Ziya Bünyadovun qətlinin 21 illik sirri

Mərhum akademik Ziya Bünyadovun bu günə qədər də əsl səbəbi bilinməyən qətlinin kimlərə və nə üçün gərəkli olduğuna həmin qətlin iştirakçısı Nizami Nağıyev 21 ildən sonra aydınlıq gətirmək istəsə də, onun mətbuata verdiyi müsahibə da qətlin tam təfərrüatlarının açılmasına imkan yaratmır. Nizami Nağıyev Ziya Bünyadovun qətlinin sifarişinin “Hizbullah” tərəfindən verildiyini bildirsə də, lakin “Hizbullah”ın fonunda bu prosesdə İranın iştirak mümkünlüyünə toxunmur.

Gizli qalan mətləblərin üstü niyə açılmır?

(Əvvəli 23 Fevral sayımızda)

Mərhum akademik Ziya Bünyadovun bu günə qədər də əsl səbəbi bilinməyən qətlinin kimlərə və nə üçün gərəkli olduğuna həmin qətlin iştirakçısı Nizami Nağıyev 21 ildən sonra aydınlıq gətirmək istəsə də, onun mətbuata verdiyi müsahibə da qətlin tam təfərrüatlarının açılmasına imkan yaratmır. Nizami Nağıyev Ziya Bünyadovun qətlinin sifarişinin "Hizbullah" tərəfindən verildiyini bildirsə də, lakin "Hizbullah"ın fonunda bu prosesdə İranın iştirak mümkünlüyünə toxunmur. Amma cinayətkarın müsahibəsində Bakıya təşrif buyurmuş "Hizbullah" təmsilçisinin köməyi ilə İran İslam Respublikasına getmələri, orada 3 aydan artıq təlim keçmələri, eləcə də digər bu kimi faktlar onu deməyə əsas verir ki, Ziya Bünyadovun qətlində Tehran da müəyyən mənada maraqlı olub. Əks təqdirdə uzun müddət hazırlıq prosesi gedən bu qətlin qarşısının alınması, onun nəticəyə çatmaması üçün ən azından Azərbaycan tərəfini məlumatlı edərdi. Bu reallıq hər kəsə bəllidir ki, istənilən formada İslam Respublikasına səfər edən hər hansı bir xarici ölkə vətəndaşı hava limanına endiyi andan ölkəni tərk etdiyi zamana qədər İran ETTALAT-ı tərəfindən izlənilir və onun səfərinin məqsədi, İranda keçirdiyi görüşlər, apardığı müzakirələr barədə bu təşkilat yetərincə informasiyaya malik olur. Məsələyə bu aspektdən yanaşsaq, deyə bilərik ki, Nizami Nağıyev daxil olmaqla Ziya Bünyadovun qətlinin iştitakçılarının 90-cı illərdə bir neçə dəfə İslam Respublikasına səfər etmələri, orada təlim keçmələri, hətta akademikin qətlinin ssenarisinin hazırlanmasından belə cənub qonşumuz məlumatlı olub. Lakin Tehran bu bilgini Azərbaycana ötürməkdə maraqlı görünməyib. Səbəb? İndi səbəblərə aydınlıq gətirək.

Ziya Bünyadovun qətlinin 21 illik sirri

Birinci səbəb ondan ibarət idi ki, artıq həmin illərdə Azərbaycan xaos, anarxiya, başıpozuqluqdan uzaqlaşıb öz inkişaf yoluna qədəm qoyurdu. 1992-93-cü illərin hərcmərcliyi, idarəetmə sistemindəki boşluqlar aradan qalxırdı. Xarici dairələrin Azərbaycana təsirləri artıq mümkünsüz olurdu. Çünki 1993-cü ilin iyun qiyamından sonra xalqın təkidli tələbi ilə hakimiyyətə gəlmiş Heydər Əliyev qısa müddətdə Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa edilməsinə nail olmuş, ölkədə vətəndaş qarşıdurması təhlükəsi aradan qalxmışdı. Hər ötən il Azərbaycanın siyasi sabitliyinin daha da möhkəmlənməsi, siyasi sabitliyin paralel olaraq iqtisadi inkişafa təkan verməsi təbii ki, ümumilikdə Azərbaycanın inkişafına, müstəqil dövlət kimi ayaqda durmasına yol açırdı. Xüsusilə, 1994-cü ilin sentyabr ayının 20-də Qərbin nüfuzlu konsersium və şirkətləri ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycana yaxın gələcək üçün yeni-yeni imkanlar açır və geniş fürsətlər yaradırdı. Təbii ki, bütün bunlar isə  Azərbaycanın qonşularını ciddi şəkildə narahat edirdi. Həmin dövrdə Azərbaycanın inkişafını istəməyən, burada  siyasi sabitliyin bərqərar olmasında maraqlı görünməyən ölkələrdən biri də cənub qonşumuz İran idi. Həm siyasi, həm də iqtisadi sahədə müstəqil Azərbaycanın əldə etdiyi uğurlar Tehranı məmnun etmirdi. Çünki getdikcə ölkədə vəziyyətin nəzarətə götürülməsi, sərhəd buraxılış məntəqələrində nəzarətin gücləndirilməsi İslam Respublikasının Azərbaycanla bağlı planlarını pozurdu. Artıq İran ölkəyə öz emissarlarını asanlıqla göndərə, burada əvvəlki illərdə olduğu kimi şəbəkələşə bilmirdi. Və "Əsrin müqaviləsi" də Tehranıın ürəyincə deyildi. İranda hesab edirdilər ki, "Əsrin müaviləsi"nin imzalanması onun əzəli düşməni və rəqibi Qərbin, Birləşmiş Ştatların Tehranın sərhədlərinə doğru yaxınlaşması deməkdir. Ona görə də İran ciddi cəhdlə şimal qonşumuz kimi tarixi müqavilənin imzalanmasına qarşı çıxırdı.

