Sosial

Bakıda intiharın qarşısı alınıb

26 Fevral 2018 15:48

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər kişi beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Nəsimi rayonunda Milli Qəhrəmanın xatirəsi anılıb

26 Fevral 2018 15:44

Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin adını daşıyan Nəsimi rayon 44 nömrəli tam orta məktəbdə igid döyüşçünün xatirəsi anılıb. Y.Mirzəyevin şəhid olmasının 24-cü ildönümünə həsr edilən tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmdə yenilik

26 Fevral 2018 15:31

İnsan bədəninə yerləşdirilən süni hissələr, insan qanı, terapevtik, profilaktiki və ya diaqnostik məqsədlərlə istifadə üçün hazırlanmış heyvan qanı yüksək texnologiyalar məhsullarının təsnifatına daxil edilib.

26 illik dəhşətin vəhşət doğuran 26 faktı

26 Fevral 2018 15:24

Özümüzü tanıdığımız andan Xocalı faciəsi barədə məlumatlandırılmış, Xocalı faktlarını bilərək yaşamışıq. Ermənilərin əsir götürdüyü bir insanın yaddaşından silinməyən o tükürpədici hadisələri oxumaq, dinləmək və göz yaşlarına hakim olmamaq mümkünsüzdür. Oxuduqca, işgəncələrin hər anını öz bədənimizdə, öz ruhumuzda hiss edirik. Bu faktları toplayarkən 20-22 yaşlı gənclər, müstəqil Azərbaycanın bu qanlı keçmişini göz yaşları içində oxuyan tələbələr olaraq anladıq ki, izləmək yetmir, yaşamaq gərəkdir. ONLAR UNUTMADILAR. BİZ DƏ UNUTMAYACAĞIQ! UNUTDURMAYACAĞIQ!

Türk aktyordan ürək dağlayan Xocalı hekayəsi

26 Fevral 2018 15:18

Türkiyənin məşhur simaları sosial şəbəkələrdə Xocalı soyqırımını yad ediblər. Tanınmış müğənni Murad Kəkilli Tvitterdə “Bu gün qəlbim Xocalıda azəri qardaşlarımla birgə döyünür. Mən də unutmayacağam, unutdurmayacağam” yazıb.

İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması işəgötürənin borcudur

26 Fevral 2018 15:08

İşəgötürən iş yerinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçi üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik daşıyır və işçinin həyatı, sağlamlığı müəssisənin iqtisadi mənafeyindən yüksək tutulmalıdır. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhərində “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda təşkil etdiyi seminarda vurğulanıb.

Moskvada “Taxta Ev” sərgisi keçiriləcək

26 Fevral 2018 14:49

1-4 mart 2018-ci il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Crocus Expo" Beynəlxalq Sərgi Mərkəzində “Taxta Ev” sərgisi baş tutacaq. Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyasından “Olaylar”a verilən məlumata görə, sərginin əsas təşkilatçısı və tərəfdaşları Rusiya Federasiyasının İnşaat və Kommunal Xidmətlər Nazirliyi, Rusiya Fedarasiyası Sənaye və Ticarət Nazirliyi, Rusiya Federasiyası Sənaye və Ticarət Palatası, Memarlar İttifaqları və bir sıra inşaat şirkətləridir.

Qaz çəkilən bəzi rayonlar hələ də odundan istifadə edir

26 Fevral 2018 14:46

Regionların sosial-iqtisadi inkişfı dövlət proqramları çərçivəzində respublikanın əksər bölgələri təbbi qazla təmin olunub. Hətta bir sıra ucqar dağ rayonlarına tarixdə ilk dəfə olaraq qaz xətti çəkilib. Rəsmi statistik məlumata görə, hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Ölkənin bütün iri şəhər və rayonları qazla 100 faiz təmin edilib.

“Karvan” Ticarət Mərkəzinin rəhbərliyi sahibkarları niyə narazı salır?

26 Fevral 2018 14:43

5 il bundan əvvəl Sumqayıt şəhərindəki “Karvan” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi zamanı külli miqdarda zərər çəkmiş sahibkarlara dəymiş ziyan ödənilmədiyi üçün onlar məcbur qalıb alternativ variantlara əl atlblar. Belə ki, sahibkarlar kütləvi informasiya vasitələri və millət vəkillərinə müraciət ünvanlayıblar.

Öz dəyərini bilən adam və adamlar...

26 Fevral 2018 14:40

Özümüzçün xudmani məclis qurub söhbət edirik. Həyatda adamların, elə özümüzün də tutduğumuz mövqedən danışırıq. Bəzi məsələlərdə məyusluğunu ifadə eləyir. Ən maraqlısı və polemikaya dartanı bu sözlərdi:

Azərbaycanda İKT-nin inkişafı “beyin axını”nın qarşısını alacaq

26 Fevral 2018 14:39

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş alıb gedən hərc-mərclik, hakimiyyət uğrunda çəkişmələr və səriştəsiz rəhbərlik, həmçinin hərbi təcavüz və ölkə ərazisinin 20 faizdən çoxunun işğal edilməsi, aqrar sənaye potensialına və sosial sferaya 15 milyard ABŞ dolları həcmində ziyanın vurulması, sayı 1 milyona yaxın olan və ya ölkə əhalisinin 15 faizini təşkil edən insanların öz ata-baba yurdlarından qaçqın və məcburi köçkün düşməsi respublikamızda sosial-iqtisadi böhranı daha da dərinləşdirdi, iqtisadi islahatların aparılması yolunda çoxsaylı əngəllər yaratdı və bazar iqtisadiyyatına keçid dövrünün problemlərini daha da artırdı.

Ziya Bünyadovun köksünə sancılan bıçağın əsil hədəfi

26 Fevral 2018 14:36

Bu günlərdə dünya şöhrətli akademik Ziya Bünyadovun qətlinin tam 21 ili tamam oldu. Hər il olduğu kimi bu il də media səhifələrində akademikin qətli ilə bağlı təfərrüatların yer alması, bir sıra mətləblərin üzə çıxması müəyyən sualları ortaya çıxarıb.