Sosial
Ziya Bünyadovun qətlinin 21 illik sirri
Mərhum akademik Ziya Bünyadovun bu günə qədər də əsl səbəbi bilinməyən qətlinin kimlərə və nə üçün gərəkli olduğuna həmin qətlin iştirakçısı Nizami Nağıyev 21 ildən sonra aydınlıq gətirmək istəsə də, onun mətbuata verdiyi müsahibə da qətlin tam təfərrüatlarının açılmasına imkan yaratmır. Nizami Nağıyev Ziya Bünyadovun qətlinin sifarişinin “Hizbullah” tərəfindən verildiyini bildirsə də, lakin “Hizbullah”ın fonunda bu prosesdə İranın iştirak mümkünlüyünə toxunmur.
Nakişilik
Fevral ayını sevmirəm. Mənə görə özündə soyuqluq, ayrılıq, nisgil, həsrət daşıyan fevral öz yarımçıq “taleyi” ilə insan taleyində də sağalmaz iz qoyur. İlin on bir ayı 30-31 gün olduğu halda fevral bu bütövlükdən xalidi, 28 günlə “ömrünü başa vurur”. Fevralda sanki, bir mistika var: bu ayda doğulanların 70-80 faizinin həyatı yarım qalır, taleyi kəm olur. Ona görə də qəti əminəm ki, hər kəsin fevral ayı ilə bağlı bir mistik düşüncəsi var.
İndi yalnız Xocalı üçün... - fotolar
Bu gün 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilən Xocalı soyqırımından 26 il ötür. Məlumata görə, sosial şəbəkədə hər kəs bu günlə bağlı post paylaşıb. Sənət adamları da soyqırımla bağlı müxtəlif paylaşımlar edərək, bu faciəni anıblar. Məşhurların həmin paylaşımlarını təqdim edirik.
Qoşqar zirvəsinə yürüş başa çatıb
M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun və Everest İdman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Kiçik Qafqazın şimal-şərqində yerləşən Qoşqar zirvəsinə 24-25 fevral tarixlərində edilən yürüş uğurla başa çatıb. “OLAYLAR”-a daxil olan məlumata görə, beş nəfərlik alpinist qrupunun yürüşü fevralın 25-də zirvədə “Xocalıya ədalət” posterinin açılması ilə yekunlaşıb.
“Üç övladım gözümün qarşısında dondu, soldu...”
Onlar 1980-ci ildə evlənmişdilər. Ulduzları barışmışdı, gözəl yuva qurmuş, isti ailə ocağı yandırmışdılar. Bu xoşbəxt cütlüyün üç fidan balası vardı. Nəbi 11, Sevinc 8, Raman 7 yaşında idi. Cavan ailə İsaqın valideynləri ilə birlikdə yaşayırdı.
Nuşirəvan Məhərrəmli: "Qanunsuz kabel şəbəkəsi ilə bağlı problemlər çoxdur"
“Kabel televiziyaları bir xidmət sahəsidir. Bu, abonentlə yayımı təşkil edən arasında olan hüquqi məsələdir və hüquqi cəhətdən tənzimlənməlidir. Milli Televiziya və Radio Şurası isə sadəcə, abonent və kabel yayımını təşkil edənlər üçün normal şərait yaradır. Biz bu şəraiti yaratmışıq”.
Xocalı soyqırımında həlak olmuş uşaqların xatirəsini əbədiləşdirmək üçün 63 ağac əkilib
“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib. Məlumata görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Azərbayacn və rusdilli məktəblər birləşdirilməlidir
"Orta məktəblərin əsas vəzifəsi ilk növbədə milli Azərbaycan ruhlu, dərin bilikli, geniş dünyagörüşlü vətəndaş yetişdirməkdir. Bunun üçün Azərbayacn və rusdilli məktəblər birləşdirilməli, Azərbaycan - dilli və eyni zamanda 4-dilli təhsil sisteminə keçilməli, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün şagirdlər, o cümlədən rus həmvətənlərimizin uşaqları arasında ilk növbədə Azərbaycan dilinin, tarixinin, ədəbiyyatının və mədəniyyətinin tədrisi ən yüksək səviyyədə təşkil eilməlidir".
“BakuBus”a məxsus avtobusda İpone 6 tapıldı
“BakuBus”a məxsus, 6 saylı marşrut xəttində hərəkət edən 99-JH-259 dövlət qeydiyyat nişanlı avtobusda sərnişinə məxsus qızılı rəngli İpone 6 markalı telefon tapılıb. Bu barədə məlumat “OLAYLAR” -a "BakuBus" MMC-dən daxil olub.
Azərbaycanlı tələbələr Şotlandiyada Abderidində Xocalı aksiyası keçirib
Şotlandiyada təhsil alan azərbaycanlı gənclər Aberdin şəhərinin mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı aksiya keçirib. DİDK-dən “OLAYLAR”-a bildirilib ki, aksiyada azərbaycanlı tələbələrlə yanaşı, orada yaşayan digər soydaşlarımız da iştirak edib. Aksiya iştirakçıları əllərində Azərbaycan bayrağı və Xocalı soyqırımını əks etdirən plakatlar tutaraq müxtəlif şüarlar səsləndiriblər.
“Meyitlərin başı kəsilmiş, bədənləri deşik-deşik edilmişdi”
Xocalı viran edilən günün səhəri hamilə bir qadın yanında iki körpə uşağı ilə Ağdamın ,elli kəndinə gəlir. O, qətlə yetirilən həyat yoldaşını və digər qohumlarınını meyitlərini tapmaq üçün Xocalıya qayıtmaq istəyirdi. Şaxta, qar-boran isə nəfəsi kəsirdi...
Buludlu, amma yağmursuz hava
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
MTRŞ sədri: “Sosial problemli insanlar üzərində şou yaradılması qəbuledilməzdir”
“Özəl telekanallarda maarifləndirci verilişlər demək olar ki, yox dərəcəsindədir” “Telekanallarda şou-proqramlarda bağlı narahatlıq tək bizdə deyil, bütün dünyada mövcuddur. Çox təəssüf ki, dünyada hər şey şoulaşır”. Bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
DAK İran azərbaycanlılarına dəstək bəyanatı yaydı
DAK İdarə Heyəti İranda yaşayan xalqların, o cümlədən Azərbaycan türklərinin milli haqları uğrunda mübarizələrini dəstəkləyən bəyanat yayıb. “OLAYLAR”-a daxil olan bəyanatda deyilir ki, dünya ölkələrinə səpələnmmiş soydaşlarımız adından İranda yaşayan soydaşlarımızın Ana dili hərəkatını bəyənir və müdafiə edirik. Ana dilinin tədrisi, öyrədilməsi və qorunması uğrunda İran türklərinin apardıqları mübarizə xalqın ölüm-dirim məsələsidir; çünki xalqın öz dilində danışması və oxuması onun həyatının təbii və ən zəruri tələblərindən biridir.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş turnir keçirilib
Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Respublika şahmat turnirinə start verilib. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, turnirin keçirilməsində məqsəd Xocalı soyqırımı haqqında gənc şahmatçıları məlumatlandırmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirilmək, dostluq və idman əlaqələrinin möhkəmləndirməkdən ibarət olub.