Azərbaycan faktorundan qurtulmaq, onu 90-cı illərin əvvəlinə qaytarmaq üçünsə burada siyasi sabitliyi pozmağa yönəlik fəaliyyətlər İran üçün artıq zərurətə çevrilirdi. Bu mənada akademik Ziya Bünyadovun qətlinə verilən fərman həmin zərurətdən doğan addım idi. Çünki həmin dövrdə nə İran, nə Rusiya, nə də regionda marağı olan digər ölkələrə Azərbaycanın güclü biur dövlətə çevrilməsi, inkişaf etməsi, müstəqil söz sahibi olması sərf etmirdi. Ziya Bünyadovun qətlə yetirilməsi ilə ölkədə siyasi sabitliyin pozulacağına ümid edən İran bundan sonra əvvəlkitək Azərbaycana daha artıq sirayət edəcəyi, burada ciddi şəkildə təşkilatlanacağına ümid bəsləyirdi. Elə akademikin qətlinin iştirakçısı Nizami Nağıyevin də müsahibəsində bu açıq şəkildə özünü büruzə verir. Nizami Nağıyev deyir ki, Ziya Bünyadovun qətlə yetirilməsindən sonra xalqın istər-istəməz ayağa qalxacağı, ölkədəki sabit vəziyyətin ciddi şəkildə pozulacağı düşüncəsi və ümidi Tehranda Azərbaycanla bağlı yeni-yeni planların hazırlanmasına yol açırdı. Ancaq həm cənub qonşumuz, həm də digər yaxın və uzaq ölkələr unudurdular ki, Azərbaycanda hakimiyyət başında olan adam dərin siyasi bilik və təcrübəyə malik, 70 illik Sovet hakimiyyətinin bütün çətinliklərini, onları dəf etməyi bacarmış Heydər Əliyevdir və o, çətin də olsa bu təhlükənin də qarşısı almağa müvəffəq olacaq. Və belə də oldu. Ümummilli lider Heydər Əliyev akademik Ziya Bünyadovun qətlə yetirilməsi fonunda Azərbaycanda siyasi gərginliki yaratmaq, ölkəni yenidən xaosa sürükləmək istəyənlərin arzusunu ürəklərində qoydu. Çünki hələ bundan əvvəl Əlikram Hümbətovun separatçılıq fəaliyyəti, 1995-ci ilin mart dövlət çevrilişinə cəhd, eləcə də bu kimi sabitliyi pozmaq cəhdlərini Heydər Əliyev  zərərsizləşdirə bilmişdi.

