Marketdən alınan pomidorun içindən görün nə çıxdı - Bakıda qəribə olay (FOTOLAR)

Bu barədə  hadisə şahidi məlumat verib. O, Yasamal rayonunda yerləşən marketlərin birindən alış-veriş edərkən pomidor da alıb. Evə gəldikdən sonra o pomidoru kəsib və gördükləri qarşısında şoka düşüb. Belə ki, alınan pomidorun içində hələ yeni cücərməyə başlayan çiyələk olduğu aşkar edilib.

Qeyd edək ki, 2014-cü ildə Nazirlər Kabinetində Geni Dəyişdirilmiş Məhsullarla (GDM) bağlı "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunda edilən dəyişikliyə görə Azərbaycanda GDM-li məhsulların satışı qadağan edilib. Ancaq buna baxmayaraq, hələ də ölkə ərazisində geni dəyişdirilmiş ət məhsulları, kolbasa və sosiskalar, dondurmalar, makaron məmulatları, meyvə-tərəvəzlər və bəzi növ uşaq qidalarının satışına rast gəlinir. AZXEBER.COM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00