Azərbaycan bələdiyyələri niyə Avropa bələdiyyələri ilə ayaqlaşa bilmir?
Azərbaycanda uzun illərdir yerliözünüidarəetmə qurumları, bələdiyyələr formalaşsa da, etiraf etmək lazımdır ki, günümüzdə bələdiyyələrimizin fəaliyyəti heç də qaneedici səviyyədə deyil. Bu gün Azərbaycan bələdiyyələri nəinki Avropa, heç qardaş Türkiyə bələdiyyələri qədər də fəaliyyət göstərə bilmirlər.
16 Mart 2018 12:49 SosialFərman Salmanlı: "Bunun üçün uyğun olanların müzakirə edilib istifadə olunması üçün platformanın yaradılmasına ehtiyac vardır"
Azərbaycanda uzun illərdir yerliözünüidarəetmə qurumları, bələdiyyələr formalaşsa da, etiraf etmək lazımdır ki, günümüzdə bələdiyyələrimizin fəaliyyəti heç də qaneedici səviyyədə deyil. Bu gün Azərbaycan bələdiyyələri nəinki Avropa, heç qardaş Türkiyə bələdiyyələri qədər də fəaliyyət göstərə bilmirlər. Bəs görəsən bunun başlıca problemləri nədir? Bələdiyyə məsələləri üzrə ekspert, Hökməli bələdiyyəsinin sədr müavini Fərman Salmanlı deyib ki, bələdiyyələrin yaranma tarixi və yerli özünü idaerəetmə orqanlarının formalaşma prosesi Avropa dövlətlərində hələ orta əsrlərdən başlayıb və zəmanəmizə qədər özü-özünü yeniləyərək uzun inkişaf yolu keçib. Onun sözlərinə göerə, bələdiyyə idarəçiliyi fəaliyyətləri dövlətlərin konstutisyası ilə tənzimlənməklə, idarəçilik baxımından mərkəz hakimiyyətdən kənar müəyyən ərazi daxilində yaşayan sakinlərinlərin demokratik və müstəqil özlərini idarəetmə formasıdır: "Avropada yerliözünü idaretmə ənənələri qədim tarixə malik olmaqla bərabər həm də islahatçılığı və təkmilləşmə uğrunda atılan adımlarla zəngin tarixə malikdir. Yerli özünü idarəetmə tarixinin Avropada çox qədim olmasına baxmayaraq, müasir dövrdə belə bələdiyyələrin təkmilləşməsi və yenilənməsi istiqamətində qanunlar qəbul edilir və islahatlar aparılır. Avropa ölkələrinin yerli özünü idarəetmə orqanları ilə müqayisədə daha gənc olan Azərbaycan bələdiyyələri tərəfindən Avropa ölkələrinin bələdiyyə idarəetməsində baş verən yenilikləri və islahatların incələnməsinə ehtiyac vardır. Avropa ölkələrində bələdiyyə orqanlarının quruluşu, strukturu və idarəetmə formalarının Azərbaycan bələdiyyələri ilə oxşar və fərqli cəhətlərini araşdırıb yerli imkanları nəzərə almaqla beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsi bələdiyyələrimizin inkişafına səbəb olacaqdır". Ekspert bu məqaləmdə müxtəlif ölkə bələdiyyələri və onların idarəçilk formaları barədə təhlil aparıb: "Böyük Britaniya klassik yerli özünü idarəetmə ənənlərinə malik nadir ölkələrdəndir. Bu ölkədə bələdiyyə idarəçiliyi haqqında ilk qanun hələ 1601-ci ildə kraliça Elizabet tərəfindən qəbul edildiyi üçün qədimliyi ilə seçilir. İngiltərədə yerli özünü idarəetmə sistemi quruluşuna görə 3+1 London böyük şəhər idarəçilyi qrupuna bölünür.İngiltərədə bələdiyyə sistemi kollegial orqandır. Məclis üzvləri 4 illik seçilirlər. County adlan yerli özünü idarəetmə orqanı rayon və böyük şəhərləri əhatə edir. Rayon və şəhər bələdiyyələrinin idarə edilməsi 1888-ci ildə qəbul edilmiş Məhəlli İdarələr haqqında qanun ilə tənzimlənir. İngiltərədə 38 county və Böyük Britaniya Krallığın idarəçiliyində olan Gallerdə daxil olmaqla ümumi 47 county mövcuddur. Bəzən böyük şəhərlərin tərkibindədə bir neçə county olduğuna rast gəlinir ki, Mançester və Liverpulu nümunə olaraq göstərmək olar.
District və yaxud Councils adlanan yerli özünü idarəetmə sistemi rayon və şəhərlər "county" içərisində yer alan bələdiyyə orqanıdır. 1972-ci ilə qədər mövcud olmuş non-county boroughs yəni şəhər bölgələri urban districts və rural districts kənd bölgələri ləğv edilərək yerinə ümumi olaraq bölgə "District" məclisləri yaradılıb. Özünə məxsus yerli özünü idarəetmə ənənələri olan Avropa dövlətlərindən Fransada yerli özünü idarəetmə sistemi 3 növ idarəetmə formasından ibarətdir.
