Sosial
Xəzərdə dənizçi itkin düşdü - FHN helikopter göndərdi
Dünən axşam saatlarında İran İslam Respublikasının Port və Dəniz Administrasiyasından Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İran bayrağı altında üzən "TARADİS" yük gəmisinin Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində olarkən 1 nəfər heyət üzvünün itkin düşməsi ilə əlaqədar axtarışların aparılması üçün müraciət daxil olub.
Yaqub Mahmudov: “Bu gün milli dəyərlərimizə sel kimi basqı var”
“Fikrimcə, dünyada gedən proseslərin hansı məcraya yönəlməsi informasiyadan çox asılıdır. Əgər güclü dövlət başçılarının beyninə düzgün informasiya çatarsa, siyasət humanistləşər və bəşəriyyət dinc nəfəs alar. Amma bu, təəssüf ki, belə deyil!”
Bayıl sürüşmə sahəsində yeni araşdırmalara başlanılacaq
Bir neçə gün sonra Bayıl yamacında yeni geoloji araşdırmalara başlanılacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. Onun sözlərinə görə, geoloji araşdırma üçün evlərdə mayaklar qurulacaq: “Bayıl sürüşmə sahəsində digər geoloji kəşfiyyat işləri aparmağımız üçün bəzi texniki məsələlərin həllini gözləyirik. Ondan sonra kəsiklərin çıxarılması, geofiziki işlər, elektrik və seysmoloji kəşfiyyat həyata keçiriləcək. Texniki məsələlərin yaxın günlərdə həll edilməsini gözləyirik. Sahədə mayak qurulması mümkün deyil. Ona görə evlərdə mayak quracağıq”.
İlk dərslər Xocalı soyqırımına həsr olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində fevralın 26-sı ilk dərslər Xocalı soyqırımına həsr olunub. “OLAYLAR” xəbər verir ki, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən tədris olunan dərslər ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, onlarda düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.
Türkiyənin Uşak Universitetində Xocalı qurbanları anılıb
Türkiyənin Uşak Universitetində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) Uşak şəhər təmsilçiliyinin azərbaycanlı tələbələrinin təşkilatçılığı və İNDEX - Azərbaycan insan kapitalı və inkişaf mərkəzinin dəstəyi ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə universitetin müəllimləri, müxtəlif ölkələrdən olan tələbələr, Azərbaycan icmasının nümayəndələri, yerli ictimaiyyətin təmsilçiləri iştirak edib.
Bakıda marketdən çörək alan qadın həyatının şokunu yaşadı - Siçan məndən qabaq... - FOTO
Dilşad adlı Bakı sakini marketdən aldığı çörəyi evdə paketdən çıxararkən qarşılaşdığı mənzərə qarşısında məəttəl qalıb. Qadın çörəyin bir hissəsinin siçan tərəfindən yeyildiyini görüb. Bu barədə xanım sosial şəbəkə hesabında məlumat verib.
Nazirdən yaşıllıqların qorunması ilə bağlı iş adamlarına XƏBƏRDARLIQ
“Yaşıllıq olan ərazilərdə biznesmenlər, iş adamları daha diqqətli olmalı, şüurlu düşünməli və belə ərazilərdə iş görməməlidirlər. Nazirliyə tapşırılıb ki, bu cür variantların qarşısını almaq üçün zəruri tədbirlər görülsün. Nazirlik bu məsələ ilə bağlı polis orqanları ilə əməkdaşlıq edir. Qanusuz ağac kəsimləri ilə məşğul olan şəxslər polis əməkdaşları tərəfindən tapılıb cəzalandırılır".
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Azərbaycanı bu il “Eurovision” beynəlxalq mahnı müsabiqəsində təmsil etməyə hazırlaşan müğənni Aysel Məmmədova Xocalı faciəsindən 26 il keçməsi ilə əlaqədar olaraq yeni kompozisiyasını təqdim edib. Bəstəsi Aysel Məmmədovaya aid olan kompozisiya “Wistfulness” (Kədər) adlanır. Aysel layihəsi ilə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, Xocalıda yaşanan vəhşiliyi dünyaya çatdırmaq üçün bu əsəri yazmağa qərar verib: “Kompozisiya Xocalı faciəsində dünyasını dəyişənlərin xatirəsinə həsr edilib.
Azərbaycanlı kriminal avtoritet həbsxanada öldü
Dilarə Kazımovadan Xocalı soyqırımına ithaf: 613 – VİDEO
Şikayət yerində araşdırılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qaradağ rayonu, Sahil qəsəbəsi, S.Balaqardaşov küçəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
“Muğam Dünyası” klubu Şəhidlər muzeyində oldu
Olaylar.az bildirir ki, tədbir “Xocalıya Ədalət” kompaniyası çərcivəsində,”26 il Xocalı bugünkü gəncliyin gözü ilə” adlı tədbir keçirilib. “Həqiqət” tarixi araşdırmalar İctimai birliyi , ƏSMID nəzdində Muğam Dünyası klubu, Milli Azərbaycan Tarixi Muzeyinin muzeyşunaslar və muzey sevərlər klubunun dəstəyi ilə Şəhidlər muzeyini ziyarət etdilər . Muğam Dünyası klubunun sədri Nicat Müslümov çıxış edərək Xocalı faciəsindən söz açaraq bildirib ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 155 nəfərin taleyi isə hələ də məlum deyildir. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.
Sumqayıtda özünü 14 mərtəbəli binadan ataraq intihar edənin kimliyi bilinib - 18 yaşı varmış...
Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhərində 14 mərtəbəli yaşayış binasından bir nəfər özünü ataraq intihar etmişdi. İntihar edən kişinin şəxsiyyəti məlum olub. Bu, 2000-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Poladzadə Mehti Firudin oğludur. Faktla bağlı araşdırma aparılır.




.jpg)









