Sosial

Tıxac problemi niyə bitmir? - DYP açıqladı

6 Mart 2018 12:03

Son zamanlar Bakı şəhər ərazisində yollarda süni tıxacın yaranmasının səbəbi şəhərin müəyyən ərazilərində asfalt örtüyünün çəkilməsi və digər işlərlə bağlıdır. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bakının mərkəzində əxlaqsızlıq yuvası -"MELODİYA"

6 Mart 2018 12:03

"2017-ci ilin iyun ayından başlayaraq Bakı şəhəri Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 6 yaşayış binasında  yaşayan sakinlərin dincliyi və rahatlığı tam pozulmuşdur.  Belə ki, 32 və 34A binalarına bitişik olan qeyri yaşayış sahəsində yerləşən "Melodiya" restoranı adı altında  faktiki isə gecə klubu-əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyekt axşam saat 23-dən səhər saat 6-ya kimi hər gecə güclü akustik bass səsləri ilə musiqi səsləndirir,  nüfuzedici  səs-küy  yaradırlar, gecə klubunun sərxoş vəziyyətdə olan müştəriləri, əsasən yüngül davranışlı qadınlar, demək olar ki, hər gecə məhəlləmizdə yüksək səslə dava-dalaş salır, nalayiq ifadələr işlədir, qeyri-etik  hərəkətlərə yol verirlər ки, bu da sakinlərin haqlı narazılığına səbəb olur.

Keçən ay “Azərişıq” ASC-yə “ASAN” xidmət vasitəsi ilə 330 sahibkar müraciət edib

6 Mart 2018 11:52

Fevral ayının 15-dən etibarən “Azərişıq” ASC “ASAN” xidmət vasitəsilə daha bir yenilik etdi və bununla da sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi artıq bölgələrdəki bütün “ASAN” xidmət və “ASAN” kommunal mərkəzlərində gerçəkləşdirilməyə başlayıb. Elə bu səbəbdəndir ki, fevral ayı ərzində sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərin sayında sıçrayış olub. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, fevral ayı 28 gündən ibarət olmasına baxmayaraq 330 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edib. Hansı ki, yanvar ayında 284 sahibkar bu məqsədlə ASAN Xidmət və ASAN kommunal mərkəzlərinə müraciət edib.

Paytaxtda daha bir sürücü mədəniyyətsilziyi- VİDEO

6 Mart 2018 11:50

Bakıda marşrut avtobusunun sürücüsünə qarşı daha bir qeyri-etik hərəkətə yol verilib. “BakuBus” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, hadisə fevralın 28-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobusun Neftçilər metro stansiyası dayanacağına daxil olarkən baş verib: “Təqdim olunan görüntüdə 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtobusun hərəkət zolağında öz avtomobilini saxlaması, avtobusun dayanacağa daxil olmasına maneə yaratdığı və bununla bağlı xəbərdarlıq edən sürücünü nalayiq hərəkətlər və sözlərlə təhqir etdiyi əks olunur”.

Vergilər Nazirliyi XƏBƏRDARLIQ etdi

6 Mart 2018 11:43

Vergilər Nazirliyi gəlir, mənfəət və əmlak vergisi ödəyicilərinə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, 2017-ci hesabat ilinin yekunlarına görə gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər mənfəət vergisinin bəyannaməsini, əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini bu ilin aprel ayının 2-dən gec olmayaraq vergi orqanına təqdim etməyə və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.

Şagirdlər bir həftə dərsə getməyəcəklər

6 Mart 2018 11:41

Novruz bayramı ilə əlaqədar Azərbaycan məktəblərində şagirdlər martın 20-dən etibarən dərsə getməyəcəklər. Təhsil Nazirliyindən  bildirilib ki, məktəbdə dərslər martın 27-də başlayacaq.

Məktəb komandasının növbəti qələbəsi- VİDEO 

6 Mart 2018 11:32

Paytaxt məktəblilərindən ibarət daha 4 komanda “Hazırcavablar” intellektual oyununda yarışıb.  “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 156, 184, 195 və 327 nömrəli tam orta məktəblərin şagirdləri “Dil və ədəbiyyat”, “Tarix”, “Coğrafiya”, “Ordan-burdan” və “İlk dəfə” bölmələri üzrə sualları cavablandırıb. 

Azərbaycanda alman dilini tədris edən müəllimlər üçün konfrans keçirilib

6 Mart 2018 11:29

Millət vəkili Sona Əliyeva Almaniya səfirliyinin təşkilatçılğı ilə Azərbaycanda alman dilini tədris edən müəllimlər üçün keçirilən konfransın açılış mərasimində iştirak edib.

Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb

6 Mart 2018 11:27

Antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması, bazar subyektləri tərəfindən yol verilən haqsız rəqabət hallarının aşkarlanması, aradan qaldırılması və qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər görülür.

Tanınmış meyxanaçı ağır xəstəliyə tutuldu

6 Mart 2018 11:24

Bir müddətdir səhhəti qeyri-sabit olan meyxanaçı Aydın Xırdalanlının “Hepatit C” xəstəliyindən əziyyət çəkməsi ilə bağlı məlumat yayılıb. Meyxanaçı açıqlama verərək xəbəri təsdiqləyib: “Bir müddətdir narahat idim. Fikirləşdim ki, müayinə olunmaq lazımdır. Gedib qan analizi verdim. “Hepatit C” aşkarlandı, müalicələrə başlamalıyam”.

İNANILMAZ QAYIDIŞ: Ağcabədidə zorla qaçırılan qız tapıldı

6 Mart 2018 11:22

Ağcabədidə maşının şüşələri sındırılaraq qaçırılan Sevinc Musayeva tapılıb. Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəlibəyova deyib.

Cəlilabadda öldürülən nişanlı oğlanın atası DANIŞDI: "Oğlumu ata bağlayıb..." - TƏFƏRRÜAT

6 Mart 2018 11:21

Musalı kənd sakini 22 yaşlı Sirus Nəsirovun atasının verdiyi məlumata görə, oğlunu ata bağlayıb kənd boyu sürüyüblər: “Mənim oğlum sakit uşaq olub. Bütün kənd tanıyır ki, o necə oğlan idi. Şər-böhtan atırlar. Seymur qonşu kənddə yaşayır. Mənim oğlum nişanlı idi, bu gün-sabah toyu olacaqdı.

Yük maşınında toya gedənlər qəzaya düşdülər: 26 ölü - Hindistanda

6 Mart 2018 11:11

Hindistanda yük maşınının aşması faciəyə səbəb olub. Yük maşınında toya gedən qonaqlar olub. Yük maşınının aşması nəticəsində 26 nəfər həyatını itirib. Qəzanın baş vermə səbəbləri məlum deyil.

Nazirlik: "Məktəblərdə "8 mart"la bağlı pul tələb olunması yol verilməzdir"

6 Mart 2018 11:10

Azərbaycanda fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir. Bu barədə cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Kərəm Tağıyev vəfat etdi

6 Mart 2018 11:08

Azərbaycan Kooperasiya Universitetinin Həmkarlar Təşkilatının sədri vəfat edib. Universitetin eyni zamanda "Mühasibat uçotu və audit kafedrası"nın baş müəllimi işləmiş Kərəm Behbud oğlu Tağıyev 70 yaşında dünyasını dəyişib. O, həmçinin universitetdə statistika fənnini tədris edib.