Sosial

Qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində 15 əcnəbi saxlanılıb

1 Mart 2018 16:20

Dövlət Miqrasiya Xidmətiqanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir. DMX-dən  verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 7 nəfər Pakistan, 6 nəfər Hindistan, 2 nəfər Şri Linka vətəndaşı olmaqla, ümumilikdə 15 əcnəbi saxlanılıb. 

I “Karyera sərgisi” təşkil edilib

1 Mart 2018 16:09

ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbi gənclərin məşğulluğunu artırmaq üçün 1-ci “Karyera sərgisi” təşkil edib. “OLAYLAR” xəbər verir ki, sərgidə 50-yə yaxın şirkət və Bakı Ali Neft Məktəbinin tələbələri və eyni zamanda, digər təhsil ocaqlarından tələbələr iştirak edib. Sərgi vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradıb. Eyni zamanda, Bakı Limanının İnsan resursları departamentinin əməkdaşları iştirakçıların iş imkanları və iş tələbləri barədə verilən sualları cavablandırıblar.

Moskva məktəbliləri üçün Azərbaycan mədəniyyəti dərsi keçirilib

1 Mart 2018 16:08

Azərbaycan Mədəniyyətinin İntibah və İnkişafı Fondu Moskva Millətlər Evinin Gənclərlə iş şöbəsi ilə birgə Rusiya paytaxtında məktəblilər üçün Azərbaycan mədəniyyətinə həsr olunmuş dərs təşkil edib. “OLAYLAR” xəbər verir ki, Moskva şəhərinin 967 nömrəli ümumtəhsil məktəbində baş tutan “Dostluq dərsi”nin məqsədi məktəblilərin Azərbaycan xalqının ənənələri və mədəniyyəti haqqında olan məlumatını genişləndirməkdir. 3,4, və 5-ci sinif şagirdləri üçün təşkil olunmuş dərsdə 100-dən artıq məktəbli iştirak edib.

Regionların sosial iqtisadi inkişafı proqramları rayonların dirçəlməsində əhəmiyyətli rol oynayır

1 Mart 2018 16:01

Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət bölgələrin inkişafında xüsusi əhəmiyyət daşıyır. Əsasən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ayrı-ayrı rayonların inkişafına ciddi təsir göstərib. Belə rayonlardan biri də respublikanın cənub bölgəsində yerləşən Astara rayonudur.

Xaçmazda 4 otaqlı ev yanıb

1 Mart 2018 15:58

Xaçmaz rayonunda ümumi sahəsi 130 m2 olan birmərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 20 m2 sahədə və dam örtüyü 70 m2 sahədə yanıb. Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

MTRŞ "istinad problemi"ndən danışdı

1 Mart 2018 15:38

"Çox təəssüf ki, bu gün elektron mediada, istinad məsələsi aktual bir problemə çevrilib. Bir sıra hallarda televiziya və radioların xəbər-informasiya buraxılışlarında da xəbərin ilkin mənbəyinə istinad edilməməsinin şahidi oluruq". Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Evlənənlərin sayı azalır

1 Mart 2018 15:32

Ötən il Bakıda qeydə alınan boşanma və nikahların sayı açıqlanıb. Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, 2017-ci il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15426 nikah və 4906 boşanma halları qeydə alınıb.

Bakıda doğulan hər yüz körpədən 53-ü oğlan olub

1 Mart 2018 15:31

2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 30373 nəfər, gündə təxminən 83 nəfər körpə dünyaya gəlib.

İşçilər üçün normal iş şəraiti niyə yaradılmır?

1 Mart 2018 15:21

Ölkədə mövcud müəssisə və təşkilatlarda işçilər üçün normal iş şəraitinin yaradılması aktual məsələlərdən hesab olunur. Buna səbəb bir sıra özəl təşkilatlarda bu kimi məsələlərin arxa plan keçirilməsidir. Bəzi müəssisələrdə həmkarlar təşkilatları olmadığından bu məsələlərə ciddi riayət olunmur. Ölkə qanunvericiliyində isə bu məsələlər yüksək səviyyədə tənzimlənir.

Ədliyyə Nazirliyi işçi axtarır

1 Mart 2018 15:19

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları müsabiqəyə dəvət olunur. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, müsabiqənin birinci mərhələsində – test imtahanında iştirak üçün müraciətlərin qəbulu nazirliyin əhaliyə göstərdiyi “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə həyata keçirilir.

İlhamə Quliyevanın oğlu həyat yoldaşından ayrıldı - VİDEO

1 Mart 2018 15:05

Mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirov həyat yoldaşıyla ayrılıb. Məlumata görə, bu haqda Əli Mirəliyev “Səhər-səhər” verilişində deyib.