Nizami Nağıyevin müsahibəsindən aydın olduğu kimi qatillər dünya şöhrətli akademik Ziya Bünyadovu qətlə yetirənə qədər, eləcə də qətildən sonrakı bir neçə il ərzində bir qayda olaraq Bakı-Tehran-Moskva marşrutu ilə hərəkət ediblər. Hətta qətildən az bir müddət əvvəl Nizami Nağıyev də daxil olmaqla qətlin bir neçə iştirakçısı Moskvada olub, şimal qonşumuzun paytaxtında bəzi iş görüşmələri həyata keçiriblər. Elə bu məqamın özü də onu deməyə əsas verir ki, Ziya Bünyadovun qətlə yetirilməsindən Rusiyanın müəyən dairələrin də xəbəri olub. Bu barədə keçən həftə dərc edilən məqalədə də qeyd etmişdik. Rusiyanın Ziya Bünyadovun qətlində hansı səbəbdən maraqlı olmasına gəlincə isə, deyə bilərik ki, şimal qonşumuzun da həmin ərəfədə olan maraqları İranın maraqları ilə üzt-üstə düşürdü. Yəni, Azərbaycanda siyasi sabitliyi pozmaq, ölkədə xaos, anarxiya yaratmaq, Bakını yenidən özündən asılı vəziyyətə salmaq. Çünki hələ 1993-cü ildə Surət Hüseynovu, ondan sonra Əlikram Hümbətovu, daha sonra yenidən Surət Hüseynovu bu proseslərə qoşan, onlara maddi və texniki, silah dəstəyi verən Rusiya həmin vaxta qədər heç bir planının işə yaramadığından yaralı rus ayısını xatırladırdı. Və hər an Azərbaycanı yenidən özündən asılı vəziyyətə salmağa çalışırdı. Digər tərəfdən Heydər Əliyevin qətiyyəti ilə 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Rusiya üçün də müstəqil Azərbaycan, eləcə də ümummilli lider tərəfindən tərs sillə effekti yaratmışdı. Həmin vaxt Moskva ciddi cəhdlə, hətta müxtəlif təsir vasitələrindən istifadə edərək "Əsrin müqaviləsi"nin imzalanmasına mame olmağa çalışsa da, lakin Heydər Əliyev qətiyyəti, siyasi iradəsi bütün bu təhlükələri, maenələri aradan qaldırmağa müvəffəq oldu. Bu mənada Rusiya 1994-cü ildən Azərbaycanla haqq-hesab çürütməyə fürsət axtarırdı. Qeyd etdiyimiz kimi 1995-ci ilin mart dövlət çevrilişlinə cəhd zamanı bu plan alınmadığı üçün yeni-yeni ssenarilər işə düşmüşdü ki, bu ərəfədə akademik Ziya Bünyadovun qətlə yetirilməsi və həmin hadisə ilə ölkədə ictimai-siyasi sabitliyin pozulmasına yönəlik cəhdlər Rusiyanın işinə yarayırdı. Moskvada düşünürdülər ki, akademikin qətlə yetirilməsi ilə insanlar ayağa qalxacaq, buna öz etirazını kütləvi aksiyalar, sabitliyi pozmağa yönəlik cəhdlərlə bildirəcək. Nəticə etibarilə Azərbaycanda yenicə bərqərar olmuş ictimai-siyasi vəziyyət yenidən pisləşəcək, vətəndaş qarşıdurması güclənəcək. Yaranmış vəziyyətdən isə İranla yanaşı Rusiya da yararlanaraq yenidən Azərbaycan üzərində nəzarət əldə edəcəklər. Ümumiyyətlə, tarixən Rusiya ilə İran Azərbaycana nəzarəti öz əlində saxlamaq, burada maraqlarını təmin etmək istiqamətində durmadan fəaliyyət göstəriblə bir çox hallarda ölkəmizlə bağlı Moskva ilə Tehran öz arasında ortaq məxrəcə də gələ biliblər. Uzaq tarixdəki Gülüstan və Türkmənçay müqavilələrinin fonunda bunu aydın görmək mümkündür.

Akademik Ziya Bünyadovun qətlə yetirilməsinin  zamanına, ölkəmizin həmin ərəfədə hansı siyasi hadisə astanasında olduğuna diqqət yetirəndə həmin hadisə ilə bağlı daha bir əminlik yaranır. Ziya Bünyadovun qətlə yetirilməsi bir il sonra baş tutacaq prezident seçkilərinə qarşı yönəlmiş cəhd idi. Həmin dövrdə ümummilli lider Heydər Əliyevin siyasi nüfuzunun getdikcə artması, vətəndaşların birmənalı olaraq Heydər Əliyevə etimad göstərəsi 1998-ci ilin prezident seçkilərində ümummilli lider Heydər Əliyevin şəksiz qələbə qazanacağına əminlik yaradırdı. Heydər Əliyevin ikinci dəfə müstəqil Azərbaycan Respublikasının prezidenti seçilməsi isə xarici dairələrin, xüsusilə də İran İslam Respublikası və Rusiya Federasiyasının Azərbaycanla, ümumilikdə Cənubi Qafqaz regionu ilə bağlı planlarını alt-üst etmiş olacaqdı. Ona görə də akademik Ziya Bünyadovun qətlə yetirilməsinin başlıca səbəbləri sırasında 1998-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə mane olmaq, seçki ərəfəsində Heydər Əliyevi gözdən salmaq, onun siyasiu nüfuzuna, reytinqinə zərbə vurmaq cəhdi idi. Həm "Talış-Muğam Respublikası" yaradılması cəhdləri, həm Surət Hüseynovun, həm də Cavadov qardaşlarının dövlət çevrilişi cəhdləri məhz adlarını qeyd etdiyimiz mərkəzlər tərəfindən hazırlanmışdı ki, həmin cəhdlərin də əsas məqsədi qeyd etdiyimiz kimi Heydər Əliyevin siyasi nüfuzuna xələl gətirmək idi. Yəni Moskva və Tehran bu kimi hadisələrə dəstək verməklə Heydər Əliyev şəxsiyyətini xalqın gözündən salmağa, 1998-ci il prezident seçkilərində şimal və cənub qonşumuzun maraqlarını ifadə edə bilən birinin namizəd olaraq seçkilərdə qələbə qazanmasına çalışırdı. Bu mənada akademik Ziya Bünyadovun qətlə yetirilməsi Moskva və Tehran üçün əlverişli şəraitin yarandığı anlamını verirdi.

Ardı var

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31