Sosial

Yol təmiri aparılan ərazidə ağır qəza baş verib

16 Mart 2018 13:09

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-ci km-də təmir işləri aparılan ərazid ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

16 Mart 2018 12:56

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Azərbaycan bələdiyyələri niyə Avropa bələdiyyələri ilə ayaqlaşa bilmir?

16 Mart 2018 12:49

Azərbaycanda uzun illərdir yerliözünüidarəetmə qurumları, bələdiyyələr formalaşsa da, etiraf etmək lazımdır ki, günümüzdə bələdiyyələrimizin fəaliyyəti heç də qaneedici səviyyədə deyil. Bu gün Azərbaycan bələdiyyələri nəinki Avropa, heç qardaş Türkiyə bələdiyyələri qədər də fəaliyyət göstərə bilmirlər.

Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır

16 Mart 2018 12:49

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. İlk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 133 yoldəyişən yenisi ilə əvəz olunub.

Dünya Bankının missiyası ilə müzakirələr aparılıb

16 Mart 2018 12:44

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda iş yerləri ilə bağlı tədqiqat və strategiya üzrə missiyası ilə birgə ölkəmizdə əmək bazarı proqramlarına, habelə əmək bazarının monitorinqinə, məşğulluq məsələlərinə dair texniki görüş müstəvisində müzakirələr aparılıb.

Əmək Nazirliyinin rəhbərliyi və məsul şəxsləri keçən il və cari ilin ötən dövründə 13 min nəfərə yaxın şəxsi fərdi qaydada qəbul edib

16 Mart 2018 12:42

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılan məsələlərdən biri də vətəndaşlarla mütəmadi olaraq görüşlərin keçirilməsi, onların müraciətlərinin obyektiv şəkildə cavablandırılmasıdır. Bu istiqamətdə tədbirlərin davamı olaraq, 2017-ci ildə və cari ilin ötən dövründə nazirliyin  rəhbərliyi və məsul şəxsləri  tərəfindən 13 min nəfərə yaxın şəxsin fərdi qaydada qəbulu həyata keçirilib. Onlardan 1465 nəfər nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilib.

Oqtay Əsədov: “2017-ci ildə Azərbaycanda qeyri-neft sektorunun ümumi daxili məhsulunun xüsusi çəkisi 63 faiz təşkil edib”

16 Mart 2018 12:40

Martın 16-da keçşirilən Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib. “Olaylar” xəbər verir ki, iclası parlamentin sədri Oqtay Əsədov açaraq Azərbaycan xalqının 2017-ci ildə sabitlik və təhlükəsizlik şəraitdə yaşadığını söyləyib.

Artur Rasi-zadə: "Son 14 ildə Azərbaycanda 1,9 mln.-dan çox yeni iş yeri açılıb"

16 Mart 2018 12:38

“Son 14 il ərzində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, əhalinin adambaşına gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb”. “Olaylar” xəbər verir ki, bu barədə Baş nazir Artur Rasi-zadə Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən məlumat verib.

Binəli Yıldırımdan Qarabağ qazisinə ÖZƏL HƏDİYYƏ - VİDEO

16 Mart 2018 12:33

Qarabağ müharibəsində gözünü və ayağını itirən Azərbaycan qazisi kapitan Kamil Musəvi Bakıda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb. 6-cı Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana baş nazirlə qazi arasında səmimi söhbət olub.

Azərbaycan əhalisinin sayı açıqlanıb

16 Mart 2018 12:17

Bu ilin yanvar ayında Azərbaycanda əhalinin sayı 6765 nəfər artaraq fevral ayının 1-i vəziyyətinə 9 904 850 nəfərə çatıb. 

Ən az şikayət olunan rayonun siması tamamilə dəyişib

16 Mart 2018 12:06

Azərbaycan Respublikasında həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədləri ölkədə davamlı və yüksək iqtisadi artıma və sosial rifaha nail olmaqdır. Bunun üçün hazırkı mərhələdə iqtisadiyyatın şaxələnməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür.

FHN-in Akademiyası kursant qəbulu elan edib

16 Mart 2018 11:58

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası 2018/2019-cu tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edir. FHN-in mətbuat xidmətindən verilən məlumata görə, akademiyada “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Təhsil müddəti 4 ildir.

Hökumət bu gün parlamentdə hesabat verəcək

16 Mart 2018 11:57

Milli Məclis bu gün növbəti iclas keçirəcək. Məlumata görə, iclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı”dır. İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcək, müvafiq təkliflər səsləndiriəcəklər.