Oqtay Əsədov: “2017-ci ildə Azərbaycanda qeyri-neft sektorunun ümumi daxili məhsulunun xüsusi çəkisi 63 faiz təşkil edib”

Martın 16-da keçşirilən Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib. “Olaylar” xəbər verir ki, iclası parlamentin sədri Oqtay Əsədov açaraq Azərbaycan xalqının 2017-ci ildə sabitlik və təhlükəsizlik şəraitdə yaşadığını söyləyib.

Martın 16-da keçşirilən Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib. "Olaylar" xəbər verir ki, iclası parlamentin sədri Oqtay Əsədov açaraq Azərbaycan xalqının 2017-ci ildə sabitlik və təhlükəsizlik şəraitdə yaşadığını söyləyib. Onun sözlərinə görə, ötən il ölkədə aparılan islahatlar uğurla davam etdirilib. Davos İqtisadi Forumunun son hesabatında Azərbaycan 2 pillə irəliləyərək 35-ci yeri tutub. Ötən il Bakı-Tbilisi-Qars dəmiryolu istifadə verilmiş, bununla Avripa ilə Şərq aeasındakı məsafə 2 dəfə qısaldılıb. Parlament sədri deyib ki, 2017-ci ildə Azərbaycanda qeyri-neft sektorunda 2,7 faiz artım baş verib. Qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 63 faiz təşkil edib. Ölkədə 17 milyard manata yaxın sərmayə yatırılıb. O, bildirib ki, ötən il deputatlatın 68 təklifi ilə bağlı görülən işlər hesabatda ətraflı qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31