Daha iki yaşayış məntəqəsinə təbii qaz verildi
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq Xaçmaz rayonunun Vələmir və Pərdiqıran kəndlərinə ilk dəfə təbii qaz verilib.
16 Mart 2018 13:40 SosialSOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq Xaçmaz rayonunun Vələmir və Pərdiqıran kəndlərinə ilk dəfə təbii qaz verilib. "OLAYLAR" İstehsalat Birliyinə istinadən xəbər verir ki, kəndlərə təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 388 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 180 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Xaçmaz rayonunun Meşəli, Sahillər, Turist, Dalğalı, Samurçay qəsəbələrində və Qaracik Zeyid, Çaxçaxlı, Seyidlikəndyeri, Aslanoba kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.