Metroda daha bir hadisə, sərnişin qatar yoluna düşdü

Metronun "İçərişəhər" stansiyasında daha bir xoşagəlməz hadisə baş verib. “OLAYLAR” -ın məlumatına görə, bu barədə xəbər verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb.

Metronun "İçərişəhər" stansiyasında daha bir xoşagəlməz hadisə baş verib. "OLAYLAR" -ın məlumatına görə, bu barədə xəbər verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb. Xoşbəxtlikdən həmin vaxt tuneldə qatar hərəkət etməyib: "Gərginliyi aradan qaldırıb sərnişini çıxartmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur nəzərə alasınız".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31