olan bu içki limitlə buraxılıb və hədiyyəlik hesab edilir. Xüsusi qablaşdırmada yerləşən işçinin kənarlarında 4 ədəd qədəh də var. İçkinin şüşə qablaşdırmasının kənarları qızıl suyuna çəkilmiş dəmirlərlə əhatələnib.
Arağın yerləşdiyi şüşənin bəzədilməsində zümrüd daşlardan istifadə edilib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00