Sosial

Deputatdan təklif: “Bakıda çoxmərtəbəli binaların tikintisi qadağan olunsun”

16 Mart 2018 15:11

“Bakıda şəhər mərkəzində çoxmərtəbli binaların tikintisinə qadağa qoyulmalıdır”.“Olaylar”ın məlumatına görə, bu təkliflə deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

Bakı Forumunda çıxış zamanı halı pisləşən türkiyəli deputat infarkt keçirib

16 Mart 2018 14:48

Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində vəziyyəti pisləşən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. 

Vəkillər Kollegiyası əsassız iddiaları təkzib edir

16 Mart 2018 14:46

Bir sıra kütləvi informasiya vasitələrində “Jurnalistlər Vəkillər Kollegiyasını məhkəməyə verirlər” başlıqlı yazılar işıq üzü görmüşdür. Yazılarda qeyd olunur ki, jurnalistlər Xədicə İsmayıl və Aynur Qəmbərova (Elgünəş) Vəkillər Kollegiyasını məhkəməyə verirlər. Buna səbəb isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərarıdır.

“Azərişıq” ASC məcburi köçkün abonentlərin işini lap asanlaşdırdı...

16 Mart 2018 14:21

“Azərişıq” ASC-nin “ASAN” xidmət və “ASAN” kommunal vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha biri əlavə olub. Azərişıq” ASC-nin mətbuat xidməti xəbər verir ki, bu gündən etibarən ölkədəki bütün “ASAN” xidmət və “ASAN” kommunal mərkəzlərində “Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu” adlı yeni xidmət fəaliyyətə başlayır.  

Bakı Media Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən film çəkilişlərinə başlayıb

16 Mart 2018 14:15

Bakı Media Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş bədii-sənədli filmin çəkilişlərinə başlayıb. Mərkəzdən  verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.

Usubovdan əmr: yeddi polis bölməsinə...

16 Mart 2018 13:48

Bakının yeddi polis bölməsinə şöbə statusu verilib. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Daha iki yaşayış məntəqəsinə təbii qaz verildi

16 Mart 2018 13:40

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq Xaçmaz rayonunun Vələmir və Pərdiqıran kəndlərinə ilk dəfə təbii qaz verilib.

Metroda daha bir hadisə, sərnişin qatar yoluna düşdü

16 Mart 2018 13:38

Metronun "İçərişəhər" stansiyasında daha bir xoşagəlməz hadisə baş verib. “OLAYLAR” -ın məlumatına görə, bu barədə xəbər verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb.

Deputat "Sovetski"də sökülən evlərə görə verilən kompensasiyanın artırılmasını təklif edib

16 Mart 2018 13:36

“Qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş "Sovetski" ərazisində və ətrafda yerləşən binalarla bağlı manatın devalvasiyaya uğradığını nəzərə alaraq, gözləmək olardı ki, hökumət kompensasiyasını bir qədər artıracaq. Lakin hələ də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur - 1500 manat. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin”.

Millət vəkili: "Problemli kreditləri həll etmədən bank sistemini sağlamlaşdırmaq mümkün deyil"

16 Mart 2018 13:33

"Azərbaycanda bank sisteminin sağlamlaşdırılması qeyri-neft sektorunun inkişafı və bu sahədə artımın əldə olunması üçün vacibdir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli deyib.

Özündənrazı narazılar

16 Mart 2018 13:31

Allahdan sonra ikinci müqəddəs varlıq SÖZdü.  SÖZ sənəti ilə məşğul olanlar Allahın əzabkeş bəndələridi. Şair, yazıçı və jurnalistlər bir ömür SÖZlə qolboyun olur, SÖZlə yatıb-durur, SÖZdən gələn hər işgəncəni “uf” demədən canlarına hopdururlar – suçəkən kimi. Ona görə də SÖZ sənətkarları dünyanın hər yerində hörmət-izzət sahibidirlər.

Arif Rəhimzadə: “Bəzi torpaq sahibləri kompensasiyadan məhrum olublar”

16 Mart 2018 13:30

“Azərbaycanda kənd təsərrüfatına çox böyük diqqət yetirilir. Kənd təsərrüfatı torpaqlarının istifadəsi əsas məsələ kimi durur. Neftçalada örüş torpaqları əkin üçün istifadə olunur. Torpaqların səmərli istifadəsi məhsul götürülməsi üçün şərait yaradır”.

Artur Rasizadə: “Ordumuzun hərbi gücü artırılır”

16 Mart 2018 13:26

“Təəssüflə qeyd edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemnin həlli istiqamətində ciddi dönüşə nail olunmayıb”. “Olaylar”ın məlumatına görə, bunu Baş nazir Artur Rasizadə 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini təqdim edərkən deyib. Baş nazir bildirib ki, dövlət başçısı hamımızın ağrılı yeri olan bu məsələni gündəlik diqqətdə saxlayır. A.Rasizadə qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli yanaşı, hərb variantının da mümkünlüyü nəzərə alınaraq, ordumuzun hərbi gücü artırılır: “Ordumuzun maddi-texniki təminatı gücləndirilir, müasir silah və sursatla təmin olunur.

İlk dəfə səs verən gənclər üçün tədbir keçiriləcək

16 Mart 2018 13:23

Martın 17-də Bakı İdman Sarayında “Novruz bayramı” münasibəti ilə ilk dəfə səs verən gənclər üçün mədəni-kütləvi tədbir keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki.tədbirdə Prezident Administrasiyasının rəsmiləri, Hökumət və millət nümayəndələri və digər rəsmilər iştirak edəcəklər.