Sosial
ABŞ və İtaliya jurnalistləri Mətbuat Şurasında olublar
Bu gün ölkəmizdə səfərdə olan xarici jurnalistlər Azərbaycan Mətbuat Şurasında olublar. MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ABŞ və İtaliyanın nüfuzlu media orqanlarında siyasi şərhçi kimi fəaliyyət göstərən Nurit Qrengerdən, Yason Katsdan, Lello Stelettidən, Raqul Kontrerasdan və Domenika Letisiyadan ibarət nümandə heyətinin üzvlərinə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.
22 məntəqəni birləşdirən yol yenidən qurulur
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Quba rayonunda 22 yaşayış məntəqəsini birləşdirən avtomobil yolları yenidən qurulur. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, Quba rayonunda həyata keçirilən yol infrastrukturu layihələri 2 istiqamət üzrə 50 km uzunluğa malik avtomobil yollarını əhatə edir: “Bu başlanğıcını respublika əhəmiyyətli Quba-Xaçmaz avtomobil yolunun 13-cü km-dən götürən 17 km uzunluğa malik Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi və başlanğıcını M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 km-lik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə uzanan yollardır.
Doğulduğunuz aya görə sizə uğur qazandıracaq peşələr
İtkin alpinistlərlə bağlı yeni AÇIQLAMA
“Alpinistlərin axtarışları davam etdirilir”. Bu barədə "Gilavar" - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib. Havaların isinməsilə axtarışların nisbətən asanlaşmasına gəlincə, Z.Qasımov deyib ki, hava şəraiti iki gündür mülayimləşib: “Ona görə də dağlardakı qarın belə tez əriyəcəyini güman etmirəm. Amma bütün bunlara rəğmən axtarışlar davam etdirilir”.
İnsanlar niyə falçılara inanırlar? - VİDEO
ARB TV-nin "Günə doğru" verilişində insanların niyə falçılara getdiyi haqda maraqlı süjet efirə yayımlanıb.
Bakcell KSM layihələri vasitəsilə innovasiya və inkişafı dəstəkləyir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün Korporativ Sosial Məsuliyyət proqramı və digər layihələr vasitəsilə Azərbaycanda innovasiyaların tətbiqini və inkişafı dəstəkləyir.
Plastik katlardan istifadə zamanı nəyi bilmək vacibdir?
Hazırda dünyanın aparıcı ölkələrində insanlar əsasən ödənişləri plastik kartlar vasitəsilə həyata keçirilir. Azərbaycanda da artıq bu istiqamətdə müsbət tendensiya müşahidə edilməkdədir və plastik kartların istifadəçiləri durmadan artır. Lakin əhalinin plastik kartlarla bağlı kifayət qədər məlumatlı olmaması tez-tez onların hüquqlarının pozulmasına səbəb olur.
Narkomanlardan 5 nəfəri 18 yaşa çatmayan şəxslərdir
Yaxşılığın anatomiyası
...Bayram günləri şimal bölgəsinə səfərə çıxmışıq. Onun təşəbbüsüdür. Söhbəti dağdan arana, arandan dağa aparırıq. Əsas mövzu yoxdu. Sadəcə gün-güzərandan danışırıq. Mən deyirəm ki, hər şey yaxşıdır: varlı ölkəmiz var, imkanlarımız da günbəgün artır, di gəl ki, maaşlar aşağıdır, işsizlik də bir tərəfdən. Bunları yola vermək olar, məni narahat edən odur ki, cavanlarımız xaricə maraq göstərir və ora can atır, elə bilirlər ki, orda yel əsib, qoz tökülüb...
Dövlət başçısının 22.02.2018-ci il tarixli Sərəncamı vəkilliyin inkişafında tarixi hadisədir
Ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının tarixi 90-cı illərin ortalarına təsadüf edir. Müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul olunması və milli dövlətçilik tariximizdə ilk dəfə parlament seçkilərinin keçirilməsi ilə Azərbaycan tarixinin yeni inkişaf mərhələsi başladı. Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində - referendumda qəbul edildi. Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə müasir dövrlə səsləşən məhkəmə-hüquq islahatlarının əsası qoyulmuş oldu. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasının möhkəm təməlini formalaşdırır.
İki Quba sakini su kanalında batıb
Quba rayonunda 2 nəfər su kanalında boğulub. DİN-dən “Olaylar”a verilən mlumata görə, aprelin 8-də saat 12 radələrində Quba rayonunun Gədikqışlaq kəndinin ərazisində kənd sakinləri Vidadi Mehrəliyev və Səxrab Sayfurov Samur-Abşeron su kanalına düşmüş sonuncuya məxsus 1 baş inəyi oradan çıxarmaq istəyərkən suda boğulublar.
Uşağın ağciyərindən nəhəng qurd kistası çıxarıldı: “Ev heyvanları ilə oynayırdı”
Azərbaycanda 10 yaşlı uşağın ağciyərindən nəhəng ölçülü qurd kistası çıxarılıb. Məlumata görə, bu haqda uşaq cərrahiyyəsi və urologiyası uzmanı uroloq-cərrah Fuad Hüseynov məlumat verib. O bildirib ki, uşağın sol ağciyərində 13 santimetr kista aşkarlanıb: "Uşaq uzun müddət öskürüb. Təngnəfəslik başlayan zaman uşaqda aparılan müayinələrin nəticəsində məlum oldu ki, sol ağciyərin alt payını tamamilə tutan, təqribən 12-13 sm ölçüdə kista mövcuddur.
Ərəb milyarderlər Bakıya toplaşır
Mayın 1-dən 3-dək Bakıda Birinci Azərbaycan-ərəb investisiya və biznes forumu keçiriləcək. Bu barədə özəl mənbələrdən məlumat verilib. Forum Azərbaycan və ərəb ölkələrinin əməkdaşlığı Assosiasiyası tərəfindən təşkil edilir. Tədbirdə ərəb ölkələrindən təxminən 300 sahibkar və investorun iştirakı gözlənilir.
Aparıcı Zaur Evlenir: Özü də görün kiminlə
Aparıcı Zaur Nəbioğlu subaylığa son deyir. Aparıcı öz qohumu Səbinə xanımla evlənir. Toy aprel ayının 24-u paytaxtin məşhur restoranlarından birində baş tutacaq. Qonaqlar artiq toya dəvət olunub.
Regional proqramların davamlı icrası və onun uğurlu nəticələri
Azərbaycanın bu günkü inkişafı, əldə etdiyi nailiyyətlər, qazandığı uğurlarda Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının xüsusi çəkisi və payı var. 2004-cü ildən etibarən həyata keçirilən və bu günə qədər uğurla icra olunan regional proqramlar ölkənin simasını tamamilə dəyişib. İstər aran, istər dağ rayonlarında regional proqramlar çərçivəsində kifayət qədər mühüm işlər görülüb, infrastruktur yenilənib, quruculuq-abadlıq işləri həyata keçirilib.














