Sosial
“Baku Bus” qəza törətdi, bir qadın öldü
Baku Bus MMC-nin 3 nömrəli avtobusu ölümlə nəticələnən qəza hadisəsi törədib. Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə “Koroğlu” parkı ərazisi tərəfdə baş verib. Təxminən səhər 11 radələrində yolu keçmək istəyən 50 yaşlarında xanımı 3 nömrəli avtobus vurub. Qəza nəticəsində hələlik adı məlum olmayan piyada dünyasını dəyişib.
Beynəlxalq yük və sərnişin daşımalarda qaydaları pozanlar məsuliyyət daşıyacaq
Beynəlxalq yük və sərnişin daşımalarında mövcud problemlərin aradan qaldırılması məqsədilə qanunvericilik bazasının təkmilləşdirilmsi istiqamətində ciddi addımlar atılmaqdadır. Artıq ölkə parlamenti məsələ ilə bağlı müvafiq qanunvericilikdə dəyişiklik edib.
Novruzun süni qiymət artımı
Novruz bayramı yaxınlaşdıqca ölkə bazarlarında qiymət artımı müşahidə olunmaqdadır. Araşdırna zamanı bəlli oldu ki, bahalaşma təkcə bayram sovqatlarında deyil, satışa çıxarılan bütün növ məhsullarda hiss olunur. Yeri gəlmişkən qeyd edək ki, ən çox qiymət artımı ərzaq məhsullarında, xüsusən də kərə yağında baş verib. Vəziyyət o həddə çatıb ki, yerli istehsalla məşğul olan sahibkarlar ağına-bozuna baxmadan məhsullarının qiymətini pik həddinə çatdırıblar.
Xalq artisti varisini açıqladı: “Evimi, avtomobilimi ona verəcəm”- FOTO
İlhamə Quliyevanın bankda olan pulunun məbləği açıqlandı: 380 min - VİDEO
ARB TV-nin "Səhər Səhər" verilişinin növbəti qonağı Əməkdar artisti Firuzə İbadova olub. Əməkdar artist Firuzə İbadova efirdə mərhum xalq artisti İlhamə Quliyevanın ona borcu olduğunu deyib: "Mənim əgər alacağım varsa, nəyə görə ala bilmirəm.
7 il Dubayda əsir qalan azərbaycanlı qadının HƏYAT HEKAYƏTİ
Dini qanunvericiliyi pozanlar Azərbaycandan qovulacaq
Dini etiqad azadlığı haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılacaq. Məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 516-cı (Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) maddəsinin 516.0.1-ci bəndinə dəyişiklik təklif edilir.
Dövlət qulluqçularının pensiya yaşı dəyişdirilir
Dövlət qulluqçularına pensiyanın verilməsi üçün tələb olunan xidmət illərinin minimum həddi 5 ildən 15 ilə qaldırılır. Məlumata görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 23-cü maddəsinin (Dövlət qulluqçularının pensiya təminatı) 2-ci bəndinə dəyişiklik təklif edilir.
Cümhuriyyətin 100 illiyinə həsr olundu
Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərlər” jurnalının xüsusi buraxılışı çapdan çıxıb. Jurnal Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Xüsusi buraxılışda 20-dən çox yerli və xarici alim və müstəqil tədqiqatçıların Cümhuriyyət tarixi ilə bağlı məqalələri dərc olunub. Azərbaycan, Fransa, Rusiya, Türkiyə alimlərinin araşdırmalarında müstəqillik ərəfəsində Azərbaycanda daxili və xarici vəziyyət, Cümhuriyyətin elan olunması, Cümhuriyyət dövrünün hərbi-siyasi, sosial-iqtisadi məsələləri, milli hökumətin xarici siyasəti və s. problemlərə toxunulub, yeni arxiv mənbələri elmi dövriyyəyə gətirilib.
Cənubi Afrika Respublikasının nümayəndə heyəti ASAN xidmətdə
Azərbaycanın sosial və İT innovasiyalar sahəsində təcrübəsinin Cənubi Afrika Respublikasına (CAR) ixracı məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində CAR-ın Türkiyə Respublikasındakı səfiri cənab Pule İsaak Malefanenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bakıda arabir yağış, rayonlarda qar yağacaq
Bakıda və Abşeron yarımadasında martın 2-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Səhiyyə Nazirliyinin nümayəndəsi: "İnsanlar vaxtında həkimə müraciət etmir"
“Qış mövsümünə xas olan kəskin respirator infeksiyalar Azərbaycanda mövsümü olaraq qeydə alınır”. Məlumata görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, təhlilə əsasən ötən ili 2016-cı illə müqayisə edəndə 10 faizdən yuxarı azalma müşahidə olunur: “Eyni zamanda, keçən ilin müvafiq dövrü ilə müqayisə edəndə bu il azalma müşahidə olunur.
Professor: "Antibiotiklər reseptsiz satılmamalıdır"
“Antibiotiklərin qəbuluna göstəriş olmalıdır. Azərbaycanda antibiotiklər reseptsiz satılmamalıdır. Deyə bilmərəm ki, bunu etməyə hansı səbəblər mane olur. Bu, təşkilati məsələdir. Yəqin ki, buna heç nə mane olmur”.
Üç vəzifə üzrə 162 nəfər işə qəbul olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi yekunlaşıb. “OLAYLAR” xəbər verir ki,müsabiqənin müsahibə mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə qeydiyyatdan keçmiş namizədlərdən 162 nəfər müsbət cavab alıb. Onlardan 18-i gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 34-ü uşaq birliyi təşkilatı rəhbəri, 110-u laborant vəzifəsinə işə qəbul olub.
Bakıda Ağa Musa Nağıyevi anacaqlar
Martın 4-də Azərbaycanın məşhur milyonçusu Ağa Musa Nağıyevin xatirəsi anılacaq. Ağa Musa Nağıyevin nəvəsi, tədqiqatçı Dilarə Nağıyevanın verdiyi məlumata görə, milyonçunun vəfatının 99-cu ildönümü ilə bağlı anım tədbiri Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində onun məzarı önündə keçiriləcək. 2011-ci ildə Dilarə Nağıyeva məşhur milyonçunun Kərbəla arzusunu məcazi mənada reallaşdırmaq məqsədilə onun qəbri üzərindən götürülən torpağı Kərbəlaya göndərib. Tədbir iştirakçılarını Biləcəriyə aparacaq avtobus saat 10:00-da "Azad qadın" heykəlinin yanında, 18 saylı məktəb tərəfdə olacaq.














