Sosial
Kəmalə Ağazadəyə qarşı cinayət işi açıldı
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin barəsində cinayət işi başlanıb. Cinayət işini birlik sədrinin qohumu və Birliyin keçmiş əməkdaşı Həcər Kəngərlinin şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsi qaldırıb.
"Sahil" metrosu nə vaxt açılacaq? - Dəqiq tarix
2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun "Sahil” stansiyası bu il iyulun 1-də təhvil veriləcək. Bu barədə cavab olaraq, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları dağ rayonlarında uğurla icra edilir
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ucqar dağ rayonlarında da uğurla icra edilir. Hər bir ucqar dağ rayunu kimi Şəkidə də 2004-cü ildən bu günə qədər icra olunan Dövlət Proqramları bu dağ rayonunun simasını əsaslı dərəcədə dəyişib, abadlaşdırıb, gözəlləşdirib. Dövlət proqramları çərçivəsində həyata keçirilən infrastruktur layihələri, quruculuq-abadlıq işləri Şəkini həm daxildən, həm də xaricdən ziyarət etmək istəyənlər üçün cəlbedici məkana çevirib.
Mingəçevirdə zavodda PARTLAYIŞ: xəsarət alanlar var
Mingəçevir şəhərindəki "Azneftmaş" ASC-də partlayış olub, iki nəfər xəsarət alıb. Hadisə bu gün gunorta saatlarında qeydə alınıb. Məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Partlayış nəticəsində müəssisənin əməkdaşları - 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar Mingəşevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Bu gün saat 17:00-da Xocalısoyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Məlumata görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
Bölgələrdə hərbi vətənpərvərlik tədbirləri keçirilib
Müdafiə və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə təşviqat qrupları tərəfindən müxtəlif bölgələrdə yerləşən orta məktəblərdə yeniyetmələrin çağırışaqədərki hazırlıq fənni üzrə müəllimlər və şagirdlərlə silsilə tədbirlər keçirilib.
Bazarlarda GMO təhlükəsi: Qarşısı necə alınacaq?
Bu gün bazarlarımızda və iri ticarət mərkəzlərində pomidorun 70, kartofun 40, qarpızın 60 faizi GMO (genetik modifikasiya olunmuş) məhsullarıdır. Bu sözlər “Respublika” qəzetində genetik modifikasiya olunmuş məhsullar barədə dərc olunmuş məqalədə yer alıb. Məqalədə qeyd edilb ki, son 15-20 il ərzində GMO məhsullar bəşəriyyətin qarşısında, o cümlədən Azərbaycanda olduqca təhlükəli problemə çevrilib. Məsələn, soyuğa və xəstəliyə davamlı olması üçün kartofa əqrəb, qidalı olması üçün düyüyə insan, şaxtaya davamlı olması üçün pomidor və çiyələyə balıq genləri, banana analgin və s. vururlar.
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub
Milli Məclisin növbəti iclası martın 6-da keçiriləcək. Artıq iclasın gündəliyi də məlumdur. Gündəliyə 24 məsələ daxil edilib.
AzTU-da xarici tələbələrə Xocalı soyqırımı haqqında geniş məlumat verilib
Fevralın 26-da Azərbaycan Texniki Universitetinin Milli Qəhrəmanlar və Şəhidlər muzeyində universitetdə təhsil alan xarici tələbələrin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
Barama “Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yerli startapların inkişafına dəstək verməkdə davam edir. Mərkəz bu dəfə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkil etdiyi “Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir. Layihənin əsas məqsədi gənclərin innovasiya sahəsinə marağını artırmaq, onları startup layihələrinin hazırlanmasında istiqamətləndirmək və bununla da gənc sahibkarların və Azərbaycanda startap ekosisteminin inkişafına təkan verməkdən ibarətdir.
Birinci sinfə qəbulla bağlı SMS məlumat sistemi işə salındı
“Softline Azerbaijan” şirkəti Bakıda uşaqların birinci sinfə qəbul olunması barədə elektron müraciət göndərmiş vətəndaşların məlumatlandırılması sistemini işə salıb. Bu barədə şirkətdən məlumat verilib. Bir müddət əvvəl şirkət Bakı Təhsil İdarəsinin bu sistemlə bağlı elan etdiyi tenderin qalibi olub. Fevralın 15-də “Softline Azerbaijan” şirkəti ilə 18 min manatdan çox məbləğdə müqavilə imzalanıb.
Xocalı şəhidlərinə həsr edilən fotosərgi
Bu gün İstanbulda Yenikapı Mərkəzi Metro Qovşağında Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi “XOCALIYA ƏDALƏT” fotosərgisi açılıb. Sərginin açılışında İstanbul Baş Konsulu Məsim Hacıyev, çoxlu sayda elm və sənət dünyasının nümayəndələri, geniş xalq kütlələri iştirak ediblər.
Dövlət Xidmətində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, Xidmət rəisinin birinci müavini general-mayor Zaur Abdullayev tədbirdə çıxış edərək bildirib ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün olub. Sonra çıxış edən Xocalı hadisələrinin canlı şahidi, Xocalı polis bölməsinin rəisi işləmiş Sabir Məmmədov ordumuz yaradılmamışdan əvvəl Xocalının erməni təcavüzkarlarından müdafiəsinin əsasən yerli əhalidən təşkil olunmuş özünümüdafiə dəstələri və polis tərəfindən həyata keçirildiyini qeyd edib.
Ukraynada Xocalı qurbanları anılıb
Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Gənclər Birliyi Xocalı fəciəsinin 26-cı il dönümünə həsr olunmuş “İşğal altında olan ərazilər” mövzusunda açıq müzakirə təşkil edib. “OLAYLAR” xəbər verir ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilən müzakirələrdə Ukraynadakı azərbaycanlı gənclər, diaspor rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak edib.
“Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” adlı monoqrafiya çapdan çıxıb
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” adlı monoqrafiyası işıq üzü görüb.





.jpg)


.jpg)





