Sosial

Su çərşənbəsində nə etməli?

27 Fevral 2018 09:28

“Əzəl çərşənbə” gəldi Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə davam edən Boz ay ərzində Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir. İnanca görə, ilk çərşənbə günü su və su mənbələri təzələnir, ikinci çərşənbədə yandırılan od yeni həyatın, baharın və istiliyin gəlişinə işarə edir, üçüncü çərşənbədə isti külək bütün canlılara nüfuz edir. Dördüncü çərşənbədə isə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır. Beləliklə, bahar gəlir...

Azərbaycanlı hakerlər erməniləri şoka saldı - "Prezident"in səhifəsində Xocalıdan yazdılar - FOTOFAKT

27 Fevral 2018 09:09

Azərbaycanlı hakerlərdən ibarət qrup "Anti-armenia Team" qondarma "Dağlıq Qarabağ Respublikası"-nın "prezidenti" Bako Sahakyanın "Feysbuk" hesabını ələ keçirib. Hakerlər qondarma "respublika" "prezidentinin" hesabından Xocalı soyqırımı zamanı həlak olanlarla bağlı müxtəlif məlumatlar paylaşdıqdan sonra hesabda öz izlərini qoymağı da unutmayıblar.

Bu gün Novruzun ilk çərşənbəsidir

27 Fevral 2018 09:06

Bu gün Azərbaycanda ilk çərşənbə qeyd olunur. Artıq bu həftədən su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Kəmalə Ağazadəyə qarşı cinayət işi açıldı

26 Fevral 2018 19:53

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin barəsində cinayət işi başlanıb. Cinayət işini birlik sədrinin qohumu və Birliyin keçmiş əməkdaşı Həcər Kəngərlinin şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsi qaldırıb. Şikayətçi iddia edir ki, K.Ağazadə onun və iş yoldaşlarının 8 aylıq əməkhaqqını məcburən alıb.

Universitetdə Xocalı faciəsinin qurbanları yad edildi

26 Fevral 2018 19:43

Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar Təşkilatının (THT) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Xocalıda törədilən faciə haqqında ümumi məlumat verilib, həyatını itirən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra TGT-nin nəzdində fəaliyyət göstərən Teatr klubu tərəfindən hazırlanan “Ürəyində arzu tut” adlı tamaşa tələbələrin ifasında nümayiş edilib.

“Sonsuz dəhliz” filmi AZTV-də nümayiş olunacaq

26 Fevral 2018 18:40

Fevralın 26-da Azərbaycan Dövlət Televiziyasında (AZTV) saat 20:00-da efirə gedəcək “Xəbərlər” proqramından sonra Litva kinematoqrafçılarının istehsalı olan "Endless Corridor" ("Sonsuz dəhliz") adlı sənədli filmin Azərbaycan dilinə tərcümə edilmiş versiyası nümayiş olunacaq.

Martın 18-nə HAZIRLAŞIN: 2018-ci ildə üçüncü analoji hadisə olacaq

26 Fevral 2018 18:25

Astronomlar bütün planet üzrə növbəti maqnit qasırğasının tarixini proqnozlaşdırıblar. Proqnozlara görə, maqnit qasırğası martın 18-də bütün planeti əhatə edəcək. Bu, cari ilin əvvəlində üçüncü analoji hadisə olacaq. Yanvarın 15-də birinci, fevralın 19-da isə ikinci maqnit qasırğası baş verib.