Sosial

Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması şərtlərində dəyişiklik edilib

6 Mart 2018 13:27

Milli Məclisin iclasında "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilib.”Olaylar” xəbər verir ki, qanunun 7.0.1-ci maddəsində "dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)" sözlərinin "dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)" sözləri ilə əvəzlənməsi təklif olunur.Bununla da, "Dövlət qulluğu haqqında" qanuna əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda dövlət qulluqçularına ömürlük müavinət təyin edilir.

Milli Məclis 13 məsələni bir paketdə qəbul edib

6 Mart 2018 13:25

Milli Məclisin martın 6-da keçirilən plenar iclasında 13 məsələ bir paketdə müzakirə edilib. “Olaylar”ın xəbərinə görə, bunlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Dövlət qulluğu haqqında", "Yaşayış minimumu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sosial sığorta haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik layihələridir.

Beynəlxalq Qadınlar günü qeyd edildi

6 Mart 2018 13:25

Martın 6-da Azərbaycan Dillər Universiteti  nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Beynəlxalq Qadınlar günü münasibətilə “Azərbaycan və Çin: elm və təhsil sahəsində qadınların rolu” adlı elmi-tələbə seminarı keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov xanımları bayram münasibətilə təbrik edərək gender bərabərliyinin davamlı inkişafın təmin edilməsində vacib rolu olduğunu vurğulayıb, Azərbaycan təhsilinin, elminin və innovasiyalarının inkişafında qadınların fəal iştirakı barədə danışıb. R.Abbasov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanını xatırladıb və bu fərmanı qadınlara verilən böyük dəyər kimi qiymətləndirib.

“Ellipsometrik ölçmələrdən yarımkeçiricinin kritik nöqtələrinin tapılması praktikası” monoqrafiyası işıq üzü görüb

6 Mart 2018 13:18

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyevin “Ellipsometrik ölçmələrdən yarımkeçiricinin kritik nöqtələrinin tapılması praktikası” monoqrafiyası nəşr olunub.

“Çağrı mərkəzləri” 16 423 müraciəti cavablandırıb

6 Mart 2018 13:14

Fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə 16 423 müraciət daxil olub.

Xəzərdə zəlzələ

6 Mart 2018 13:04

Xəzər dənizində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirir ki, zəlzələ yerli vaxtla saat 12:16-da Xəzər dənizində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Bağçalarda uşaqların müalicəsi pulsuz olacaq

6 Mart 2018 13:02

Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətləri ödənişsiz göstəriləcək. Məlumata görə, bu, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən “Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi qaydası”nda öz əksini tapıb.

Bakıda 81 yaşlı kişi 13 yaşlı qıza təcavüz etdi - ŞOK

6 Mart 2018 12:56

Bakının Binəqədi rayonunda 81 yaşlı kişi 13 yaşlı yeniyetməyə qarşı əxlaqsız hərəkətlər edib. Bakının Binəqədi rayonunda seksual təcavüz baş verib. Təcavüzü törətməkdə günahlandırılan şəxsin 81, onun qurbanı olan qızın isə 13 yaşı var.

Hava yağmursuz keçəcək

6 Mart 2018 12:37

Bakı və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Evlilik həyatının 7 önəmli mərhələsi – Bunları hər kəs bilməlidir

6 Mart 2018 12:25

Hər insanın ömründə mütləq həyatını bölüşəcək bir insan olur. Evlənmək və xoşbəxt olmaq üçün insanlar öncə tanımalı, sonra sevməlidirlər. Psixoloqlar belə deyirlər.

Vahid Mustafayev də Mirşahinin yanında olacaq? - TV-də çalışacaq şəxslərin adları

6 Mart 2018 12:21

Mirşahin Ağayev ötən gün lisenziya alan Real TV üçün komandanı formalaşdırıb. TV-yə əsasən keçmiş ANS telekanalının əməkdaşlarını topladığı bildirilir.   "Real” TV-dən verilən məlumata görə, Mirşahin Ağayevin yeni komandasında fəaliyyəti dayandırılmış ANS telekanalının aşağıdakı əməkdaşları çalışacaq: Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailəoğlu...

Azərbaycanın 3 yaşlı “Vanqa”sı - Göz bəbəkləri yoxdur, hər şeyi əvvəlcədən hiss edir

6 Mart 2018 12:14

Şabran rayon sakini Fatimə Elçin qızı Qafarova dünyaya anadangəlmə fiziki qüsurlu gəlib. Xəstəxanada körpənin sağlamlığında hər hansı problemin olduğu bilinməyib. Yalnız evə gətirdikdən sonra valideynləri uşağın göz yerlərinin olduğunu, lakin göz bəbəklərinin olmadığının fərqinə varıblar.

Mənzillərə dəm qazı detektoru necə quraşdırılmalıdır: Hökumətdən deputatlara cavab

6 Mart 2018 12:13

Nazirlər Kabineti deputatların dəm qazından ölən insanların sayının artmasınn qarşısının alınması ilə bağlı təkliflərinə cavab verib. Belə ki, deputatlar Milli Məclisdə təklif ediblər ki, “Azəriqaz” İstehsalar Birliyi qaz xətləri yeni qurulan zaman evlərdə sayğacla yanaşı, dəm qazını hiss edən avtomatik təhlükəsizlik qurğusu da yerləşdirsin.