Birinci Communnes adlanan Fransa inqilabından sonra yaranmış kənd və qəsəbə bələdiyyə sistemidir. Hazırda Fransada 36.571 bələdiyyə fəaliyyət göstərir. İkincisi Departements adlanan yaranması 1871-ci il Konstutisyası ilə bağlı olan rayon və şəhərlər üzrə yerli özünü idaarəetmə orqanlarıdır. İdarəetmə formasına əsasən kollegial orqandır, şura üzvləri 6 illiyinə seçilir və hər üç ildən bir tərkibin yarısı seçki ilə yenilənir. Seçkidən sonra ilk iclasda sədr və müavinləri seçilir. Regions yəni bölgələr üzrə yerli özünü idarəetmə sistemi ilk dəfə 1982-ci il 2 mart tarixində qəbul edilmiş qanunla 26 bölgədə həyata keçirilən yerli özünü idarəetmə formasıdır. Bölgənin yerli özünü idarəetməsi bölgə məclisi və məclis sədri tərəfindən həyata keçirilir. Avropa ölkəri arasında Almanliya yerli özünü idarəetmə sahəsində tarixi orta əsrlərə qədər uzanan köklü və qədim ən-ənələri olan dövlətlərdən hesab edilir. Almaniyada bələdiyyə sisteminin formalaşmasında Prusiyalı dövlət adamı və islahatçılığı ilə tanınmış Freiherr von Steninin tərəfindən əsası qoyulmuş və müasir yerli özünü idarəetmənin təməli sayılacaq 1808-ci ildə hazırlanmış ərazilərin mərkəzi hakimiyyətdən müstəqil yerli özünü idarəçilyi tətbiq edildi. Federativ struktura sahib Almaniyada bələdiyyələr yerli özünü idarəetmə sahəsində böyük uğurlara imza atmışlar. Sakinlər və dövlət idarəçiləri tərəfindən demokratik dəyərlərə verilən önəm sayəsində Almaniya bələdiyyələri yerli qərarların qəbul edilməsində və yerli problemlərin həllində tam müstəqil orqanlar olaraq fəaliyyət göstərirlər. Almaniyada müasir idarəçilik sistemi Federal idarəçilik, Əyalət idarəçiliyi və bələdiyyə idarəçiliyi olaraq üç qola bölünür və bələdiyyə idarəçiliyi üçüncü qolu təşkil edir. Kənd bələdiyyəsi Gemein, əyalət bələdiyyəsi Landgemein və şəhər bədiyyəsi Stadgemein olaraq 3 qrupa bölünən və birdə kreisfreie stad olaraq (yəni hər hansı əyalətə və yaxud bölgə bələdiyyəsinə tabe olmayıb tam müstəqil olan) Almaniya yerli özünü idarə etmə sistemi struktur və idarə etmə baxımından 4 müxtəlif modeldən ibarətdir. Parlamentli monarxiya tipli idarəçilik modelinə malik İsveçdə ilk bələdiyyə sistemi haqqında ilk məlumatlara hələ 1766-cı ilə aid sənədlərdə rast gəlinsədə self-goverment adlanan yerli özünü idarəetmə tarixi İsveçdə daha qədim ən-ənələrə malikdir. İsveçdə bələdiyyə sistemi şəhər və qəsəbə bələdiyyələri və bölgələyələr üzrə bələdiyyələr olmaqla iki qrupa bölünür. 1862-ci ildə İsveçrədə 2498 bələdiyyə mövcud idisə 1974-cü ildə qəbul edilmiş qanuna görə bölgələr üzrə 24 şəhər və qəsəbələr üzrə 248 bələdiyyə fəaliyyət göstərirdisə hal-hazırda bu rəqəm 289 bələdiyyə idarəsi mövcuddur. İsveçdə ərazilərin idarə edirə edilməsi qanununa görə bələdiyyələrin idarə edilməsi qərar vermə orqanı olan bələddiyyə məclisi və əncümanlıq funksiyasını yerinə yetirən idarə heyəti tərəfindən həyata keçirilməsi məcburu xarakter daşıyır. Yerli özünü idarəetmə qanuna görə məclis üzvlərinin sayı azı 31 nəfər olmaqla 101-nəfərdən çox ola bilməz".
Fərman Salmanlı deyir ki, Avropa ölkələri idarəetmə formalarına görə unitar, federativ və monarxiya kimi fərqli idarəetmə sistemlərinə malikdirlər. Hər bir idarəetmə formasının özünə məxsus yerli özünü idaerəetmə ənənələri olsa da araşıdırıb onlardan Azərbaycan bələdiyyələri üçün uyğun olanların müzakirə edilib istifadə olunması üçün platformanın (komissiyalar, seminarlar, debatlar) yaradılmasına ehtiyac vardır.
Füzuli